Azərbaycan millisinin sabiq baş məşqçisi: "Messi bu kuboka layiqdir"
"Lionel Messinin topla hər davranışı futbolçular üçün dərsdir. O, bu kuboka layiqdir".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Qətərdə keçirilən dünya çempionatının final oyunu ilə bağlı danışarkən deyib.
75 yaşlı mütəxəssis bildirib ki, Fransa seçməsi ilə baş tutacaq final görüşündə Lionel Messinin kapitanı olduğu Argentina yığmasının çempionluğunu arzulayır: "Argentina son üç dünya çempionatının ikisində finala çıxıb. Amma onlar üçün uğur yalnız çempionluqdur. 2014-cü ildəki mundialın finalında Almaniyanın bəxti gətirmişdi. Bu dəfə Argentinanın çempion olmasını arzulayıram. Turnirin əvvəlindən Braziliya və Argentinaya azarkeşlik edirdim. Cənubi Amerika təmsilçisi ilk oyunda Səudiyyə Ərəbistanına (1:2) uduzandan sonra toparlandı, qələbələri sıraladı. Ümid edirəm ki, Fransanı da məğlub edəcəklər".
Mircavadov son dünya çempionu Fransa millisinin dörd il əvvəlki mundialda daha güclü olduğunu düşünür: "Fransa yığmasına azarkeşlik eləmirəm. Ümumiyyətlə, onlardan ölkə olaraq xoşum gəlmir. Amma etiraf etməliyəm ki, milliləri güclüdür. Doğrudur, çempion olduqları 2018-ci ildəki dünya çempionatı ilə müqayisədə bir qədər zəifləyiblər. Əgər DÇ-2018-in bütün matçlarını üstün keçirdilərsə, bu turnirdə sırf nəticəyə oynadılar".
Qeyd edək ki, dekabrın 18-də "Lusail" stadionunda keçiriləcək Argentina – Fransa qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 952 Tarix: 17 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb
27.08.2026 279 PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS
06.09.2026 208 Elvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
02.09.2026 364 Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb
"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab
21.08.2026 541 Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
12.09.2026 60 "Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10.09.2026 301 "Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12.09.2026 149 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub
Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında Azərbaycan idmançısı Gözəl Zutova (+76 kq) qızıl medal qazanıb. "Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. O, kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada düny
29.08.2026 240 "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç
30.08.2026 234