Azərbaycan XİN-dən Ermənistana CAVAB

Azərbaycan XİN-dən Ermənistana CAVABErmənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan XİN-in Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil. Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin danışıqlar və dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb.

Azərbaycanın Praqa və Soçi razılaşmalarını pozması, sülh prosesinə maneçilik törətməsi fikri də eynilə əsassızdır. Qeyd edək ki, Praqa və Soçi razılaşmalarında bütün problemli məsələləri suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa baxmayaraq, məhz Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə yanaşı, Laçın yolu ətrafında yaranmış vəziyyətdən göründüyü kimi Azərbaycanın suverenliyinə qarşı müdaxilələrini davam etdirir. Bununla yanaşı, məhz Ermənistan tərəfinin dekabr ayında Brüsseldə liderlər arasında görüşə maneçilik törədən şərtlər irəli sürməsi, o cümlədən xarici işlər nazirlərinin 23 dekabr tarixli Moskva görüşünə getməkdən imtina etməsi sülh prosesinə hansı tərəfin maneçilik törətdiyini açıq-aşkar nümayiş etdirir.

Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur. Belə ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi faktı, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlaması və bir çox istiqamətlərdə hərbi mövqelərini məhz Azərbaycanın suveren əraziləri daxilində yerləşdirməsi nəzərə alınaraq, qeyd edilən ərazidə hər hansı bir mövqenin əvvəl məhz Ermənistana məxsus olması iddiasının heç bir əsasının olmadığını bir daha göstərir.

Bütün tarixi əsərlərdə, xəritələrdə və qəbul edilmiş sənədlərdə qeyd edildiyi kimi indiki Ermənistanda bir sıra ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərin Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilməsi, habelə Azərbaycanın etnik təmizləmədə təqsirləndirilməsi riyakarlıqdır və Ermənistanın tarixi faktlardan xəbərsiz olduğunu sübut edir.

Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1988-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 200 mindən çox azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bütün bunlardan əlavə, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 30 ilə yaxın işğalı dövründə Ermənistan tərəfi 700 mindən artıq Azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, yalnız Xocalıda bir gecə ərzində 613 nəfəri kütləvi şəkildə amansızlıqla qətlə yetirib.

Laçın yolunun fəaliyyətinin bərpa olunması barədə çağırışlara gəldikdə, görünür ki, Ermənistan tərəfi qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı Laçın yolunda həyata keçirilən etirazların onun bu istiqamətdə fəaliyyətinə, etirazların Üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazisindən hələ də çıxarmayan erməni silahlı qüvvələrinin təchizatına, 6-cı bəndə zidd olaraq Laçın yolundan minaların daşınması kimi hərbi təxribatlarına maneçilik törətməsindən narahatdır.

Qeyd edək ki, Laçın yolunda etirazların humanitar böhran təhdidi yaratdığı və guya ermənilərin blokadada olduqları barədə iddiaların heç bir əsası yoxdur. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejimi dəyişməz olaraq qalır. Videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Azərbaycan hökuməti, həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib.

Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 201
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 263
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 217
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

11:40 0
.

Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı

10:00 78
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 256
.

İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi

İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"

11:00 0
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

10:59 0
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

11:02 0
.