Azərbaycanda yayılan kütləvi xəstəliyin adı məlum oldu - Təbil pərdəniz deşilə bilər...

Azərbaycanda yayılan kütləvi xəstəliyin adı məlum oldu - Təbil pərdəniz deşilə bilər...Son zamanlar azyaşlılar arasında titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə və ümumi zəifliklə müşahidə edilən ağır xəstəlik yayılıb.

BAKU.WS-in məlumatına görə, bu "İnfluenza" xəstəliyidir. Bu bir zamanlar dünyada geniş yayılan "Quş qripi" bəlasının növüdür. "İnfluenza" qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Buna insanlarla yanaşı, heyvanlar və quşlar da yoluxurlar. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir.

"İnfluenza" hava-damcı yolu ilə ötürülür. İnfeksionistlərin sözlərinə görə, xəstəliklə bağlı klinikalara ən çox müraciət edənlər azyaşlılardır. Artıq hər evdə bu xəstəliyə yoluxan uşaq var. Onlarda bronx şaxələri daha qısa olduğundan bu xəstəliyə tez tutulular.

Sözügedən xəstəliklə bağlı BAKU.WS-ə danışan pediatr Gülnar İslamzadə xəstəliyinin 3 forması olduğunu və bunun testlərlə müəyyən edilərək müalicə edildiyini bildirib:

"Son zamanlar uşaqlar arasında yayılan "İnfluenza" xəstəliyinin 3 forması var. A B və C ... Bizim üçün daha çox əhəmiyyət kəsb edən A və B formalarıdır. Azərbaycanda bu xəstəliyin hazırda ən çox A forması yayılıb. B forması isə A ilə müqayisədə daha yüngül keçir. Əsas əlamətləri qızdırma, boğaz ağrısı, öskürək burunda axıntısı və kəskin halsızlıq olur. Hazırda xəstəliyi müəyyən etmək üçün ""İnfluenza kant" testləri mövcuddur. Bu testlərlə diaqnozu müəyyən edə bilirk. Müalicəsi kapsula dərmanlarla aparılır. Uşaqlarda ilk klinik əlamətlər 48 saat ərzində təsir edir. Halsızlıq isə 3 həftəyə qədər davam edir.

Pediatr azyaşlıları bu xəstəlikdən qorunmaq üçün qrip vaksini etdirməyin vacibliyini vurğulayıb:

"Xəxstəlikdən qorunmaq üçün uşaqlar əsasən sentyabr oktyabr aylarında qrip vaksini olunmalıdır. Bu edilərsə "İnfluenza" xəstəliyindən 80 faiz qorunmuş olarlar. Bu xəstəliyi keçirsələr belə, çox yüngül klinik əlamətlər müşahidə edilər. Bu xəstəlik 5 gün davam edir. 2 gündən sonra isə yaxşılaşma müşahidə olunur".

Gülnar İslamzadə xəstəliyin fəsadının pnevmaniya olduğunu qeyd edib. Buna səbəb isə "İnfluenza"nın yaratdığı pnevmaniyaların daha ağır keçməsidir.

Yayılan xəstəliklə bağlı BAKU.WS-ə danışan həkim-infeksionist Natiqə Qocayeva "İnfluenza"nın böyüklərdə də ağır fəsadlar verdiyini bildirib. Onun sözlərinə görə, bu xəstəlik qulağı təbil pərdəsinin deşilməsinə qədər gətirib çıxarır:

"Bu xəstəliyə tutulanlarda burnunun əlavə ciblərinə ağırlaşmalar olur. Bu orta qulağa otit, faringit kimi ağırlaşmalar verir. "İnfluenza" xəstəliyində koronavirusdan fərqli olaraq qanda oksigen səviyyəsi aşağı düşmür. Ən çox burnunun əlavə ciblərinə ağırlaşma verir. Bütün xəstələrdə burun tutulmaları, güclü baş ağrıları ilə müşahidə edilir. Temperaturun düşməməsinə əsas səbəb isə burnun əlavə ciblərində olan ağırlaşmalardır. Bu qulaq pərdəsinin deşilməsinə də səbəb ola bilər. Bu xəstəlikdə koronavirusdan fərqli olaraq güclü ürək bulantısı ilə müşayiət olunur".

Həkim-infeksionist bu xəstəliyin ötən ilin dekabrın ortalarından sonra Azərbaycanda sürətlə yayıldığını bildirib:

"Böyüklər arasında "İnfluenza" xəstəliyinə tutulan daha çox 65 yaş kateqoriyasını və xroniki xəstəlikləri olanları əhatə edir. Əgər həmin şəxsin şəkəri varsa onlarda daha çox ağırlaşma olur. Xəsətlik müddəti normalda 5-7 gün olur. Bu müddətdən sonra qızdırma düşmürsə, mütləq həkimə müraciət edilməlidir. Lakin kimin əlavə xroniki xəstəliyi yoxdursa bu xəstəlik 2-3 günə də aradan qalxır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2072   Tarix: 12 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.