Selektiv abortların qarşısı necə alınmalıdır? - ARAŞDIRMA

Selektiv abortların qarşısı necə alınmalıdır? - ARAŞDIRMAAzərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Heç bir xarici müdaxilə olmadığı təqdirdə, doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı doğulmalıdır. Hazırda isə ölkəmizdə doğulan hər 100 qız uşağına 116 oğlan düşür. BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 çox olacaq.

Bəs buna qarşı necə mübarizə aparmalı? Selektiv abortlarla mübarizədə maarifləndirmə ilə yanaşı, Cinayət Məcəlləsində xüsusi məsuliyyət növü olmalıdırmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzvə Komitəsinin sədr müavini Elgün Səfərov qəzetimizə açıqlamasında bildirib ki, şəxsi cinayət məsuliyyətinə cəlb etməsək, problemi aradan qaldıra bilməyəcəyik:

"Beynəlxalq praktikada da, bizdə də uşaq birinci qız olanda, bəxti gətirir, 99 faizi həyatda qalır. İkinci uşaq qız olanda 30, üçüncüdə isə 74 faizi abort edilir. 2012-2020-ci illərdə uşaq nikahlarının sayı 10 dəfə azaldı. Çünki məsuliyyət növü müəyyənləşdi. Cinayət Məcəlləsinin 176-cı maddəsində 4000 manata qədər cərimə, 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Hansısa rayonda bir nəfər məsuliyyətə cəlb edildikdə, digərlərinə görk olur. Cəza metodu maarifləndirmə ilə bir yerdə olmalıdır ki, cins nisbətinin də pozulmasının qarşısını ala bilək. Bu gün selektiv abortların aradan qaldırılması ilə bağlı beynəlxalq ekspertlərlə, BMT-nin Əhali Fondu ilə birlikdə daha güclü maarifləndirmə işləri aparırıq. Lakin məsuliyyət növü tətbiq edilməsə, istədiyimiz nəticəyə gələ bilməyəcəyik".

Gender məsələləri üzrə mütəxəssis Aynur Veysəlova deyir ki, selektiv abort da məişət zorakılığının bir formasıdır. Bu məcburiyyətə qalan şəxslər istənilən halda əgər müraciət ediblərsə, əlbəttə ki, qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunur:

"Lakin bununla bağlı müraciətlər olmur. Ümumiyyətlə, abortun qadın sağlamlığına ziyanları ilə bağlı həm qadınlar, həm kişilər maarifləndirilməlidir. Müasir kontraseptiv vasitələrdən istifadə etməklə hər bir ailə uşaqların dünyaya gəlmə vaxtını qərarlaşdıra və arzu etdikləri sayda övlad sahibi ola bilərlər. Bu vasitələr hamiləliyin planlaşdırılmasının ən sağlam yoludur. Eyni zamanda, oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsi gündəmdə olmalıdır".

Mütəxəssis vurğulayır ki, təcrübəyə görə, qadına hamiləliyi süni şəkildə dayandırmağa həyat yoldaşından çox qaynanası, anası, baldızı məcbur edir:

"Qadına qadın tərəfindən təzyiq var ki, sən mütləq dünyaya oğlan gətirməlisən. Halbuki uşağın cinsiyyətinin oğlan və ya qız olmasının qadına heç bir aidiyyəti yoxdur. Biz maarifləndirməni bu istiqamətdə aparmalıyıq. Sözün əsl mənasında patriarxal mədəniyyətin aradan qaldırılmasına çalışmalıyıq".

Hüquqi məsuliyyətə gəldikdə isə, Ailə, Qadın Uşaq Problemi üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyir ki, selektiv abortlarla mübarizədə Koreya təcrübəsindən yararlana bilərik:

"Abort qadının sağlamlıq hüququdur. Bu səbəbdən abortların qarşısını tam ala bilmərik. Lakin hazırda selektiv abortlarla mübarizədə cəza mexanizminin tətbiq olunması zərurəti yaranıb. Biz Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birlikdə layihə həyata keçirdik. Həmin layihə çərçivəsində onların selektiv abortlarla mübarizə üsulları ilə tanış olduq. Bu üsullardan biri də ana bətnində uşağın cinsiyyəti haqqında məlumat verilməsinə qadağa qoyulmasıdır. Belə ki, Koreya qanunvericiliyində qeyd olunur ki, dölün cinsini təyin etmək üçün tibb işçisi hamilə qadının müayinəsini apara bilməz və bununla bağlı heç kimə məlumat verə bilməz".

Mütəxəssis vurğulayır ki, bizdə də uşağın cinsi haqqında məlumat verən həkimlər məsuliyyətə cəlb olunmalıdır:

"Bu gün ultrasəs müayinəsi çox əlçatandır və bu, selektiv abortların çoxalmasına şərait yaradır. Əgər biz Koreya təcrübəsini nəzərə alsaq, tibb müəssisələrində uşağın cinsi haqqında məlumat verən həkimləri məsuliyyətə cəlb edə bilərik. Məsələn, tibb işçisinin lisenziyasının əlindən alınmasını, tibbi xidmətin göstərilməsi ilə bağlı cərimə sistemini tətbiq etsək, selektiv abortlarla bağlı hansısa nəticəyə gələ bilərik. Koreyada bunu edən həkim 3 ilə qədər azadlıqdan məhrum oluna bilər. Bundan əlavə, 25 min dollar cərimə tətbiq olunur və tibb lisenziyası ləğv edilir"

Məlumat üçün bildirək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində də Azərbaycanda hamilələri uşağın cinsinin təyini üçün müayinə etmək qadağan olunur. Lakin bu qanun hələ qüvvəyə minməyib.

Mütəxəssis sonda vurğuladı ki, hazırda selektiv abortların qarşısının alınması dövlətin əsas prioritetlərindən biridir:

"Nazirlər Kabineti 24 fevral 2020-ci il tarixdə "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nı qəbul edib. Əgər biz bu gün bu problemin həllini tapmasaq, acı nəticələrini 20-30 ildən sonra görə biləcəyik. Hazırkı problemi Koreya da vaxtilə yaşayıb və bu gün stabilləşmə mövcuddur. Onların təcrübəsindən biz də faydalana bilərik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 988   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

00:33 71
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 710
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 548
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 177
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 347
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 526
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 299
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 101
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 636
.