Gennadi Nadolenko: "Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardım göstərən Azərbaycandır"

Gennadi Nadolenko: "Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardım göstərən Azərbaycandır""2023-cü ildə təkcə Ukrayna diplomatiyası üçün deyil, həmçinin bütün beynəlxalq ictimaiyyət üçün görüləcək çox işlər var. Rusiya Federasiyasının Ukraynaya qarşı heç bir səbəb olmadan yürütdüyü işğal siyasəti və faktiki olaraq Ukrayna xalqına qarşı apardığı soyqırımı ikinci plana keçə bilməz. Bu savaş onu göstərdi ki, bu, qlobal iqtisadiyyata və dünyanın müxtəlif yerlərində yaşayan insanların həyatına böyük təsir göstərən müharibədir. Buna görə də mən müttəfiqlərimizə və tərəfdaşlarımıza göstərdikləri köməyə görə təşəkkür etmək istəyirəm və 2023-cü ildə bu yardımın yalnız artacağını gözləyirəm".

Bu sözləri tanınmış ukraynalı diplomat, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko Oxu.Az-a 2022-ci ilin yekunlarını şərh edərkən deyib.

Diplomat vurğulayıb ki, Ukraynaya göstərilən hərbi, maliyyə, humanitar və sair yardımlar, əslində, həmin ölkələrin öz təhlükəsizliyinə və bütün dünyanın təhlükəsizliyinə yatırılan sərmayədir:

"Axı biz indi özünü dünyanın bütün ölkələrindən artıq hesab edən, beynəlxalq hüququ pozan, dünyanı öz yalanlarına, təbliğatına inandırmaq istəyən bir ölkəyə qarşı bir yerdəyik. Ona görə də gözləyirəm ki, yeni ildə müttəfiqlərimiz silahlı qüvvələrimiz kimi daha qətiyyətli və fəal olacaqlar. Ukraynanı dəstəklədiyi üçün Azərbaycana da ayrıca təşəkkür etmək istəyirəm. Humanitar dəstəyə görə ölkə rəhbərliyinə və bütün vətəndaşlara təşəkkür edirəm. İndi siz Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardımı göstərən ölkəsiniz. Xüsusən indi, mülki infrastrukturumuzun Rusiyanın növbəti raket hücumlarına məruz qaldığı bir vaxtda, bizim üçün son dərəcə vacib olan tibbi və enerji avadanlıqları yardımlarınıza görə sizə minnətdarıq. Azərbaycanın Ukraynaya yardımının daha da artacağını gözləyirəm".

Gennadi Nadolenko əlavə edib ki, Azərbaycan öz haqq işi uğrunda mübarizənin nə qədər əhəmiyyətli olduğunu digərlərindən daha çox dərk edən ölkədir:

"Siz həmçinin çox yaxşı başa düşürsünüz ki, ərazi bütövlüyü, beynəlxalq sərhədlər toxunulmazdır, imperiyaların vaxtı çoxdan bitib. Bununla yanaşı Ukraynada Rusiya işğalçı qüvvələrinə qarşı Beynəlxalq Legionun tərkibində döyüşərkən həlak olmuş 9 azərbaycanlının ailələrinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, biz bunu heç vaxt unutmayacağıq. Sonda hamımıza sülh və firavanlıq arzulamaq istəyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 31 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 270
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 270
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 283
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 189
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 203
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 198
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 256
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 234
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 277
.