"Toppuş bacı"nın ağciyərinə su gəlib - Ağıllı dərman təsir edəcəkmi?
"Səhhətim bu aralar çox ağırlaşıb. Xəstəxanada yatdım".
BiG.AZ xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
"Bir neçə gündür ki, ağ ciyərimə və ayaqlarıma su yığılıb. Həkimlərin səyi nəticəsində ağ ciyərlərimdən suyu qurutdular. Hələki səhhətim stabildi. Hazırda evdə müalicə alıram. Bir neçə gündən sonra Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsinə gedəcəyəm. Ondan sonra səhhətimin nə vəziyyətdə olduğunu tam açıqlaya biləcəyəm. MRT olmadan heç bir söz deyə bilmirəm".
Səsini tamami ilə itirən Tünzalə on gündür ki, yataq xəstəsi olduğunu açıqlayıb:
"Sağalmaq üçün maddi yardıma ehtiyacım var. 10 gündür ki, yataqdayam. Ayağa dura bilmirəm. Səsim haqda həkimlərin mənə söylədikləri budur ki, heç zaman geri qayıtmayacaq nə də ki açılmayacaq. Amma Allahdan ümidimi üzmürəm. Ayağa qalxa bilsəm səsimlə bağlı bəzi məşğələlərə gedərəm. İndi hazırda yataq xəstəsiyəm".
Aktrisa həmçinin söyləyib ki, iki doza "Ağıllı dərman" adlı preparatı qəbul etdikdən sonra səhhəti ağırlaşıb. Bu səbəbdən üçüncu dozanın qəbulunu hələlik dayandırıb:
"Ağıllı dərman" preparatının cəmi 2 dozasını qəbul etmişəm. 2-ci dozadan sonra səhhətim ağırlaşdı deyə, 3-cü dozaya biraz zaman verdik. Ümumi olaraq isə hələ 10 ədəd preparat vurulmalıdır".
Ümumi olaraq 26 min manat pul yığdığını söyləyən Toppuş bacı hələ də maddi yardıma ehtiyac olduğunu dilə gətirib:
"Topladığım vəsait təbii ki, çatmır. Çünki evdə həddən artıq iynələr, sistemlər vurdururam. Amma yenə də Allaha pənah! Ümidimi üzmürəm. Bəlkə kimsə yenə maddi yardım edəcək. 16 min manat xalq yığdı. 10 min manat isə "Rufo Gəncinski" ləqəbli "qanuni oğru" Ülfət Tağıyev göndərdi. Ona çox minnətdaram".
"TikTok" sosial şəbəkə vasitəsi ilə xalqdan köməklik istəyən Əməkdar artist əlavə edib ki, kimlərsə onun hesabını şikayət edərək, bağlatdırıb:
"Əvvəl "TikTok" sosial şəbəkə platformasında canlı yayımlar açıb xalqdan komək istəyib müəyyən pulu yığa bilirdim. Kimsə şikayət edib, 10 gündür ki, orada olan səhifəm də bağlanıb"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
20.09.2026 362 Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24.09.2026 833 Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20.09.2026 859 "Kızılcık şerbeti"nin aktrisası xəyanət iddialarını təsdiqlədi - Foto
Türkiyəli aktrisa Seray Kaya sosial media paylaşımı ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa İdris Aybirdi ilə fotosunu yayımlayaraq sevgili olduqlarını açıqlayıb. O, bununla "Survivor" yarışması ilə tanınan Sahra Işıkın keçmiş həyat yoldaşı İdrisin ona "Kızılcık Şerbeti"
20.09.2026 432 Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19.09.2026 304 Kubilayla Hafsanur ayrıldı
Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu
02.10.2026 218 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19.09.2026 249 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20.09.2026 319 "Alatoranlığ"ın aktyoru ata oldu
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir
24.09.2026 389