Beh qalmaqalları: Məsələ necə tənzimlənir?
Toy, xına məclislərinin aparıcıları ilə müştərilər arasında beh qalmaqalının yaşanması ilə bağlı mütəmadi olaraq paylaşımlar edilir.
Belə ki, müştərilər hər hansı səbəbdən toy, xına məclisini ləğv edən zaman verdikləri behi tələb edirlər. Aparıcılar isə həmin behi qaytarmırlar.
Bir müddət əvvəl aktrisa Xuraman Əlizadə ilə müştəri arasında beh qalmaqalı yaşanıb. Xınayaxdı məclisinə dəvət edən şəxs müəyyən məbləğdə beh ödəyib. Daha sonra həmin adamın qardaşı rəhmətə getdiyindən xına mərasimi baş tutmayıb. O, X.Əlizadədən behi qaytarmağı tələb edib. Beh əvvəldən aktrisanın həyat yoldaşının kartına köçürülüb və X.Əlizadə həmin xanıma istənilən halda behin qaytarılmayacağını bildirib.
Bəs beh məsələsi necə tənzimlənir? Bu, qanunvericiliklə tənzimlənirmi?
Hüquqşünas Şamil Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, beh razılaşması pulun az və ya çox olmasından asılı olmayaraq, yazılı formada bağlanmalıdır:
"Məhsulu görmədən şəxsin kartına beh üçün pul göndərilməsi adamların dələduzluğun qurbanı olmalarına şərait yaradır. Dələduzluğun yaranması üçün 500 manatdan yuxarı məbləğ lazımdır. Beh çox zaman daha az olur və vətəndaş pulunu geri ala bilmir.
Behin öz məğzinə gəldikdə isə müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə verilən puldur. Öhdəliyi icra etmək mümkün olmadıqda və tərəflər öz aralarında razılaşıblarsa, beh qaytarılmalıdır. Müqavilənin icra edilməməsində məsuliyyəti beh vermiş tərəf daşıyırsa, beh digər tərəfdə qalır".
"Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin ikiqatını ödəməlidir", - deyə o qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 655 Tarix: 07 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 97 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
07.11.2026 171 Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 98 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 100 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 181 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168