Bakıda 3 nəfərin öldüyü yol qəzasının TƏFƏRRÜATI
Bakıda Xəzər rayonu ərazisində üç nəfərin ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı açıqlanıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən BiG.AZ-a bildirilib ki, ötən gün saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi "Hyundai" markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə, Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Əminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb. Bununla yanaşı, "Hyundai" markalı avtomobildə olan 5 nəfər sərnişin – Babayeva İradə Quli qızı, Babayeva Xatirə Babakişi qızı, Hüseynova Nayibə Ağaraza qızı, Babayeva Göyərçin Arif qızı və Zeynalova Təranə Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı "Hyundai" markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, onları ikisi yeniyetmə olmaqla üç nəfərin həyatına son qoyan sözügedən ağır yol qəzasından düzgün nəticə çıxarmağa, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırıb.
"Ümid edirik ki, xüsusilə sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışımıza biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 941 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 293 "Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"
Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric
12:00 97 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 0 İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm
12:20 11 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri
10:58 130 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
11:02 128 Prezident: "Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam
12:19 20 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 2 AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
10:15 139