Yeni ildə ciblərimiz dolu, yoxsa boş olacaq? - Proqnozlar

Yeni ildə ciblərimiz dolu, yoxsa boş olacaq? - ProqnozlarYeni il heç də rahatlıq vəd etmir. Əksinə, ilin ən dəbdə olan sözü "resessiya" olacaq. Belə ki, bir çox ölkələrdə ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olacağı proqnozlaşdırılır. Bu da öz növbəsində bütün iqtisadi göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxaracaq.

2022-ci il dünya iqtisadiyyatı üçün yetərincə ağır keçdi. İnkişaf etmiş ölkələrdə iqtisadi zəifləmə qaçılmaz oldu, bu da onların ticarət tərəfdaşlarına da mənfi təsir etdi. Bir çox ölkədə son onilliklərin ən yüksək inflyasiya göstəriciləri qeydə alındı. İlboyu enerji bazarları ilə də bağlı ciddi çağırışlar ortaya çıxdı. Rusiya-Ukrayna savaşının başlaması fonunda dünya bazarlarında enerjidaşıyıcıların qiyməti kəskin artdı. Bütün bunlar 2023-cü ildə qlobal iqtisadiyyatda hansı proseslərin baş verəcəyi ilə bağlı suallar doğurur.

"Kaspi" qəzeti məsələ ilə bağlı ekspert və təşkilatların proqnozlarına yer verib:

İlin ən dəbdə olan sözü hansı olacaq?

Qərb mətbuatına inansaq, yeni il də bizə heç də rahatlıq vəd etmir. Əksinə, ilin ən dəbdə olan sözü "resessiya" olacaq. Belə ki, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması proqnozlaşdırılır. Bu da öz növbəsində bütün iqtisadi göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxarır.

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgievanın da 2023-lə bağlı səsləndirdiyi bədbin proqnoz ilin çətin keçəcəyindən xəbər verir. BVF rəhbəri bildirib ki, tənəzzül 2023-cü ildə qlobal iqtisadiyyatın üçdə birinə təsir edəcək. O xəbərdarlıq edib ki, bu il qlobal iqtisadiyyat üçün geridə qoyduğumuz ildən daha çətin olacaq. "Niyə? Çünki üç böyük iqtisadiyyat - ABŞ, Aİ və Çin - eyni anda yavaşlayır", - deyə BVF rəhbəri vurğulayıb. O əlavə edib ki, yüz milyonlarla insan özünü tənəzzül durumunda hiss edəcək. ABŞ tənəzzüldən qaça bilsə də, Ukrayna münaqişəsindən ağır zərbələr alan Avropanın vəziyyəti daha acınacaqlı görünür. "Avropa İttifaqının yarısında iqtisadiyyatlar tənəzzülə uğrayacaq", - deyə o bildirib. BVF rəhbəri əlavə edib ki, son 40 ildə ilk dəfə Çinin iqtisadi artımının qlobal artım səviyyəsində və ya ondan aşağı olacağı ehtimal edilir. Bu isə ümumilikdə Asiya iqtisadiyyatları üçün "kifayət qədər gərginlik" vədi deməkdir: "Mən Asiya liderləri ilə danışanda hamısı sualla başlayır: Çinə nə olacaq? Çin daha yüksək artım templərinə qayıdacaqmı?".

Beynəlxalq qurumların 2023-cü ildəki böyümə proqnozlarını aşağı salması həm də inkişaf etmiş ölkələrin sərt pul-kredit siyasəti aparacaqlarına dair gözləntilərlə bağlıdır. Proqnozlardan aydın olur ki, inflyasiya göstəriciləri il ərzində yenə də yüksək olacaq. Düzdür, bəzi qurumların fikrincə qiymət artımının səviyyəsi 2022-ci illə müqayisə daha aşağı olacaq. Ancaq bir çox ölkədə inflyasiya göstəriciləri yenə proqnozları aşacaq.

Qlobal iqtisadi tənəzzül qaçılmazdır

Danılmaz faktdır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan böhran inkişaf etmiş ölkələri də bürüyüb və həmin ölkələrdə rekord inflyasiyaya səbəb olub. Münaqişə bölgəsindən uzaq ölkələr üçün də ərzaq və gübrə qiymətləri bahalaşıb. Enerji daşıyıcılarının qiymətlərinin artması isə öz növbəsində üçüncü şoku – makroiqtisadi sabitliyin itirilməsi təhlükəsini daha da gücləndirib. Hazırda hər şey bu üç amilin - geosiyasi, enerji və iqtisadi vəziyyətin necə inkişaf etməsindən və bir-birinə necə təsir etməsindən asılıdır. Avropanın bir çox iqtisadiyyatları artıq tənəzzül ərəfəsindədir. İnflyasiyanın qarşısını almaq üçün tələb olunan yüksək faiz dərəcələri istehlak xərclərini daha da azaldacaq və işsizliyi artıracaq. İndiyə qədər Avropa hökumətləri kütləvi subsidiyalar və qiymət məhdudiyyətləri ilə istehlakçıları enerji qiymətlərinin ən pis şokundan qoruyub. Lakin bu, sonsuza qədər davam edə bilməz. Dünyaca məşhur "Bloomberg" də yazır ki, 2023-cü ildə investorlar qlobal iqtisadiyyatı xaosa sürükləyə biləcək risklərdən qaçmağa çalışacaqlar. Proqnozlar isə belədir ki, səhmlər və istiqrazlar dəyər itirməkdə davam edəcək, dollar güclənəcək və inkişaf etməkdə olan bazarlar yeni sınaqlardan əziyyət çəkəcək.

2023-cü il Rusiya üçün də yaxşı nəsə vəd etmir

2023-cü il Rusiya üçün də yaxşı nəsə vəd etmir. Ən optimist rusiyalı iqtisadçılar belə etiraf edirlər ki, bu il rusların alıcılıq qabiliyyətləri xeyli aşağı düşəcək. Ukrayna müharibəsi və buna görə tətbiq edilən sanksiyalar 2022-ci ildə Rusiya iqtisadiyyatı üçün ciddi sınaq olub. Ötən il daxili resurslar sanksiyaların təsirini bir qədər yumşaltdı. Amma zaman keçdikcə təsirlər artacaq. Gələn il Rusiyada rublun növbəti kəskin ucuzlaşması, daha yüksək inflyasiya proqnozlaşdırılır. Bu da ölkəni defolt vəziyyətinə gətirib çıxara bilər.

Bir çox ekspertlər isə hazırkı şəraitdə Rusiya iqtisadiyyatının taleyi ilə bağlı ümumi proqnozlar verməyin mənasız olduğu qənaətindədirlər. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi Siyasət Tədqiqatları Mərkəzinin direktoru Oleq Buklemişev qeyd edib ki, indiki vaxtda hətta peşəkar makroiqtisadçılar belə nə baş verəcəyini proqnozlaşdıra bilmirlər. O hesab edir ki, "buna səbəb proqnozlaşdırıla bilməyən hadisələr silsiləsidir. Mövcud vəziyyətdə fərziyyələr irəli sürmək çox mənasızdır. 2023-cü ildə dəqiq nə olacaq, biz də bilmirik və hər hansı variantı təhlil etməyin də mənası yoxdur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 796   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün

31.10.2026 470
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 548
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 299
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31.10.2026 448
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 453
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 636
.

Ədviyyatlardan dünyanın ən böyük rəsmini hazırladı

Hindistanlı rəssam Amar Kale ədviyyatlardan istifadə edərək dünyanın ən böyük rəsmini yaradıb. Axşam.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" məlumat yayıb. Əsərin sahəsi 175,82 kvadratmetr təşkil edir. Rəsm yanvar ayında Hindistanın Dharvad şəhərində hazırlanıb. Amar Kale əsəri

31.10.2026 382
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 710
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 464
.