Yeni artımlar kimlərə şamil olunur? - RƏQƏMLƏR

Yeni artımlar kimlərə şamil olunur? - RƏQƏMLƏR"Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb. Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb. Qeyd edək ki, 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək. Qarabağ və Şərqi Zəngəzurda quruculuğun davam etməsi və təhlükəsizlik xərclərimizi də nəzərə alsaq sosial sferaya kifayət qədər böyük vəsaitin ayrılması reallaşacaq. Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır. Son sərəncamlar bir daha təsdiq edir ki, bu ildə sosial paketin genişləndirilməsi həyata keçiriləcək. Bütövülkdə, son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək".

BiG.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili xatırladıb ki, dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

O, bugünki artımların kimlərə şamil olunacağını açıqlayıb:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
- Heydər Əliyev Mərkəzi;
- "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
- Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
- Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
- Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
- Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində "Soyqırımı memorial kompleksi";
- Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
- Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
- Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
- İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.
Sosial müavinətlər və təqaüdlər üzrə bu ilin yanvarın 1-dən reallaşan artımlar:
- Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata
- Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;
- Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır;
- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;
- Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;
- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;
- Yaşa görə müavinət — 220 manata çatdırılır;
- Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır;
- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;
- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət — 105 manata çatdırılır;
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır;
- Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:
- elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,
- fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;
- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
- "Xalq" fəxri adına görə — 200 manata,
- "Əməkdar" fəxri adına görə — 150 manata çatdırılır;
- Prezidentin fərdi təqaüdü — 1500 manata çatdırılır;
- Ali məktəb tələbələri üçün Prezident təqaüdü- 275 manat
- Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:
-Doktorantura pilləsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
- Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
- magistratura səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 195 manata,
- 71–100 bal olan tələbələr üçün – 160 manata,
- 51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
- bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 175 manata,
- 71–100 bal olan tələbələr üçün – 145 manata,
- 51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
• Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
- 91–100 bal olan tələbələr üçün – 100 manata,
- 71–100 bal olan tələbələr üçün – 80 manata,
- 51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
• Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
- "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,
- "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,
- "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2237   Tarix: 13 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub. BİG.AZ -a istiandla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib. Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb

05.08.2026 295
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 107
.

Nigar Fərhadın əri həbs edildi

Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. qafqazinfo-ya istinadla xəbər verir ki, iş onun faktiki rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır. Qeyd olunur ki, bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Hüquq-mühafizə orqanlarını

05.08.2026 301
.

Peşə təhsilini ikinci seçim olmaqdan çıxarmağın vaxtıdır

"Cəmiyyətimizin uzun illərdir daşıdığı ən böyük psixoloji yüklərdən biri ali təhsil diplomunu uğurun yeganə açarı hesab etməsidir. "Ali təhsili olsun, ixtisasının fərqi yoxdur" düşüncəsi minlərlə gəncin real bacarıq və potensialını kölgədə qoymaqla yanaşı, əmək bazarında da ciddi disbalan

05.08.2026 194
.

2000-ci illərin dəbli yaşıl şalvarları trendə qayıdır

"Vogue" jurnalının redaktorları 200-ci illər üslubunda yaşıl şalvarları yayın yeni trendi adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib. Dəbdə zeytun və xaki kimi yaşıl çalarlarında olan modellər olacaq. Redaktorlar xüsusilə kargo şalvarlarını ön

05.08.2026 216
.

Bir gündə 13 nəfəri ildırım vurub öldürdü

Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy

05.08.2026 162
.

Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil

Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür. Qaynarinfo xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə

05.08.2026 156
.

Ergün Kırlıkovalı Talebə məktubunda: Skeptisizminizi Vardanyanın maliyyə şəbəkəsinə yönəldin

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı və esseist Nassim Nikolas Talebə açıq məktub dərc edib. "Report" xəbər verir ki, Kırlıkovalı ö

05.08.2026 229
.

400 manat maaşla MİDA mənzili almaq nə dərəcədə realdır?

"MİDA mənzillərinin güzəştli ipoteka şərtlərinə əsasən, ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin maksimal müddəti 30 ilədək nəzərdə tutulur. Məsələn, 72 min manat məbləğində kredit götürüldükdə aylıq ödəniş təxminən 533 manat təşkil edir". Bunu BİG.AZ-

05.08.2026 366
.

TOP MP3