Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMA

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMABank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.

Ancaq indi kartlardan pul oğurlaması halları da baş verir, özü də böyük məbləğlərdə. Bu kimi məsələlər gündəmə gələndə, banklar vətəndaşları diqqətli olmağa, kart məlumatlarını 3-cü şəxsə verməməyi məsləhət görürlər.

Ancaq bu kimi oğurluq halları yaşananda adamda sual yaranır ki, mənim də kartımdakı pulu oğurlaya bilərlər? Kartda saxlamaq nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı "Kaspi" qəzetinin əməkdaşı mütəxəssislərlə söhbətləşib.

Bank eksperti Emin Mahmudov deyir ki, bank və kart sektoru inkişaf etdikcə dələduzluq və kartlardan oğurluq halları da artır, lakin qeyd etməliyik ki, kartlardan pul oğurlanması halı banklara bağlı olmadığı üçün bu, əhalinin kartda pul saxlamasına mane olacaq faktor kimi çıxış etmir: "Tutaq ki, bir bankda ay ərzində 2 milyon əməliyyat olursa, bunun 10-u dələduzların kartdan pul oğurlanması ilə bağlı olur. Yəni belə hallar çox azdır. 5 hal bir bankda, 3 hal başqa bir bankda olanda, bu, bir az narahatlıq və əhali arasında təşviş yaradır ki, kartlardan pullar oğurlanır. Ancaq nəzərə alaq ki, indiyə kimi Azərbaycanda kartdan pulun oğurlanması heç vaxt bankın günahından olmayıb. Kartdan oğurluq halı 99 faiz halda müştərinin öz səhvi ucbatından olur. Həm kartların üstünlüklərini, həm də bu riskləri nəzərə alaraq müştəri özü ölçüb-biçib pulunu kartda saxlayıb-saxlamamaqla bağlı qərar verir. Yəni bizdə bu hallar çox deyil, üstəlik də banklarla bağlı deyil. Ona görə insanların pullarını kartda saxlamaqdan çəkinəcəklərini düşünmürəm".

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMAE.Mahmudov bildirdi ki, təhlükəsizlik qaydalarına riayət etmək şərtilə pulumuzu kartda saxlamaqdan çəkinməməliyik: "Bütün kart istifadəçilərini əmin edə bilərik ki, 3-4 sadə təhlükəsizlik tədbirinə əməl etsəniz, kartınızdan pul heç vaxt oğurlana bilməz".

Ekspert həmin təhlükəsizlik qaydalarını da qeyd etdi: "Kartın 16 rəqəmdən başqa əlavə heç bir məlumatı 3-cü şəxsə verməyin. Sizə pul köçürürlərsə, CVV/CVC kod, kartın bitmə tarixi heç vaxt lazım olmur. Yaxud sizə link göndərib deyirlər ki, sizdən heç nə istəmirik, linkə özünüz daxil edin. Kart məlumatlarınızı heç bir linkə, tanımadığınız saytlara daxil etməyin. Kartın pin kodunu kartın üzərinə yazmaq olmaz. Bankın "application"ununu mütləq yükləmək lazımdır. Sabah kart oğurlananda, itəndə, tez tərpənib kartı bloklayasınız. Böyük məbləğdə pulu karta qoyursunuz, amma oğurlanacağından qorxursunuzsa, bankın proqramından kartı bloklayırsınız, sizə lazım olan vaxtı blokdan çıxarıb istifadə edirsiniz.

Bəzən bankdan zəng gəlir, bəzən isə dələduzlar bank əməkdaşı adından zəng vururlar. Siz hansı olduğunu müəyyənləşdirə bilmirsinizsə, zəng edən əməkdaşın adını və ofisdə daxili telefon nömrəsini soruşun. Deyin ki, mən sizinlə əlaqə saxlayacam. Sonra bankı özünüz yığıb həmin şəxslə danışmaq istədiyinizi deyin. Bu zaman əmin olacaqsınız ki, bankla danışırsınız".

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMAİnformasiya Texnologiyaları mütəxəssisi Rəşad Əliyev deyir ki, kart istifadəsi ilə bağlı təlimatlar var, onlara diqqət edilməyəndə kartdan oğurluq halı baş verir: "Bank kartları ilə bağlı təhlükəsizlik standartları var. Banklar bunları edirlər, müştəriyə də bu məlumatları verirlər. Hansı kodları 3-cü şəxslə paylaşmamalı olduğunu bildirirlər. Amma insanlar əgər orda qeyd edilənlərə riayət etmirlərsə, problemlə üzləşirlərsə, bankı günahlandırmaq düzgün deyil".

R.Əliyev bildirdi ki, böyük məbləğlərdə oğurluqlardan sığortalanmaq üçün insanlar hansı kartı harada istifadə etməli olduqlarını bilməlidirlər: "Banklar kartlardan oğurluq hallarının qarşısını almaq üçün hazırda kartları kateqoriyalara bölüblər. Məsələn, maaş, səyahət, alış-veriş və sair kartlar var. Düzdür, kartların hamısı multifunksionaldır. Amma buna baxmayaraq, onlardan növlərinə uyğun istifadə etmək daha yaxşı olar. Maaş, yaxud pul yığdığınız kartları alış-veriş üçün istifadə etmək doğru deyil. Onlayn alış-verişdə maaş kartını istifadə edirsinizsə, burada da risk ehtimalı yaranır. Maaş kartı hər ay müəyyən məbləğdə pul gələn kart hesabıdır. Bu kart hesabını elektron kommersiya saytına qoymusunuzsa, saytın etibarı yoxdursa, sabah o kart məlumatlarınız bəd fikirli insanların əlinə keçə bilərsə, maaş vaxtı o ödənişi ələ keçirməyə çalışacaqlar. Bank təklif edir ki, onlayn alış-veriş üçün virtual istifadə edin. Bir də "3D security"ni aktiv edin".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1077   Tarix: 09 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

00:33 71
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 710
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 548
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 177
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 347
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 526
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 299
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 101
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 636
.