Ofisiant işlədi, xərçəng xəstəliyinə tutuldu, haqqında ölüm xəbərləri yayıldı

Ofisiant işlədi, xərçəng xəstəliyinə tutuldu, haqqında ölüm xəbərləri yayıldıBiG.AZ Kulis.az-a istinadən aktyor, Əməkdar artist Coşqun Rəhimov haqqında maraqlı faktları təqdim edir.

Coşqun Allahverdi oğlu Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Yeniyetməlik illərindən incəsənətə marağı olduğundan 1989-cu ildə İncəsənət Universitetinə daxil olub. Burada Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Şükufə Yusupova, Elmira Şabanova, Gülşad Baxşıyeva, Fuad Poladov dərs deyib.

***

Coşqun elə universitet illərində həmkarı Rafael İsgəndərovla eyni qrupda təhsil alıb. Onlar hələ tələbəlik illərindən rejissor Hüseynağa Atakişiyevin yaratdığı Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyətə başlayırlar. Burada bir-birindən maraqlı teatr tamaşalarında çıxışlar edirlər.

Coşqun Rəhimov çox tez 21 yaşında qohumlarından olan bir xanımla ailə həyatı qurub. Ancaq ailə quracağı xanımın qohumu olduğunu bilməyib. Elçilik zamanı Coşqunun atası ilə gələcək həyat yoldaşının babası bir-birləri ilə rastlaşanda, məsələ məlum olub. Bu evlilikdən onların Günel adlı bir qızı, Allahverdi adlı bir oğlu dünyaya gəlib.

***

Ailə qurandan sonra maddi sıxıntılar yaşayan Coşqun dolanışıq üçün müxtəlif sahələrdə çalışır. Dostu və qrup yoldaşı Səbuhi Rəhimlinin sözlərinə görə, o, hətta bir müddət şəhərdəki restoranların birində ofisiant kimi də çalışıb.

1999-cu ildə o, həmkarı Rafael İsgəndərovla "Bu şəhərdə" adlı layihəni yaratmaq qərarına gəlirlər. Ancaq layihə üçün çıxış edə biləcəkləri məkan və efir tapılmır. Rejissor Mehriban Ələkbərzadənin köməkliyi ilə "Bu şəhərdə" layihəsi yaranır. Coşqunun sözlərinə görə, layihənin adını da Mehriban xanım qoyur.

***

Yolu vaxtilə Akademik Milli Dram Teatrında aktyorun sözlərinə görə bu teatrda ona qarşı ciddi maneələr başlanıb:

"Heydər Əliyev adına saray təmir olunanda, biz "Azdrama"da məskunlaşdıq. Orda bizdən şikayət ərizəsi yazdılar, dedilər, burda belə şeylər eləmək olmaz, bura məbəddir. Bəs məbədin yeməkxanasında yer üstündə dava etmək, intriqa aparmaq olar? "Brüsseldən məktublar" tamaşasında Mirzə Fətəli Axundovun oğlu rolu üçün Coşqunu çağırmışdılar. Sonra şikayət olundu ki, niyə bizim öz aktyorlarımızı qoyub kənardan adam çağırırsınız. Həmin rol üzərində mən, Füzuli Hüseynov və Nurəddin Mehdixanlı işləyirdik. Bir rol üçün iki-üç dublyor olanda, o tamaşanın ömrü də az olur, sonu da uğursuzluqla nəticələnir. Onda mən özüm roldan imtina etdim. Gənclər Teatrında işləyəndə Şeksprin "Yay gecəsində yuxu" tamaşasında yarım saatdan sonra səhnəyə çıxacaqdım. Şleyfimin arxasını qayçı ilə doğramışdılar".

Əməkdar artist adına layiq görülən aktyor "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gəlinlər", "Bomba", "Məhəllə", "Məşədi İbad-94", "Tam məxfi" filmlərinə çəkilib.

***

Coşqun Rəhimov "Bu şəhərdə" layihəsində işlədiyi dövrlərdə Elgiz Əkbəri, Əkbər Əlizadəni, Könül Kərimovanı, Rəhim Rəhimlini, Aygün Kazımovanı, Samiraldonu, Aybəniz Haşımovanı, Xumar Qədimovanı, Tünzalə Ağayevanı, Cavanşir Məmmədovu, və digər məşhurları parodiya edib. Parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurun isə Könül Kərimova olduğunu vurğulayıb:

"Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and-aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə bu toy adamı olduğuna və yerinə düşdüyünə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi.

Güc-bəla konsertə də gəldi, oturdu. Makiyajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodiya edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəmirdim. O qədər negativ enerji verdi ki, obraz alınmadı".

***

Coşqun Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkən məşhurlardandır. Belə ki, 2010-cu ildə sənətçinin halı anidən pisləşir. Təcili müayinələrdən sonra o, əməliyyat olunur. 3 saatlıq planlaşdırılan əməliyyat düz 13 saat çəkib. Coşqunun boğazından və sinəsindən 120 şiş təmizlənir. 2013-cü ilin dekabr ayında və 2016-cı sentyabrında aktyor yenidən əməliyyat masasına uzanır.

***

Bu qədər əməliyyatlardan sonra Coşqun özünü yaxşı hiss etsə də, haqqında ölüm şayiələri yayılmağa başlayır. Məsələrə münasibət bildirən Coşqun Rəhimov deyir:

"Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Axırda öldü deyə-deyə məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir".

***

Hazıda iki nəvə babası olan aktyor bir neçə il əvvəl Məkkə ziyarətində olub, Hacı adını qazanıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1275   Tarix: 24 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 309
.

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo

31.10.2026 433
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1589
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 464
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 205
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 648
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

00:20 52
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 557
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 379
.