Ermənistanın beynəlxalq havadarlarının cəhdləri iflasa məhkumdur

Ermənistanın beynəlxalq havadarlarının cəhdləri iflasa məhkumdurBu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev çox mühüm məsələlərə toxunub. Qeyd edilməlidir ki, ölkə başçısının hər bir açıqlaması onun vətəndaşlarımıza verdiyi dəyəri göstərir və ölkəmizin bundan sonrakı gələcəyinin də uğurlu inkişafından xəbər verir.
Prezident İlham Əliyev müsahibəsi zamanı insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olacağını və iqtisadi imkanlarımız artıqca gələcəkdə bu kimi addımların atılacağını qeyd edib. Müsahibə zamanı ölkə başçısı qeyd edib ki, "Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb". Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatıb. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaqdır.
Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Həmçinin bu il Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdan çox olacaqdır.
Ölkə başçısı müsahibəsi zamanı dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşünə toxunaraq Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüquqlarının olduğunu və dövlət tərəfindən bu məsələnin beynəlxalq arenaya çıxarıldığını da söyləyib. Prezidentin bu fikirləri Qərbi azərbaycanlılarda öz doğma yurdlarına tezliklə qovuşmaq inamını daha da artırıb. Çünki hər bir azərbaycanlı yaxşı bilir ki, Ali Baş Komandan hər zaman verdiyi sözü tutur. Biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərlə bir daha bunun şahidi olduq.
Müsahibə zamanı dövlət başçısı bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcəyini də vurğulayıb. Qeyd edək ki, keçən il bu kateqoriyadan olan ailələrə artıq 1500 mənzil verilib. Şəhid ailələrinə və vətən müharibəsi əlillərinə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Onların sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır.
Prezident İlham Əliyev dünən verdiyi müsahibədə toxunduğu digər mühüm məsələlər Fransanın anti-Azərbaycan münasibəti və Ermənistanın, 30 il ərzində olduğu kimi, yenə də danışıqlar prosesini pozması ilə bağlıdır. Bu gün Ermənistanı dəstəkləyən və silah vermək istəyən ölkələr var. Bunun hansı dövlətlər olduğunu həm Prezidentimiz, həm Azərbaycan xalqı yaxşı bilir. Əsasən Fransa dövləti açıq şəkildə Ermənistanın işğalçı siyasətini dəstəkləyən addımlar atır. Əslində Vətən müharibəsində əldə etdiyimiz qələbə erməni havadarlarının, xüsusən də Fransanın planlarını alt-üst etdi. Onlar bütün cəhdləri ilə Dağlıq Qarabağ münaqişəsinin bitməməsinə və status-kvonun saxlanılmasına çalışırdılar.
Təəssüf ki, Ermənistan hakimiyyəti hələ də nə etdiyini bilmir. Ermənistan tərəfinin cənab Prezident İlham Əliyevin xəbərdarlığına qulaq asıb, sülh müqaviləsini imzalaması daha yaxşı olar. Çünki havadarlarının köməyi onları xilas etməyəcək. Ermənistan bu dəfə də havadarlarına qulaq assa, onları Vətən müharibəsindəki məğlubiyyətdən də ağır bir aqibət gözləyir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 572   Tarix: 12 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.