2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLAR

2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLAR2022-ci ilin sona çatmağına sayılı günlər qalıb. Bu il də hər il olduğu kimi bir çox tələbə, idmançı, yeniyetmələri itirdik. Onlar avtomobil qəzası, intihar, xəstəlik kimi vaxtsız əcəlin qurbanı oldular.

Həmin gənclərin siyahısını təqdim edirik:

Bu ilin oktyabrında Oğuz rayonunun Çaldaş kənd tam orta məktəbində dərs zamanı vəfat edən 11-ci sinif şagirdi Zarina Əzizova. Ürəktutmadan dünyasını dəyişən 2006-cı il təvəllüdlü Z.Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.Qeyd edək ki, onun atası da eyni səbəbdən vəfat edib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARGöygöl rayonunda dəhşətli qəzada ölən ərlə arvad. İyulun 1-də "Vaz 2107" markalı avtomobilin "Daf" markalı TIR-ın zərbəsinə tuş gəlməsi nəticəsində həlak olan 1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar. Onlar "Rabitə avadanlıqlarının qurlaşdırıcısı" ixtisasının 1 ci kurs tələbələri olublar. Qeyd edək ki, 6 nəfərin öldüyü qəzada Orxanla Sonanın azyaşlı uşağı İbrahim də həlak olub. Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARXəzər Universitetinin III kurs tələbəsi Firəngiz Quliyeva. Bu ilin noyabr ayında vəfat edən F.Quliyeva uzun müddət kəskin leykoz xəstəliyindən əziyyət çəkirdi.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARBakı Dövlət Universitetinin tələbəsi Rəhiməxanım Məmmədova. Kimya fakültəsinin lll kurs tələbəsi olmuş R.Məmmədova bu ilin oktyabrında ağciyər çatışmazlığından dünyasını dəyişib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARBDU-nun digər tələbəsi Bənövşə Dədəyeva da oktyabr ayında dünyasını dəyişib. Universitetin Biologiya fakültəsinin 3-cü kurs tələbəsi olmuş B.Dədəyeva beyninə qan sızması nəticəsində vəfat edib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARŞağanda idman arenasında qətlə yetirlilən 16 yaşlı Turan Rüstəmov. Noyabrın 26-da Bakının Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARDekabrın 5-i Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı Rüqəya Hüseynova. O, yaşadığı beşmərtəbəli binanın 4-cü mərtəbəsinin balkonundan özünü ataraq, həyatına son qoyub. R.Hüseynova Masallı Dövlət Regional Kollecində 3-cü kurs tələbəsi olub. Rüqəyanın anası Sevinc Cabbarova qızının Cəsarət adlı şəxs tərəfindən aldadıldığını və intihar həddinə çatdırdığını deyib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARAzərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Zafta Eyyubova. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Eyyubova Zafta avqust ayında qəfildən dünyasını dəyişib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARAvqust ayında vəfat edən daha bir tələbə Nəzrin Ələsgərova. Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil almış N.Ələsgərova avtomobil qəzasında həyatını itirib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARAzərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi 22 yaşlı Sona Qarazadə. S.Qarazadə xərçəng xəstəliyindən dünyasını dəyişib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARAzərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsi Şəhriyar Rəhimov. Ş.Rəhimov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARUNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Qaçıyeva Gülbəniz O, Bakı-Quba yolunda baş vermiş avtomobil qəzası nəticəsində vəfat edib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARQəzada ölən daha bir tələbə Nəzrin Rüstəmova. Martın 27-sində Bakının Nərimanov rayonunda baş vermiş yol qəzasında dünyasını dəyişən N.Rüstəmova Qərbi Kaspi Universitetinin Siyasi və ictimai elmlər fakültəsinin III kurs tələbəsi olub.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARDekabrın 14-ü yaşadığı binanın 11-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyan Xırdalan şəhəri 10 saylı tam orta məktəbin 11-ci sinif şagirdi İlqar Əlizadə. Məlumata görə,17 yaşlı İlqar Əlizadə ailədaxili problemlər səbəbindən intihar edib.
2022-ci ildə faciəvi şəkildə ölən gənclərimiz - FOTOLARNuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2138   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 238
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 294
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 35
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 123
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 300
.

Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı

10:00 147
.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri

10:58 130
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 107
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 11
.