Təyinatı üzrə işləməyən masaj salonu: İntim xidmətlər leqallaşmalıdır, ya saman altından su yeritməyə davam?

Təyinatı üzrə işləməyən masaj salonu: İntim xidmətlər leqallaşmalıdır, ya saman altından su yeritməyə davam?Masaj salonları ilə bağlı ictimai rəy birmənalı deyil. Bu gün masaj salonu ilə bağlı kimə sual versən, beş adamdan ən azı üçünün üzündə təbəssüm, kinayə yaranır.

Dəfələrlə sosial şəbəkələrdə, eləcə də zaman-zaman redaksiyamıza daxil olan müraciətlərdə masaj salonları ilə bağlı şikayətlər səsləndirilib. İnsanlar bildirirlər ki, bu salonlar reabilitasiya, tibbi xidmət göstərilməsi adı ilə açılsa da, sonradan fəaliyyət istiqamətləri dəyişir, intim xidmət axtarışında olanların üz tutduqları məkana çevrilir.

Masaj qiymətləri isə 15 manatdan başlayır, 50-60 manata qədər artır. Qiymət fərqi rəqabət mühiti üçün zəmin yaratsa da, insanlarda gerçəkdən reabilitasiya məqsədilə fəaliyyət göstərən müəssisələrə inam itir. Hətta tibb müəssisəsində işləyən bir çox şəxslər dost-tanışlarına masajçı olduqlarını deməkdən çəkinir, özlərini tibb işçisi, texniki işçi kimi təqdim edirlər.

Təəssüf ki, bu gün elə bir vəziyyət yaranıb ki, həqiqətən, masaj üçün bu ünvanlara üz tutanlara heç kəs inanmır. Əksəriyyət elə düşünür ki, masaj salonlarına gedənlərin məqsədi ehtiraslarını təmin etməkdir.

Maraqlıdır, bu obyektlərin fəaliyyətinə hansı qurum, hansı meyarlar əsasında lisenziya verir? Lisenziya verməklə iş bitir, yoxsa nəzarət mexanizmi mövcuddur?

Lisenziya ilə bağlı məsələyə aydınlıq gətirən Analitik Ekspertiza Mərkəzindən (AEM) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tibbi xidmətlər adı altında fəaliyyət göstərən ayrıca masaj salonuna onlar tərəfindən heç bir lisenziya verilmir:

"Biz yalnız özəl tibb mərkəzlərinin müraciəti əsasında lisenziya məsələsinə baxırıq. Belə ki, onlar müraciət edirlər ki, özəl tibb müəssisəsində fizioterapiya şöbəsinin nəzdində müalicəvi masaj xidməti göstərmək istəyirlər. Bu halda tərəfimizdən klinika tərkibində bu xidmətin göstərilməsinə lisenziya verilir.

Ayrıca olaraq, Çin təbabəti və ya başqa hər hansı bənzər formada fəaliyyətə lisenziya verilməsi bizim səlahiyyətimizdə deyil. Dövlət müəssisələrində göstərilən bu tip xidmətlər də bizim nəzarətimizdə və səlahiyyətimizdə deyil. Yalnız özəl tibb müəssisələrinin müraciətlərinə baxılır.

O ki qaldı özəl tibb müəssisəsində masaj xidmətinin göstərilməsinə dair nəzarətə, bunu da özümüz həyata keçiririk. Belə ki, tibbi masaj fəaliyyəti göstərən özəl tibb müəssisələrində iki növ – planlı və plansız yoxlamalar aparılır. Planlı yoxlamalar ilin əvvəlində tərtib olunan müəyyən qrafik əsasında həyata keçirilir. Plansız yoxlamalar isə daxil olan vətəndaş şikayəti, hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən şikayətlər və ya mətbuatda hər hansı özəl klinika tərkibində masaj xidməti ilə bağlı ciddi neqativ hallar barədə məlumatlar yayılarsa, o zaman aparılır".

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, ümumilikdə masaj fəaliyyətinin lisenziyalaşdırılmamış xidmət olduğunu nəzərə almaq lazımdır:

Təyinatı üzrə işləməyən masaj salonu: İntim xidmətlər leqallaşmalıdır, ya saman altından su yeritməyə davam?"İnsanlar VÖEN ilə və ya hüquqi şəxs kimi bu xidməti göstərən müəssisələr aça bilərlər. Ümumiyyətlə, ölkədə peşəkar masaj xidməti göstərən müəssisələr var. İstər reabilitasiya məqsədli, istər tibbi masaj, istərsə də alternativ tibb kimi masaj xidmətlərinin təqdim edilməsi mövcuddur. Lakin masaj xidməti altında əxlaqsızlıq yuvalarının fəaliyyəti, intim xidmətlərin göstərilməsi də heç kəsə sirr deyil. Bununla mübarizə aparmağın effektiv yolu yoxdur. Təbii ki, hüquq-mühafizə orqanlarının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən, fahişələri bir araya toplamaqla intim xidmət göstərən müəssisələr barədə tədbir görmək səlahiyyətləri var. Bu, cinayətdir və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır. Odur ki, hüquq-mühafizə orqanları bu kimi əxlaqsızlıq yuvası saxlayan şəxsləri məsuliyyətə cəlb edə bilərlər.

Lakin əxlaqsızlıq yuvasında göstərilən xidmətlərdən yararlanan kişiləri heç bir məsuliyyət gözləmir. Fahişə xidməti göstərənlər isə qanunla 100 manat məbləğində cərimə olunurlar. Yəni bu şəxslərdən heç biri cinayət məsuliyyəti daşımır".

Ş.Paşayev onu da əlavə edib ki, Azərbaycanda intim xidmətlərin göstərilməsi bir çox başqa ölkələrdə olduğu kimi leqal deyil:

"Fahişəxanaların yaradılmasına qanun icazə vermədiyi üçün bu fəaliyyət leqal deyil və insanlar bu məsələdə gizli fəaliyyət göstərirlər. Müxtəlif adlar altında – masaj salonu, reabilitasiya şöbəsi, müxtəlif təbabət, təlimlər adı altında fahişəlik xidmətlərinin göstərilməsini müşahidə edə bilirik. Bu barədə zaman-zaman mətbuatda, eləcə də güc strukturlarının keçirdikləri reydlər zamanı ictimailəşdirilən informasiyalar görürük. Konkret masaj xidmətləri ilə bağlı salonlardan şikayət olarsa, narazılıq olarsa, bu kimi yerlərin müəyyən olunması və mübarizə aparmaq mümkün ola bilər.

Bir başqa məqam odur ki, "masaj xidməti" göstərən bir çox insanlar var ki, onlar salonda deyil, birbaşa evlərə gedərək işləyirlər. Bu şəxslərin evlərdə hansı işlərlə məşğul olduqlarını və ya hansı xidmətləri göstərdiklərini bilmək də mümkün deyil. Bu formada kiminsə məsuliyyətə cəlb edilməsi praktikada yoxdur, mümkün deyil. Ona görə də düşünürəm ki, nə qədər ki cəmiyyətdə "seks" və "qadağa" sözləri yanaşı işlənəcək, Şərq ölkələrində masaj xidmətləri adı altında intim, seks xidmətlərinin göstərilməsi davam edəcək. Bununla da konkret mübarizə aparmaq, ləğv etmək, kökünü kəsmək olmayacaq. Nə qədər cəmiyyət var, intim münasibətlər olacaq və bu proseslər davam edəcək. Sadəcə olaraq, intim xidmətlərin qanuni olmadığı müddətcə bu cür hallarla qarşılacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1452   Tarix: 20 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl

16:00 144
.

Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq

"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd

05.08.2026 286
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 360
.

Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?

Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür. Bəs real duru

15:10 151
.

Tahir Kərimlinin şəhid anası olan bacısı vəfat etdi

Sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib. -a istinadən xəbər verir ki, T.Kərimlinin bacısı Saabxanım uzunsürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün Şamaxı şəhər qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, mərhum həm də şəhid anası olub. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlə

14:38 173
.

Eyni iddia ilə ikinci dəfə məhkəməyə müraciət etmək mümkündürmü?

"Məhkəmədə iddia qaldırmış şəxs qəbul edilmiş məhkəmə aktından (qərar, qətnamə, qərardad və s.) narazı qaldıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət vermək hüququna malikdir. Bu hüquq apellyasiya və ya qanunla müəyyən edilmiş digə

15:09 138
.

Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil

Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür. Qaynarinfo xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə

05.08.2026 418
.

Tramp "sursat çatışmazlığı" iddialarına cavab verdi

ABŞ Prezidenti Donald Tramp ölkədə böyük həcmdə sursat ehtiyatının olduğunu bildirib. xəbər verir ki, Tramp bu barədə Vaşinqtonun silah çatışmazlığı ilə bağlı iddialar fonunda Truth Social sosial media platformasında paylaşım edib. "ABŞ-da, xüsusilə bəzi sursat növləri üzrə kifayət qədər böyük ehtiya

12:19 158
.

Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edildi

Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Qey

13:55 139
.

TOP MP3