Dünyanın ən xoşbəxt ölkəsinin sakinləri bunları etmirlər...

Dünyanın ən xoşbəxt ölkəsinin sakinləri bunları etmirlər...Finlandiya "Dünya Xoşbəxtlik Hesabatı"na ("World Happiness Report") görə 5 il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunub. Hazırda bir çoxlarını Finlandiya sakinlərini həyatlarından bu qədər qane edən səbəblərin məhz hansılar olduğu maraqlandırır.

"Qafqazinfo"nun məlumatına görə, xoşbəxtliyin əsaslarını araşdıran finlandiyalı filosof və psixoloq Frenk Martela ölkə sakinlərinin yüksək həyat keyfiyyətini qoruyub saxlamaq və xoşbəxt olmaq üçün heç vaxt etmədiyi 3 şeyi açıqlayıb.

Onun sözlərinə görə, bunlardan birincisi finlərin özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etməməsidir. O bildirib ki, Finlandiyada vətəndaşlar xüsusilə də zənginlik və maddi üstünlüklər baxımından lovğalanmağı sevmirlər.

Martela buna misal olaraq bu hadisə barədə danışıb: "Bir dəfə ölkənin ən zəngin insanlarından biri ilə qarşılaşdım. O, öz azyaşlı uşağını uşaq arabasında tramvay stansiyasına doğru aparırdı. Halbuki o özünə bahalı maşın ala və ya sürücü işə götürə bilərdi. Lakin o bunun əvəzində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Finlandiyada uğur məhz bu deməkdir".

Martela finlərin həyatda etmədiyi ikinci cəhətin təbiətin üstünlüklərini gözardı etməmək olduğunu qeyd edib. Belə ki, 2021-ci ildə ölkədə həyata keçirilən sorğuya əsasən, finlərin 87%-i belə hesab edir ki, təbiət onlar üçün çox vacibdir. Çünki təbiət onlara ruhi sakitlik, enerji və rahatlıq bəxş edir. Bununla yanaşı, Finlandiyada işçilər yayda 4 həftəlik məzuniyyətə çıxırlar. Bir çoxları məzuniyyəti kənd ərazisinə getmək və təbiətlə baş-başa qalmaq üçün istifadə edir.

Finlandiyada sakinlərin əsla etmədikləri üçüncü cəhətə gəldikdə isə, bu, cəmiyyətdə etimadın itirilməməsidir. Qeyd olunur ki, araşdırmalara əsasən, ölkə daxilində etimad səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlar da bir o qədər xoşbəxtdir. Belə ki, 2022-ci ildə dünyanın 16 şəhərində 192 pulqabı yerə atılaraq "pulqabı itirilməsi" eksperimenti həyata keçirilib. Nəticəyə əsasən, Helsinkidə itirilmiş 12 pulqabıdan 11-i sahibinə qaytarılıb.

Bununla yanaşı, Finlandiyada vətəndaşların bir-birinə güvəndiyi də xüsusilə vurğulanır. Qeyd olunur ki, kimsə öz telefonunu qatarda itirərsə və yaxud notbukunu kitabxanada unudarsa, əşyasını geri əldə edəcəyinə əmin ola bilər. Həmçinin ölkədə uşaqların nəzarətsiz şəkildə küçədə oynadığını və yaxud məktəbdən evə ictimai nəqliyyatla tək qayıtdığını görmək mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1194   Tarix: 06 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

07.11.2026 175
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.