Arvadının evə yad kişi gətirdiyindən şübhələnən kişi həyat yoldaşına 12 bıçaq zərbəsi vurdu - VİDEO

Arvadının evə yad kişi gətirdiyindən şübhələnən kişi həyat yoldaşına 12 bıçaq zərbəsi vurdu - VİDEO2020-ci il iyunun 8-də Sumqayıtda Teymur Şıxkərimov adlı şəxs polisə gələrək həyat yoldaşını bıçaqladığı barədə məlumat verib. Araşdırma zamanı 34 yaşlı Aygün Şıxkərimovanın Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı və əməliyyat edildiyi məlum olub.

İstintaqla müəyyən olunub ki, Teymur Şıxkərimov mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından və görüşməyindən şübhələndiyinə görə arvadı ilə mütəmadi mübahisə edib. Bu səbəbdən onu öldürmək qərarına gəlib. İyunun 8-də qadının kirayə yaşadığı binanın qarşısına gəlib və Aygün Şıxkərimovanın bədəninin müxtəlif nahiyələrinə bıçaqla 12 dəfə zərbə endirib. İstintaqa məlum olmayan şəxslərin müdaxiləsi və qadının vaxtında xəstəxanaya çatdırılması sayəsində onun həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra Bakı və Sumqayıtda müxtəlif yerlərdə kirayədə qalaraq tikinti şirkətində fəhlə işləyib. Aygünlə 2011-ci ildə tanış olandan bir ay sonra rəsmi nikaha daxil olub. Nikahdan iki qız övladları dünyaya gəlib. Corat qəsəbəsində qayınatasına məxsus evdə yaşayıblar. Təxminən iki il əvvəl Aygünün ona qarşı münasibətinin dəyişdiyini hiss edib. Əvvəllər arvadı telefonu masanın üzərinə qoyurdusa, son vaxtlar özündə saxlayıb. Telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olub. Kiminlə danışdığını soruşduqda o hər dəfə bacısı ilə söhbət etdiyini deyib.

2020-ci ilin fevral ayında Xaçmaz rayonunda olarkən yoldaşı zəng edərək atasının onu evdən qovduğunu bildirib. Bunu aydınlaşdırmaq üçün qayınatasına zəng edəndə o: "Aygün əxlaqsızlıq edir, gəl, arvadına sahib çıx", - deyib. Aygün üç-dörd ay bacısının evində qalıb. Sonra kirayə mənzil tutaraq oraya köçüb. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprel ayının axırlarında Aygünün yaşadığı evə gedib. Kiçik qızı Mədinə ona anasının evə Taleh adlı kişini gətirdiyini və onun meyvə-tərəvəz satışı ilə məşğul olduğunu deyib. O, iyunun 4-də Mədinəni Şabran rayonuna aparıb, bununla bağlı Aygün polisə müraciət edərək övladının qaçırıldığını bildirib.

Növbəti gün o, Sumqayıta gələrək verdiyi izahatda Mədinənin doğma qızı olduğunu və onu öz istəyi ilə rayona apardığını göstərib. Ayın 7-də telefonla danışanda Aygün övladını evə gətirməsini tələb edib, bir daha uşaqları ona göstərməyəcəyini və ondan boşanıb Talehlə nikaha daxil olacağını bildirib. Həmin gün növbəti dəfə zəngləşəndə arvadı telefonu Mədinəyə verməsini xahiş edib. Həmin vaxt Talehin böyük qızı Nuraya "qızım, bacınla danış" söylədiyini eşidib. Bunu eşidib, qəzəblənib və yoldaşına qızı olduğu evə yad kişi gətirdiyni və onu sabah öldürəcəyini deyib. İyunun 8-də qızı ilə birlikdə Sumqayıta gəlib. Övladını çayxanada qoyaraq arvadının yaşadığı binanın qarşısına gəlib, onun aşağı düşməsini gözləyib. Bir müddət sonra qadının Talehin idarə etdiyi avtomobildən düşdüyünü görüb. Dərhal üzərinə gedərək bıçaqla Aygünün boynuna, boğazına və digər nahiyələrinə xəsarətlər yetirib. Zərbələrin təsirindən bıçağın dəstəyi tiyəsindən qırılıb. Qadının qışqırıq səsini eşidən Taleh maşından düşüb söyə-söyə arxasınca qaçsa da, ona çata bilməyib.

Aygün Şıxkərimova ifadəsində göstərib ki, həyətdə olan şəxslər müdaxilə etməsəydilər, Teymur onu öldürə bilərdi. Onun Taleh adlı şəxslə sevgi münasibəti və ya cinsi əlaqəsi olmayıb. Talehi meyvə-tərəvəz dükanı işlədən şəxs kimi tanıyıb. Ondan 150 manat borc pul alıb, sonuncu da bir-iki dəfə qapını döyərək ondan borcunu istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1647   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

10:59 147
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

11:02 148
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 147
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

13:11 110
.

Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı

10:00 157
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 148
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

12:54 134
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 110
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 288
.