Mağazaya getdiyinə görə xanımından inciyən, qızlarını ölümlə hədələyən, oxuyub-yaza bilməyən böyük aktyor

Mağazaya getdiyinə görə xanımından inciyən, qızlarını ölümlə hədələyən, oxuyub-yaza bilməyən böyük aktyorBiG.AZ Kulis.az-a istinadən Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan görkəmli sənətkar, Xalq artisti Lütfəli Abdullayevin həyatına dair 10 maraqlı faktı təqdim edir.

1. Lütfəli Abdullayev 1914-cü ildə Şəkidə anadan olub. Yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. On dörd yaşında Bakıya gələrək Üzeyir Hacıbəyovu tapıb. Üzeyir bəy onu Konservatoriyaya götürüb. Yaxşı səsi olsa da oxumağı sevməyib.

2. Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub.

***

3. Böyük məhəbbəti Sevda xanımla yeməkxanada tanış olublar. Bir müddət sonra aktyor sevdiyi qadını "Ürəkaçanlar" tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. "Sən Bədəl bəy oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdir, nəsli-nəcabəti kimdir? Heç olmasa, Dram Teatrının aktyoru olaydı..."

4. Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də razılıq əldə olunmur. Sevda ilə Lütfəli düz 5 il gizli görüşürlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Həmin müddətdə Lütfəli Abdullayev "Azdrama"da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayır. Turqut adlı oğlu da olur. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevdanın qarşısını kəsib ona yenidən evlənmək təklif edir. Bu izdivacdan aktyorun Xurşid və Gülarə adlı iki qızı doğulur.

***

5. Şəmsi Bədəlbəyli ilə çox yaxın dost, həm də qonşu olublar. Hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: "Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər". Lütfəli də özündən çıxıb deyirmiş: "Ay Şəmsi, qoy yaşayaq da". Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub.

6. Evində ailə üzvlərindən başqa on nəfər qeydiyyatda olub. Ailəsi bunu onun ölümündən sonra bilib. Rayondan gəlib Bakıda qeydiyyatına düşmək istəyən heç bir tanışına etiraz etməyib.

***

7. Bir gecə isə tamaşadan qayıdanda "Molokan bağı"ndan keçirmiş. Skamyaların birində on beş yaşında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusyadır, özü də Şamaxı molokanlarındandır. Lütfəli "Gecənin bu vaxtı nə edirsən?" sualının cavabını alar-almaz qızcığazı evə gətirir. Hər tərəfi bit-birə içində olan bu qızcığaz ömrünün sonuna qədər Lütfəlinin ailəsində yaşayır.

8. Həyat yoldaşını çox sevib, onu heç vaxt mağazaya getməyə qoymayıb. Xanımı bircə dəfə mağazadan çörək aldığına görə Lütfəli bərk əsəbiləşib, onu düz bir həftə danışdırmayıb. Barışandan sonra isə deyib: "Sən məni biabır elədin. Səni görənlər deyəcəklər ki, Lütfəlinin arvadını əlində torba gördük".

***

9. Olduqca qısqanc kişi olub. Qızlarının aktrisa olmasına heç vaxt razılıq verməyib. Hətta ciddi şəkildə bildirib ki, "mən öləndən sonra aktrisa olsanız, qəbirdən çıxıb sizi öldürərəm".

***

10. Dünyasını dəyişən gün şam yeməyindən sonra bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, "ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?!" Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Ona deyir ki, "Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım..." Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. "Atan Mahmudu deyirəm də", - deyə cavab verir. Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Lakin sonradan məlum olur ki, beyninə qan sızıb. Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da həyat yoldaşının, sevdiyi qadının ad günündə vəfat edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1505   Tarix: 24 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 511
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31.10.2026 453
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 564
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 464
.

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün

31.10.2026 475
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 354
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 219
.

Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video

Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə

31.10.2026 706
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 458
.