"Dünya dövlətləri sərt pul siyasətinə gedəcəyi təqdirdə inflyasiya azalsa belə, işsizlik artacaq" - RƏY

"Dünya dövlətləri sərt pul siyasətinə gedəcəyi təqdirdə inflyasiya azalsa belə, işsizlik artacaq" - RƏYAzərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə cari ildə, 2022-ci ildə olduğu kimi, səkkiz dəfə baxmağı planlaşdırır. Belə ki, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə 1 fevral, 29 mart, 3 may, 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr və 20 dekabr tarixlərində açıqlanacaq. Məlumata görə, fevral, may, iyul və noyabr aylarındakı qərarları qurumun sədri Taleh Kazımov mətbuat konfransında elan edəcək.

Məsələni Oxu.Az-a şərh edən Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Altay İsmayılov qeyd edib ki, bu qərarlar, əsasən, faiz dəhlizinin parametrlərinin müəyyənləşdirilməsinə dair olur:

"Burada mövcud vəziyyətə bağlı olaraq uçot dərəcəsini artırmaq və ya azaltmaq qərarı verilir. Eyni zamanda ictimaiyyətə tədiyyə balansı, inflyasiya, iqtisadi fəallıq, manatın məzənnəsi və risklərlə əlaqədar hesabat təqdim olunur.

Ən son toplantıda uçot dərəcəsi 8,25 faiz olaraq müəyyənləşdirilib. Həmin görüşdə faiz dəhlizinin alt sərhədi artırılaraq 6,25 faizə çıxarılıb, üst sərhəd isə əvvəlki kimi 9,25 faiz olaraq saxlanılıb. Bundan sonrakı dövrdə uçot dərəcəsi daha da artırıla bilərmi? Açığı, hazırda Azərbaycanda uçot faizi kifayət qədər yüksəkdir. Artırılıb-artırılmaması daha çox bir sıra daxili və xarici amillərdən asılı olacaq. Ümumilikdə, AMB-nin 2023-cü ildə pul siyasəti beynəlxalq miqyasda proqnozlaşdırılan resessiya gözləntilərindən təsirlənəcək. Əgər dünya bazarında önəmli təsirə malik dövlətlər, gözlənildiyi kimi, sərt pul siyasətini seçsələr, onda bu, inflyasiyanın qismən səngiməsinə səbəb olsa da, işsizliyin artması kimi bir digər problemə gətirib çıxara bilər. Bu baxımdan Mərkəzi Bankın builki qərarlarında bu amilin nəzərə alınması da vacib nüanslardan biri olacaq".

Ekspert manatın məzənnəsi ilə bağlı gözləntilərdən də söz açıb:

"Manatın məzənnəsi ilə bağlı keçən 2022-ci ilin 11 ayının göstəricilərinə baxdıqda görünür ki, manatın nominal effektiv məzənnəsi 7,9 faiz olub. Bu o deməkdir ki, manat müxtəlif valyutalar qarşısında 7,9 faiz bahalaşıb. Əslində, bu bahalaşma inflyasiya təzyiqinə azaldıcı təsir göstərməlidir. Amma görünür ki, təsir qismən olub, çünki biz iqtisadiyyatda, xüsusilə ərzaq sektorunda kifayət qədər yüksək inflyasiya ilə üz-üzə qalmışıq.

Əhalini daha çox maraqlandıran manat-dollar məzənnəsinə gəldikdə isə bu daha çox ölkəyə daxil olan valyutanın həcmindən, konkret olaraq isə neft-qaz resurslarının qiymətindən asılı olacaq. Çünki keçən il bu bazarda qiymətlərin kifayət qədər yüksək olması ixracın da 93 faizə yaxın hissəsinin neft-qaz sektorunun payına düşməsinə gətirib çıxarıb. Cari ildə bu resursların qiyməti yüksək olduğu təqdirdə manatın məzənnəsi üzərində xüsusi bir təzyiq yaratmaya bilər. Ancaq qeyd olunduğu kimi, resessiya və başqa amillərin təsiri ilə durum dəyişə bilər".

Müsahibimiz diqqətə çatdırıb ki, bu məsələdə siyasi amillər də rol oynayır:

"Bizə yaxın regionda baş verən hadisələr, müharibələr, münaqişələr, qeyri-müəyyənliklər prosesə ciddi təsir edir. İqtisadiyyatı mənfi təsirlərdən qismən də olsa, qorumaq üçün neft-qaz resurslarından asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafını artırmaq prioritet istiqamətlər kimi aktuallığını qorumalıdır. Xüsusilə real sektor inkişaf etdirilməlidir. İstehsal sahələri genişləndirilməli, ərzaq məhsullarında xaricdən asılılıq azaldılmalıdır. Bu istiqamətdə dövlətin əlaqədar strukturlarının təşviq mexanizmi daha da genişləndirilməlidir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1044   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

00:33 71
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 101
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 526
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31.10.2026 448
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 409
.

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün

31.10.2026 470
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 129
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 681
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 657
.