Dovşan ilində bizi nə gözləyir? - MARAQLI FAKTLAR

Dovşan ilində bizi nə gözləyir? - MARAQLI FAKTLARQoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası - sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq.

"Kaspi" qəzeti qarşıdakı dovşan iliylə bağlı maraqlı faktlar təqdim edib:

Üzümüzə gələn 2023-cü il Şərq təqviminə görə dovşan ilidir. Şərq inancına görə, dovşan ili ən uğurlu ildir. Bu il isə elə-belə dovşan yox, qara su dovşanı ilidir. Qara su dovşanı sülhsevər, xoşməramlı, sevgi dolu canlıdır. Bu il də hər birimiz üçün məhz bu ruhda hadisələr vəd edir. Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası - sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq.

Sevgi hamisinin eşq vədləri

Qara su dovşanı ili altmış ildə bir olur. Son illərdə 1903, 1963-cü illərə təsadüf edib. İllərdə olan "3" rəqəmi isə dovşanın rənginə, yəni qaraya işarə edir. Dünya astroloqları bu ilin ümumən sakit, harmoniya içində keçəcəyini bildirirlər. Bu il həm də inkişaf, kəşflər, yeniliklər ili olmalıdır.

Dovşan sevgi və romantik hisslər hamisidir. Ona görə də bu ilə sevgi ili də demək olar. Astroloji vədlərə görə, sevgilisi olmayanlar belə bu il mütləq yarlarını tapacaq, böyük eşq yaşayacaqlar. Bu il yaranan münasibətlər daha möhkəm, daha uğurlu olacaq.

Bu il bədxərc olmamaq tövsiyə edilir

Maliyyə cəhətdən isə il hamı üçün eyni cür keçməyəcək. Burda bir qədər diqqətli olmaq lazımdır. Ümumən uğurlu olan il əslində hər kəsə gözəl qapılar açmaq üçün şans açarı təqdim edəcək. Amma o açarı ağılla qapının kilidinə salıb açmaq hamıya qismət olmayacaq. Yəni dovşan ilində çox diqqətli olmaq lazımdır ki, bizə ayrılan uğuru bəxtimizdən çıxarmayaq. Bir də mütləq xərclərə diqqət etmək lazımdır. Dovşan israfçılığı, artıq xərcləri sevmir. Amma heç simicliyi də xoşlamır. Bu il üçün ən yaxşı yatırım təhsilə, yeni biliklərədir. Bu yolda addım atan hər bir zodiak bürcünün nümayəndəsinə dovşan ili böyük uğurlar söz verir.

Kiçik hədiyyələr, böyük ümidlər

Bəs bu şirin, yumşaq, sevimli dovşan ilini harada və necə qarşılayaq? Yaxşı olardı ki, ili hamı öz evində, ailəsi ilə birlikdə qarşılasın. Çünki dovşan ailə, ev mühitinə üstünlük verir. Qohumları, yaxınları da bayram günlərində yad etməyi unutmayaq. Kiçik hədiyyələr də olsa doğmalarımızı sevindirək. Unutmayaq ki, əsas olan diqqətdir. Gəlin yeni ildə bir-birimizi sevindirək, xoş sözlər deyək, mehriban olaq. Bunu adət halına salaq.

İsti evdə rahatlıq tapan dovşan

Bəs Yeni ili qarşılayanda nə geyinsək yaxşı olar? Bayaq da qeyd etdiyim kimi dovşan rahatlığı və ev mühitini sevir. Elə buna görə də özünüzü rahat hiss etdiyiniz, artıq öyrəşdiyiniz istənilən geyiminizi geyinə bilərsiniz. Amma məsələyə rəng baxımından yanaşsaq, bənövşəyi rəngin çalarlarını seçmək daha çox məsləhət görülür.

Şərqdə bilirik ki, yeni ilin gəlişi hər dəfə eyni günə düşmür. Yəni təqvimlə dekabrın 31-də təhvil verilən il, əslində, hələ yanvarın 21-dən 22-nə keçən gecə dovşan ilinə qədəm qoyacaq. O vaxtacan isə mavi pələng Yer üzündə üzümüzə gələn on iki il üçün son addımlarını atacaq. Pələng sağ-salamat pəncələrini ilimizdən çəkib getsin. Dovşan da ömrümüzə bütün gözəllikləri gətirsin.

Pələng od püskürür, dovşan sahmana salır

Astroloq Səbuhi Rəhimli deyir ki, 2023-cü - dovşan-pişik ili sülh ilidir: "Miladi təqvimdən fərqli olaraq, astronomik təqvimlə dovşan-pişik ili 2023-cü il yanvarın 22-də başlayır və 2024-cü il fevralın 9-na qədər davam edir. Pələng ili müharibə ili kimi yaddaşlarda qalıb. Çünki iki dəfə dünya müharibəsi olub, onların hər ikisi pələng ilinə təsadüf edib. Çaxnaşmalar, çevrilişlər, pis hadisələr daha çox həmin ilə xas hadisələrdir. Pələng od püskürür, dağıdır-tökür. Pişik (dovşan) isə sanki onun tökdüyünü yığır, sahmana salır. Dünya astrologiyasında dovşan ili sakit il sayılır. Amma pələng öz dövründə aləmi dağıdır, insanları depressiyaya salır. Bütün bunlar yeni ilin ilk üç ayında hələ ki, davam edir. Yəni dovşan haradasa aprel ayına qədər dağıntılar, tör-töküntüləri sahmana salmaqla məşğul olur".

Sülh, əmin-amanlıq ili

"Dovşan-pişik ilində adətən sülh, əmin-amanlıq, quruculuq, abadlıq, yenidənqurma işləri aparılır" deyir Səbuhi bəy: "İqtisadi böhran, müxtəlif problemlər yavaş-yavaş yoluna düşür. Hər ilin öz devizi var. Pələng ilində insanlar gərək özlərini münaqişələrdən qorusunlar. Amma ondan fərqli olaraq, dovşan ilində insanlar ətraflarını gücləndirməli, çəkinmədən daha çox irəli getməli, inkişaf etmək haqqında düşünməlidirlər".

İncəsənət sahəsində də tərəqqi olacaq

Astroloqun fikrincə, pişik ilinə təyyarə qəzaları xarakterikdir: "Mən həm də tarixi xronologiyanı izləyirəm. Bu illərdə təbii fəlakətlər demək olar ki, yox səviyyəsindədir. Daşqınlar, sellər isə ilin müəyyən fəsillərində ola bilər. Ümumən təbiət baxımından da sakit ildir. Təbiət demişkən, bu il kosmik inkişafda əhəmiyyətli olacaq. İndiyə qədər də dovşan-pişik illərində bu sahədə müxtəlif yeniliklər olub. Belə bir qənaət var ki, Marsa insan ilk dəfə 2023-cü ildə gedəcək. Bu haqda məlumatı NASA yayıb. Dediyim kimi, bu sahədə əsaslı yeniliklər gözlənilir. İncəsənət sahəsində də tərəqqi olacaq. Xüsusən də, kollektiv sənətlərdə. Məsələn, kino sənətində inkişaf mümkündür".

İlin aparıcı bürcləri şir və qoç olacaq

S.Rəhimli deyir ki, hər ilin aparıcı bürcləri var. Bu ilin əsas bürcləri də şir və qoç olacaq: "Od ünsürləri və onlara köməkçi olan hava ünsürləri üçün bu il yaxşı keçəcək. Od ünsürlərindən – qoç, şir, oxatan, hava ünsürlərindən əkizlər, tərəzi, dolça bürcləri üçün il rahat keçəcək. Əgər illər üzrə götürsək, keçi, pişik, qaban illəri dovşan ilinin dostlarıdır".

Bürcümüzdən, ilimizdən asılı olmayaraq, qarşıdan gələn ilimiz hər birimiz üçün xeyirli, uğurlu, düşərli olsun! Yeni ilimiz mübarək!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2588   Tarix: 31 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo

31.10.2026 433
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 419
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 464
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 216
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 470
.

Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video

Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə

31.10.2026 706
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 358
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 481
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 354
.