Ehtiyatda olan polkovnik-leytenanta "Müharibə Veteranı" adının verilməməsinin səbəbi AÇIQLANDI - RƏSMİ
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlunun bəzi elektron kütləvi informasiya vasitələrində "Müharibə Veteranı" adının verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə Müdafiə Nazirliyi açıqlama verib.
Nazirlikdən Oxu.Az-ın soruğusuna cavab olaraq bildirilib ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlu Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaqda yerləşən hərbi hissədə xidmət edib.
"Bu səbəbdən Ə.Əliyevə "Müharibə veteranı" adının verilməsinin Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə zidd olması barədə onun özünə bildirilib. Lakin Ə.Əliyev və onun kimi bir neçə vətəndaş internet üzərindən məsuliyyəsiz çıxışları ilə ictimaiyyətdə çaşqınlıq yaradaraq aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin qeyri-qanuni həllinə nail olmağa çalışırlar.
Müdafiə Nazirliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq bəzi internet media saytlarının əməkdaşları müvafiq qanunvericiliyin tələblərini bilmədən, əsassız iddiaları dəqiqləşdirmədən ictimai müzakirəyə çıxarmaqla Müdafiə Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyə cəhd edirlər.
Müdafiə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada verilən cavabla qane olmayan bəzi vətəndaşların qeyri-peşəkar kütləvi informasiya vasitələrindən sui-istifadə edərək əsassız iddialarına haqq qazandırmağa çalışmaları təəssüf doğurur", - deyə məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 866 Tarix: 13 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda
10:59 147 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
11:02 148 AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
10:15 147 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd
13:11 110 Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı
10:00 157 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
12:25 148 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən
12:54 134 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca
13:15 110 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 288