Bir milyona soyunan xanım, meyxana "söhbət"ləri, küskünlər: Şou-biznesin ötən ili nə ilə yadda qaldı?

Bir milyona soyunan xanım, meyxana "söhbət"ləri, küskünlər: Şou-biznesin ötən ili nə ilə yadda qaldı?Geridə qoyduğumuz 2022-ci ildə mədəniyyət, şou-biznes nümayəndələri ilin simvolundan "ilhamlanaraq" pələng kimi kükrədilər. İl ərzində kimisi gizlin, kimisi də aşkar şəkildə həmkarlarına söz atıb mübahisə etdi. Atılan eyhamlardan cavabsız qalanı da olmadı.

BiG.AZ oxu.az-a istinadən söz atıb, mübahisə yaradan məşhurlarının siyahısını təqdim edir:

Aktyor Sərxan Kərəmoğlu "MTV maqazin" verilişinə müsahibəsi zamanı "Şou-biznesdə normal adam yoxdur, şou-biznesdə örnək olacaq adam da yoxdur" sözlərini dilə gətirib. Kərəmoğlunun bu sözləri cavabsız qalmayıb. Məşhur simalar Sərxana etirazlarını bildiriblər.

Əməkdar artist Vasif Məhərrəmli Kərəmoğluya irad tutaraq elə ən hörmətli adamların məhz müğənnilər olduğunu bildirib.

Müğənni Aysun İsmayılova isə aktyorun sözlərini məsxərəyə qoyaraq: "Özünü normal adam kimi görmür? Vallah, biz anormal deyilik, hamımız normalıq", - deyə əlavə edib.

İfaçı Aytac Vidadiqızı isə Sərxan və onun kimi düşünənləri "sənəti ucuzlaşdıran insanlar" adlandırıb.

Müğənni Nadir Qafarzadə Sərxanın fikri ilə qismən razılaşıb.

Müğənni Əli Mirəliyev Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, Azərbaycan muğamına xələl gətirməkdə günahlandırıb:

"Alim Qasımovun ifasını bəyənmirəm. Onun ifasını yalnız 1992-ci ilə qədər bəyənirdim, hətta gözüm dolurdu. Çünki həmin vaxta qədər çox gözəl, ağıllı-başlı oxuyurdu. İndi isə farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir. Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyurlar. Sən isə dərviş kimi oxuyursan. Məgər biz dərvişik?!

Rübabə Məmmədova kimi oxuyan qızını da öz yoluna çəkib, bədbəxt eləmisən. Həmçinin Elnarə Abdullayevanı, Mirəlləmi bədbəxt etmisən. Siz Azərbaycan musiqisinin düşmənlərisiniz! Xalqın musiqisini bu günə qoyduğunuza görə şəxsən mən Əli Mirəliyevə cavab verəcəksiniz!"

Alim Qasımov Əli Mirəliyevin bu sözlərini cavabsız qoyub.

Daha bir mübahisə isə Afaq Aslanla Əli Mirəliyev arasında yaşanıb.

Müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın "1 milyona soyunaram" ifadəsinə reaksiya verərək "soyunsa, ona heç 50 manat da verməzlər" deyib.

Əli Mirəliyevin bu sözlərindən sonra Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib:

"Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib, gəl bir samovar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə, balığın iyindən bilir ki, bu, şor balıqdır".

Əli Mirəliyev məclislərin birində centlmenlik edərək Afaq Aslanı çaya dəvət etdiyini əlavə edib.

Milli Məclisin deputatı Aqil Abbas Rəşad Dağlının törətdiyi cinayətə münasibət bildirərkən deyib ki, söyüş üstündə kimisə öldürmək düzgün hərəkət deyil:

"O adam deyil, narkomandır, "barıqa"dır, deyirlər. Deməli, küçədəki narkomanları, "barıqa"ları öldürməliyik?! Deyir, ağlım başımda olmayıb, affekt vəziyyətində olmuşam. Sən vurub xalqın uşağını öldürmüsən. Kim olur-olsun, nə olur-olsun, niyə öldürürsən?! Uzaqbaşı döyə bilərdin. Niyə öldürmüsən axı? Elə hamı onun tərəfini saxlayandan sonra bu hadisələr oldu. Adamlar belə şeylərə baxıb "qəhrəmanlıq" etmək istəyirlər".

"Bunların hamısı cinayətə meyilli insanlardır ki, dəstəkləyirlər. Sosial şəbəkədə, saytlarda yazırlar, başqaları da ondan ruhlanırlar, deyirlər, mən də öldürəcəyəm. Belə şey olmaz axı?!" - deyə deputat fikirlərini yekunlaşdırıb.

Müğənni Roza Zərgərli Şəbnəm Tovuzluya atmaca göndərib:

"Mənim ayaqqabımı geyinə bilərsən, amma yerişimi yeriyə bilməzsən".

Roza Zərgərli "Qırmızı güllər" mahnısını ifa edən həmkarı Şəbnəm Tovuzlunun ondan icazə almadığını vurğulayıb:

"Şəbnəm klipi çəkdirəndən sonra icazə almaq yadına düşüb. Bu hərəkəti xoşuma gəlmədi. Mən heç kimin mahnısını oxumuram. Umub-küsdüyüm insanların icazə alması mütləqdir. Bu mahnı onluq deyil".

"Səhərdən-axşama kimi "WhatsApp"da bütün şəkillərimə təəccüb və xoş sözlər yazan Kənan mənim çox xətrimə dəydi. İnsan səmimi, dürüst olar. İndi sosial şəbəkə fenomeni Mia ilə bütün günü "TikTok"da canlı efir açıb "bambılılıq" edirlər".

Bu sözləri "Miss Azerbaijan 2019" model yarışının qalibi Səmra Hüseynova "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Aylar əvvəl rejissor və aktyor Kənan Mahmudovla açdığı "TikTok"da "Əylənmişik" sözü ilə qarşı tərəfi özündən çıxaran Səmra bu qalmaqalın üstünə benzin töküb:

"Mənim Kənan kimi ərim olsa, onun başını kəsərəm. Pul xətrinə get gündə bir qızla oyna, "WhatsApp"laş, sonra de ki, efirdir də. Yəqin, Kənanın müğənni həyat yoldaşı Aygün müasir xanımdır".

O, həmçinin "TikTok"da canlı açıb, pul qazanmaq üçün bir-birinin ünvanına nalayiq ifadə və təhqirlər səsləndirən sosial şəbəkə fenomenləri barədə də danışıb:

"TikTok"da pul yığmaq üçün bir yerdə çörək yeyən insanlar dalaşıb, söyüşürlər. Bilmirlər ki, necə orada "jeton" əldə etsinlər. Az qalır ki, üzlərində olan simalarını da cırıb qoysunlar. Onlar "jeton" xətrinə öz kişiliklərini də satmağa razıdırlar. Elə bilirlər ki, belə etməklə xal yığacaqlar. Düzdür, yığırlar, amma 3-5 gün olacaq".

Məşhur meyxanaçılar Namiq Məna ilə Mehman Əhmədli arasında qalmaqal yaşanıb:

Namiq "Space maqazin"ə müsahibəsi zamanı meyxana janrının olmadığını, bədahətən deyilən şeirlərin, əslində, bədiyyə olduğunu bildirib.

Bəzi həmkarları meyxanaçının bu fikrinə qarşı çıxıblar. Mehman Əhmədli isə Namiqə çox sərt şəkildə etiraz edib. O, bədiyyənin mövcud olmadığını, məclislərdə bədahətən deyilən şeirlərin meyxana olduğunu deyib.

Mehmanın bu etirazından sonra Namiq dahi Nizami Gəncəvinin əsərinə yazdığı bir bədiyyəni söyləyib.

Bu zaman Mehman "Nizami Gəncəvi meyxana deyən olub? Yəni Namiq Mənanın savadı ora qədər çatır?" fikirləri ilə Namiqə atmaca atıb. Məna isə ona 15-16-17-ci əsrlərdə Azərbaycanda meyxana olduğunu sübut edən şəxs ortaya çıxarsa, 20 000 AZN pul verəcəyini bildirib.

Bu il kifayət qədər səs-küylü keçib. 2023-cü ildə yaşanacaqları isə zaman göstərəcək.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 6773   Tarix: 02 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 290
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20.09.2026 277
.

Aysel Teymurzadə belə dincəlir - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb

27.09.2026 1433
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 549
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19.09.2026 249
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 852
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 314
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 275
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 552
.