Azərbaycanda bu şəxslərin də maaşları artacaq

Azərbaycanda bu şəxslərin də maaşları artacaqYanvarın 1-dən etibarən 9 tibb müəssisəsi - Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

TƏBİB-in idarəliyində olan xəstəxanalarda çalışan tibb işçilərinin əmək haqlarında mütəmadi artımlar olurdu. Səhiyyə Nazirliyinin (SN) tabeliyindəki müəssisələrdə çalışan həkimlərin maaşı isə fərqli qaydada artırılır və ödənilir.

"Report" TƏBİB-dən SN-yə keçən tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarının bundan sonra hansı qaydada ödəniləcəyi məsələsini araşdırıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, agentlik səhiyyə işçilərinin əməkhaqlarının artırılması istiqamətində davamlı tədbirlər görür: "TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına əsasən həkimlərin əməkhaqqı tərkibi - əmək haqlarının tərkibi vəzifə (tarif) maaşından, sabit əlavələrdən, əmək şəraitinə görə ödənilən əlavələrdən, işin nəticəsinə görə həvəsləndirici əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir".

Qeyd olunub ki, aparılan islahatlar nəticəsində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə (2019-cu il) müqayisədə icbari tibbi sığortanın tətbiqindən sonra (2022-ci il) minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 3 dəfə artıb: "Belə ki, 2019-cu ildə minimum vəzifə maaşı alan həkimin əmək haqqı 406 manat olduğu halda, 2022-ci ildə bu rəqəm 1268 manat təşkil edib. Bu ilin yanvar ayından aşağıdakı tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər. Həmin tibb müəssisələrinin əməkhaqlarını Səhiyyə Nazirliyi tənzimləyəcək".

Səhiyyə Nazirliyindən isə bildirilib ki, qurumun tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərində çalışan tibb işçilərinə İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göstərdikləri xidmətlərdən əldə etdikləri gəlir hesabına əməkhaqlarına əlavələrin ödənilməsi təmin olunacaq.

Nazirlikdən xatırladılıb ki, Prezidentin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanına əsasən elmi tədqiqat institutları və mərkəzləri yanvarın 1-dən nazirliyin tabeliyinə verilib.

"Səhiyyə Nazirliyinin tabeliyində olan və büdcədən maliyyələşən tibb müəssisələrinin işçilərinin aylıq vəzifə maaşları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli əsasında müəyyən olunur. Bundan əlavə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında" qərarına əsasən əmək şəraitinə, fasiləsiz əmək stajına, ixtisas dərəcəsinə, əmək şəraitinin xüsusiyyətlərinə və digər xüsusiyyətlərə görə aylıq vəzifə (tarif) maaşına əlavələr müəyyən olunur.

Elmi-tədqiqat institutları və mərkəzlərinin işçilərinin əmək haqlarına əlavələrin minimum 2022-ci ilin səviyyəsində saxlanılması üçün Səhiyyə Nazirliyi zəruri tədbirlər görür. Belə ki, Prezidentin müvafiq sərəncamına əsasən Səhiyyə Nazirliyinin tabeliyinə verilən müəssisələrin "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlərin göstərilməsinin davam etdirilməsi təsbit olunub", - SN-dən vurğulanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ildəki müvafiq qərarı ilə yuxarıda adları çəkilən tibb ocaqları Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3035   Tarix: 11 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.