Flora Kərimovanın LÜKS EVİ: "Bəli, tavan qızıldandır" - VİDEO

Flora Kərimovanın LÜKS EVİ: "Bəli, tavan qızıldandır" - VİDEOZaur və Günay Baxşəliyevlər aparıcısı olduqları "Zaurla Günaydın" səhər şousunun çəkiliş heyəti ilə birlikdə "Şərəf" ordenli, Xalq artisti Flora Kərimovanın dəbdəbəli evinə yollanıblar.

Bizim.Media xəbər verir ki, 81 yaşlı sənətların Bakı Funikulyoru ərazisində yerləşən qədim və tarixi binaların birində qaldığı məlum olub.

Zaur və Günay Xalq artisti ilə söhbətində məlum olub ki, sənətkarın evinin tavanı qızıl işləmələri ilə bəzədilib.

"Bu ev bizim başımıza oyun gətirib. O zamanlar belə geniş evlər dəbdə deyildi. Evimdə heç bir restavrasiya işləri aparılmayıb. Gördüyünüz tavan rus dilində deyəcəyəm "Сусальное золото"dur (Qızıl yarpaq, bütün əşyanın sarı metaldan olduğu təəssüratı yaratmaq üçün əşyaların səthinə yapışdırılmış nazik təbəqələrdir.

Belə təbəqələrin qalınlığı bir neçə onlarla nanometrə çata bilər - red.) Bunun üstündə də başımıza oyun gətirdilər.

Deyirdilər ki, necə ola bilər, siz tavanı "Сусальное золото" bəzəmisiniz? Bəli, tavan qızıldandır. Bu ev mənim zövqümlə təmir edilib. Bu evdə həm sevincim, həm də göz yaşım olub. Bu evdə həyat yoldaşım Faiq bəyi son mənzilə yola salmışam. Bu evə yasa gələnlər mebellərimi cizırdılar. Bilmirəm bunu niyə edirdilər? Çox şeylər ediblər... Sonra bu evdə baxırdılar və nələrisə gizlincə qoltuqların arasına qoyub, aparırdılar. Oğurlayırdılar... O qədər başımız çəkib ki,... Yaquta (yanında çalışan işçisi - red.) deyirdim ki, gördün ki, başım qarışıb nəyəsə, Faiqin çoxlu qızılları vardı, onları bir otağa qoy, açarla bağla ki, oğurlamasınlar", - deyə Kərimova bildirib.

Xalq artisti aparıcılarla söhbətində "Ölünün dalınca danışmazlar" məsələsinə də aydınlıq gətirib:

"Dünyasını dəyişmiş bir insan haqda fikirlərimi dilə gətirəndə, söyləyirlər ki, "Ölənin arxasınca danışmazlar". Bəli, ölənin arxasınca danışmazlar, çünki insanın xasiyyətinin heç bir ölüm həm dəyişmir, həm də bəraət vermir. O zamanlar başa düşmürdüm, məndən nə istəyirlər, kimə nə etmişəm, niyə məndən yazırlar, niyə istəyirlər məni hansısa çirkaba batırsınlar? Tək idim, dəstək verəndə yox idi...".

F.Kərimova bildirib ki, 44 ildir ki, bu mənzildə yaşayır:

"Bu evə 44 il əvvəl köçmüşük. Çox yöndəmsiz xasiyyətim var. Bir şey beynimə girdi, mütləq onu etməliyəm. Gecəm-gündüzüm olmaz, mütləq bunu edirəm. Bu ev əvvələr bu qədər geniş deyildi. Digər otaqların sahibləri vardı. Onlardan otaqları ala-ala evin genişləndirdim".

[/youtube]


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2395   Tarix: 01 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.