"Bu məsələ ortaya çıxmasaydı onu yetkinlik yaşına çatmadan evləndirəcəkdilər"

"Bu məsələ ortaya çıxmasaydı onu yetkinlik yaşına çatmadan evləndirəcəkdilər"Gədəbəydə 17 yaşlı qızla 50 yaşlı kişinin nişanlanması barədə xəbər vermişdik. Məlumata görə, 17 yaşı qız 50 yaşlı Elfaq Şəkərbəyli ərə verilir.

Yetkinlik yaşına çatmayan qızın özündən yaşca çox böyük olan kişi ilə nişanlanması günlərdir, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Mediada yayılan və efirdə müzakirəyə çıxarılan olay birmənalı qarşılanmayıb və ictimai qınaq obyektinə çevrilib. Bəzi fikir sahibləri bildirib ki, yaş və ailə müzakirəsi etik olmayan mövzulardır. Digərləri hesab edir ki, ictimai qınağın bu məsələlərdə rolu var və belə hallar cəmiyyətə mənfi təsir edir.

Belə hallarda şəxsi həyat və ailə məsələlərinin müzakirə olunması düzgündürmü?

Sosioloq Lalə Mehralı BiG.AZ-a açıqlamasında bildirib ki, 17 yaşlı bir qızın atasından da böyük biri ilə evləndirilməsi hər tərəfdən yanlış addımdır və bu vəziyyətlərdə ictimai qınaq olmalıdır:

"O qızın 23 yaşı olma ehtimalı məsələsi müzakirə olundu. Mən fikirləşdim ki, onun 23 yaşı varsa, həmin insan normal qərar verə bilər. Ola bilər də insandı. Tutaq ki, istəyib, könlü tutub. Çünki 23 yaşında bir insan azad qərar verə bilmə dərrakəsinə malikdir. Amma sonra qızın hələ 17 yaşında olması və efirdə ötkəm danışması məni öz düşüncəmdən çəkindirdi. Çünki həm yetkinlik yaşına çatmayıb, həm də efirdə yetkinlik yaşına aid olmayan fikirlər səsləndirdi. El arasında "Sanki böyüyüb kiçilib" misalı var. Misaldakı kimi elə bil, həmin qız böyüyüb, qocalıb yaşlanıb və təzədən 17 yaşına qayıdıb. Yəni elə bir fikirlərlə orada özünü müdafiə etməyə çalışdı.

Diqqət etsək, danışanda anasının fikirlərini diqtə edirdi. Ana və qız, hər ikisi də eyni tərzdə danışırdılar, üslubları eyni idi. Ona görə təsir altında olaraq belə bir qərar verdiyi qənaətinə gəlirik. Yəni tək mən yox, cəmiyyət, düşüncə bu yöndədir. 17 yaşlı bir qızın atasından da böyük biri ilə ailə qurması məntiqə sığmır və nə etik cəhətdən, nə də mənəvi dəyərlər cəhətdən doğrudur. Yəni hansı tərəfinə çevirsək yanlış addımdır.

Bu insanlar fərqli zaman qurşağının yetirmələridir, fərqli zamanlarda doğulublar, tərbiyə, dünya baxışı, düşüncə tərzi tamamilə bir-birindən əks olan fərdlərdir. Təbii ki, ayrı-ayrı ayrılıqda hər ikisi yaxşı insan ola bilər, amma onların birlikdə ailə həyatının nə qədər uğurlu olacağı müzakirə məsələsidir. Əgər qız yetkinlik yaşı içərisində olsaydı, yəni əvvəlcə 23 yaşında olduğu deyildi və belə olan halda bu qərarı sorğulamaq heç birimizə düşməzdi. Düzdür, yaş fərqinə görə onların izdivacını yenə də etik hesab etmirik. Amma o yaş yenə də yetkinlik yaşına çatmış bir insan kimi öz qərarını verə biləcək yaşdır. Amma 17 yaşı yeni olmuş qızın efirdə o cür üslubla danışması onun təsir altında olduğu düşüncəsinə gətirib çıxardı.

Hesab edirəm ki, o qız təsir altındadır və bu məsələ mətbuata çıxmasaydı onu yetkinlik yaşına çatmadan evləndirəcəkdilər. Mətbuatda yayıldı deyə hazırda qızın 18 yaşının olmasını gözləyəcəklər. Onun 18 yaşı hələ olmayıb, çünki orada o, iddia irəli sürdü ki, "Biz hələ evlənmirik, mənim 18 yaşımının olmasını gözləyirik". Düzdür, bizim qanunlarımız bəzi istisna hallarda 17 yaşında nikaha icazə verir. Amma burada elə bir istisna hal yoxdur. Üstəlik də fövqəladə vəziyyət kimi bir şeydir. Yəni sıradan bir vəziyyət deyil ki, icazə verilsin. Məncə, bu cür vəziyyətlərdə ictimai qınaq əhəmiyyətlidir, önəmlidir. Sadəcə təhqir etmədən olmalıdır. Nəzərə almaq lazımdır ki, o qız azyaşlıdır və təsir altında ola bilər".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2408   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 136
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 144
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

13:11 38
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 120
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 295
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 146
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 131
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 87
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 0
.