Azərbaycan vətəndaşları bayram günlərində harada istirahət edəcək?
2023-cü ilin gəlişinə sayılı günlər qalıb.
Bayramla əlaqədar Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr - 4 yanvar tarixləri Azərbaycanda qeyri-iş günləri elan edilib.
Bəs ölkə vətəndaşları bayram günlərində harada istirahət edəcək? "Report" bununla bağlı vəziyyəti araşdırıb.
Turizm sektoru üzrə mütəxəssis Rəhman Quliyev deyir ki, hər il olduğu kimi, bu il də Azərbaycan vətəndaşları arasında bayramı ölkə xaricində keçirmək istəyən şəxslərin sayı az deyil: "İnsanlar daha çox Türkiyənin İstanbul və Antalya şəhərlərinə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə - şou-proqramlar keçiriləcək hotellərə üz tutur. Rusiyanın iri şəhərləri də vətəndaşlarımızın seçimi arasında ilk yerlərdədir. Yessentuki, Kislovodsk kimi yerlərə getmək istəyənlər də var. Eyni zamanda, bu ərazilərdən də Azərbaycana turistlər gəlir".
Onun sözlərinə görə, maddi imkanları nisbətən məhdud olanlar isə Azərbaycanın bölgələrində dincəlməyə çalışırlar: "Koronavirus (COVID-19) pandemiyasından qalmış qadağalar, qonşu ölkələrlə quru sərhədlərin bağlı olması turistlərin xeyli hissəsinin ölkədən çıxışına çətinlik yaradır. Ekonom büdcəli turistlərimiz daha çox regionlarda istirahət etməyə üstünlük verir. Onları yerləşdirmək üçün kifayət qədər komplekslər var. Əvvəlki illərə nisbətən keyfiyyət və qiymətdə də stabilləşmə mövcuddur. Bu da sağlam rəqabətdən irəli gəlir. Pandemiyadan əvvəl bölgələrdəki hotellərin qiymətlərinə baxanda deyirdik ki, bir ailənin Antalyaya gedib istirahət etməsi bizim hotellərə getməkdən daha sərfəlidir. Bu gün isə belə deyə bilmərik. Azərbaycandakı hotellər artıq həm qiymət, həm də keyfiyyət baxımından yaxşı xidmət göstərməyə başlayıblar. Zaman keçdikcə bütün mənfi hallar aradan qalxacaq".
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirir ki, vətəndaşlarımız daha çox daxili turizmə üstünlük verir: "Bu da təbiidir. Son illər baş verən müxtəlif hadisələr, o cümlədən pandemiya, dünyadakı müharibələr, iqtisadi çətinliklər fonunda insanlarımız vətənimizdə istirahət edir. Bu səbəbdən də Azərbaycanda daxili turizmin ümumi turizm sektorunda xüsusi çəkisi artıb. Vətəndaşlarımız əsasən Quba, Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Zaqatala, Qax, İsmayıllı, Lerik, Lənkəran kimi bölgələrimizdə yeni il bayramını keçirməyə gedirlər. Sadaladığım ərazilərdə turizm üçün gözəl infrastruktur yaradılıb, yüksək standartlara cavab verən hotellər inşa edilib. Bu hotellərdə qiymətlər onların dərəcələrindən asılı olaraq dəyişir, münasibdir".
"Yeni ildə xaricə getmək istəyənlərin isə sayı azdır. Nisbətən imkanlılar Türkiyənin bir sıra şəhərlərinə, Dubaya, eləcə də Çexiya, Polşa, Sloveniya, Xorvatiya kimi Mərkəzi və Şərqi Avropa ölkələrinə üz tuturlar. Ümumilikdə xaricə getmək istəyən turistlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır", - deyə M.Ağakərimov əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 671 Tarix: 29 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto/Video
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir. xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və müavinləri, həmçinin baş prokuror Kamran Əliyev və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramların
11:12 0 Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad olunur - Foto/Video
2020-ci il noyabrın 8-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü. Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəli
10:46 0 Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak
07.11.2026 187 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 270 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 270 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 201 Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd
00:07 263 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
07.11.2026 183 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 279