Naxçıvanda polisin saxladığı şəxs özünü bıçaqlayacağını dedi, həbs edildi

Naxçıvanda polisin saxladığı şəxs özünü bıçaqlayacağını dedi, həbs edildiNaxçıvanda onu saxlayan polisin qarşısında özünü öldürməklə təhdid edən şəxs həbs edilib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə dekabrın 30-da şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, ittihama əsasən, gecə saatlarında avtomaşını yüksək sürət və yüksək musiqi tonu ilə idarə edən Nadir Quliyev (adlar şərtidir) DYP inspektoru tərəfindən saxlanılıb. Məlum olub ki, Nadir dostu Malik Vəliyevlə şəhərdəki kafelərin birində yeyib-içərkən ona zəng gəlib. Danışıqdan sonra o Malikə avtomobilin lazım olduğunu, yaxın məsafədə yerləşən bir yerə gedib-gələcəyini bildirib. M.Vəliyev avtomobilin açarını Nadirə verib və sonuncu maşını sürərək gedib. Az sonra Nadir Malikə zəng edərək "sarayın diki" adlanan ərazidə DYP əməkdaşlarının maşını saxladıqlarını, cərimə meydançasına aparmaq istədiklərini deyib.

O, Malikdən təcili həmin əraziyə gəlməsini xahiş edib. Malik əraziyə sərxoş halda gəlib. İnspektor ona "avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı üçün avtomobiliniz cərimə meydançasına aparılacaq" deyə bildirib. Bu zaman avtomobilin sahibi cibindən bıçaq çıxarıb və özünə xəsarət yetirəcəyini bildirib. Daha sonra polis əməkdaşları onu sakitləşdirib və ora Nadirin sürücülük vəsiqəsi olan bir tanışını çağırıblar. Həmin şəxs əraziyə gəlib və maşını idarə edərək sərxoş vəziyyətdə olan dostları evə aparıb.

M.Vəliyev həmin gecə sərbəst buraxılsa da, səhəri günü barəsində inzibati qaydada tutma protokolu tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinib. Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə M.Quliyev 20 gün müddətinə inzibati qaydada həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 01 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 222
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 190
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 260
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 280
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 201
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 210
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 221
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 219
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 279
.