Putindən DƏHŞƏTLİ XƏBƏRDARLIQ: "Bu ölkələri yer üzündən siləcəyik!"

Putindən DƏHŞƏTLİ XƏBƏRDARLIQ: "Bu ölkələri yer üzündən siləcəyik!""Rusiyaya hücum etməyə cəsarət edən hər bir ölkə yer üzündən silinəcək..."
Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, Putin deyib ki, Rusiya ABŞ kimi qabaqlayıcı nüvə hücumu strategiyasına sahib deyil.

"Rusiyaya nüvə silahı ilə hücum etməyə qərar verən düşmən yer üzündən silinəcək. Biz müntəzəm olaraq nüvə imkanlarımızı sınaqdan keçiririk" - Rusiya lideri xəbərdarlıq edib.

Rusiyanın hücuma məruz qalacağı təqdirdə inkişaf etmiş hipersəs silahları ilə güclü cavab verəcəklərini vurğulayan Putin bildirib ki, Moskva ABŞ-da olmayan hipersəs raket sistemlərinə sahibdir.

Putin Rusiyanın gələcəkdə Ukrayna ilə bağlı razılaşmalar əldə edə biləcəyini, lakin Minsk razılaşmasının pozulması ilə özünə qarşı xəyanət hiss etdiyini bildirib.

Rusiya lideri bəyan edib ki, 2014 və 2015-ci illərdə Belarusun paytaxtı Minskdə atəşkəs razılaşmasına vasitəçilik edən Almaniya və Fransa Rusiyaya xəyanət edib və hazırda Ukraynanı silahla təmin edir.

ABŞ-ın basketbolçu Britni Qrinerin qarşılığında rus silah taciri Viktor Butu azad etməsi məsələsinə də toxunan Putin iki ölkənin kəşfiyyat xidmətləri arasında əlaqələrin davam edəcəyini vurğulayıb, ABŞ və Rusiya arasında daha çox məhbus mübadiləsinin aparılacağını bildirib.

Rusiya prezidenti, həmçinin qeyd edib ki, Ukraynada döyüşmək üçün əlavə qoşunların cəlb edilməsinə ehtiyac yoxdur, çünki hələ cəbhələrə göndərilməyən 150 min yeni döyüşçü var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1583   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 140
.

Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb. "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir. Prezident

12:20 146
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 133
.

Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın

0
.

Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi

13:30 103
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 148
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 151
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

11:04 146
.

İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"

"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses

14:20 0
.