Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTO

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOSon zamanlar sosial şəbəkələrdə süni mayalanma ilə bağlı yumurtalıq follikulu donorlarının tələb olunması barədə paylaşımlar edilir.

Donor olacaq şəxslərə 400-700 manat pul ödəniləcəyi bildirilir.

"Siz də 10 gün ərzində 400, 800 manat qazana bilərsiniz" başlıqlı paylaşımda 18-30 yaşında xanımların tələb olunduğu qeyd edilib.

Belə ki, donor olmaq istəyən xanımlar həmin şəxslər tərəfindən klinikaya dəvət edilir və ultrasəs müayinəsindən (USM) keçirilirlər. Əgər xanım onlara uyğundursa, 10 gün eyni saatda klinikaya gəlir və göbək hissəsindən iynə vurulur.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTODaha sonra follikul toplanması olur və həkim xəstəyə narkoz verməklə 10 dəqiqə ərzində follikulları toplayır.

Donor olan şəxs iki saat xəstəxanada qalır və özünü yaxşı hiss etdikdə pulunu alır. Pul follikul sayına görə verilir.

Bəs bu hal qadınların sağlamlığına təhlükəlidirmi? Qadınların donor olmaları qanunla tənzimlənirmi?

Mama-ginekoloq Ləman Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xanımların donor olmaları üçün müəyyən müalicə aparılır:

"Hormonal dərmanlarla follikulu yetişdirir və yumurtanı yığırlar. Həmin müalicə qadınlarda digər xəstəliklərin yaranmasına səbəb olur. Mən heç bir qadına belə addım atmağı məsləhət görmürəm.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOQadının orqanizmində follikul yetişdirmək qabiliyyəti tükənməz bir proses deyil. Hər dəfə stimulyasiya edib yığanda yumurtalığın follikul yetişdirmə qabiliyyəti geri dönməz hala girərsə, bundan sonra qadın heç vaxt ana ola bilmir".

Vəkil Tural Hüseynov deyir ki, donor xidməti qarşılığında hər hansı ödənişin olması qanunvericilikdə nəzərdə tutulmayıb:

"Orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Follikulların pulla alınması süni mayalanmaya aiddir. Bu xidmətin də reklam olunması, reklam haqqında qanunvericiliyə görə, qadağandır.

O bildirib ki, canlı donordan transplantasiya digər tibbi üsullar mümkün olmadıqda, meyit donordan orqan transplantasiyası insan sağlamlığını bərpa etməyə qadir olmadığı halda və yalnızca canlı donorun özünün razılığına əsasən yolveriləndir:

"Bu halda yalnız müəyyən kateqoriya orqanlar götürülə bilər, müvafiq siyahı üzrə xəstəliyi olan şəxslərdən belə orqanların götürülməsinə yol verilmir və bu yalnız siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tibb müəssisələrində həyata keçirilə bilər. Cinayət qanunvericiliyinə görə, canlı donordan götürülmüş orqanın alqı-satqısı cinayət əməli hesab olunur.

Eləcə də siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tibb müəssisələrindən kənarda transplantasiyanın aparılması və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliyi olan şəxslərdən orqan nəqli də cinayət əməli hesab olunur. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun 6.1-ci maddəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Həmin qanunun 7.2-ci maddəsinə əsasən, donor orqanların transplantasiyası siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçirilir. Həmin qanunun 16.1-ci maddəsinə əsasən, digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOCinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı - altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Eyni zamanda, həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Ekspertlərin sözlərinə görə, bu cür paylaşımların qarşısını almaq üçün "Reproduktiv sağlamlıq" haqqında qanun layihəsinin qəbul edilməsi vacibdir. Təəssüf ki, illərdir bu layihənin müzakirəsi yubadılır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva saytımıza bildirib ki, sözügedən qanun layihəsi hələ müzakirəyə çıxarılmır:

"Artıq payız sessiyası bitdi. Yaz sessiyası başlansın və planı bizə təqdim edilsin. Ondan sonra bu məsələ barədə danışarıq".

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOXanımların bu şəkildə donor olmalarının cinayət məsuliyyəti daşıması ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığımız sorğumuza isə heç bir cavab verilmədi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1398   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ölümcül tələ: Avropada sakin olmayan, qeyri-adi statuslu ada var

Qəribə taleyə malik kiçik bir Avropa adasında heç kimin yaşamamasına baxmayaraq, hər altı aydan bir dövlət mülkiyyəti dəyişir. Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb. Fazan adası İspaniya və Fransanın növbəli idarəsi altındadır və bəzən qanunsuz miqrantla

18.02.2026 307
.

Serialdan sonra kitabın satışları artdı

Türkiyənin dünyaca məşhur yazarı Orhan Pamukun "Masumiyyet müzesi" kitabının satışları 80 faiz artıb. OLAY yazır ki, buna səbəb "Masumiyyet müzesi" serialının yayımlanması olub. Serial yayımlandıqdan sonra kitaba və muzeyə maraq çoxalıb. Həmçinin muzeyə bilet sayılan kitab satış rekord

18.02.2026 362
.

ABŞ və İran arasında müharibə "çox tezliklə" başlaya bilər

ABŞ regionda qüvvələrini davamlı olaraq artırır. Axios bildirib ki, "bütün əlamətlər danışıqların nəticəsiz qalacağı təqdirdə Trampın tətiyi çəkəcəyinə işarə edir". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Axios bildirib ki, ABŞ İranla hərbi münaqişəyə əksər amerikalıların düşündüyündə

18.02.2026 277
.

Göyçayda kafedə QANLI DAVA - ölən var

Fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. -ın məlumatına görə. araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlə

18.02.2026 261
.

Rusiya-Ukrayna arasında Cenevrə danışıqları 2 saatdan sonra yarımçıq dayandırıldı

Ukrayna və Rusiya arasında Cenevrədə keçirilən sülh danışıqları çərşənbə günü cəmi iki saatdan sonra qəfildən başa çatdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski müzakirələrin "çətin" olduğunu bildirib və Rusiyanı dörd illik müharibəyə son qoymaq üçü

18.02.2026 249
.

Dünyanın ən böyük xərçəngi - Avtomobil ölçüsündə

Xərçənglər qədim xərçəngkimilərin bədən quruluşundan təkamül ediblər. Bu qədim quruluş karides və omarlarda olduğu kimi böyük quyruğa malik idi. xarici mediaya istinadən xəbər verir ki, çəkisi 13,6 kiloqrama çatan yapon hörümçək-xərçəngi bəlkə də dünyanın ən ağır xərçəngi hesab olunur. Dünyanın ən böyü

18.02.2026 368
.

ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib - Rəsmi

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib". BİG.AZ xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. Bildirilib ki, sadəcə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğu

18.02.2026 316
.

"Apple" bu tarixdə bir neçə yeni məhsulunu təqdim edəcək

"Apple" mart ayının ilk həftəsində bir neçə yeni məhsulunu elan etməyə hazırlaşır. xəbər verir ki, şirkət jurnalistləri və kontent yaradıcılarını 4 mart tarixində Nyu-York, London və Şanxayda eyni vaxtda keçiriləcək "Special Apple Experience" adlı tədbirə dəvət edib. Bildirilir ki

18.02.2026 295
.

Son 5 ildə mənzil qiymətləri 50% bahalaşıb

"Mənzil çatışmazlığı səbəbindən hazırda kirayə qiymətləri yüksəlib. Satış qiymətlərindəki artım kirayə bazarına da təsir göstərir: son 5 ildə ortalama mənzil qiymətləri təxminən 50% bahalaşıb və bu, mənzil almağı bir çox insan üçün əlçatmaz edib. Nəticədə kirayə qiymətləri də təbii olaraq qalxmağ

18.02.2026 235
.

TOP MP3