Müdafiə nazirinin yeni müşaviri, əfsanəvi general Bəxtiyar Ersay kimdir?- DOSYE
Daha öncə xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.
O, Müdafiə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında məhz Zakir Həsənovun müşaviri kimi çıxış edib.
Musavat.com Bəxtiyar Ersayın Türkiyədəki əfsanəvi hərb yolunu təqdim edir:
Polkovnik Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Həbsinin 31-ci ayında azadlığa çıxan polkovnik qısa müddət sonra general rütbəsi alır və briqada komandanı təyin olunur. O, başına gələn müsibətlərdən sonra mükafatlandırılması və ya orduda ona ehtiyac duyulmasına çox təvazükar şəkildə "Mən türk zabitiyəm. Belə yetişdirildim. Dövlətdən küsmək olmaz. Bəli, başımıza haqsız işlər gəldi. Allaha verərkən yaxşı, alarkən pis deyilə bilmədiyi kimi, dövlətədə verərkən yaxşı, alarkən pis demək olmaz. Biz hər şərtlərdə "Vətən sağ olsun",- deyə yetişdirildik",- cavabını verib.
Polkovnik Bəxtiyar Ersay FETÖ-nün 15 iyun 2015-ci ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.
16 iyul çevrilişindən iki həftə sonra Haqqari-Çukuca 2 Sərhəd Birqadasının komandanı təyin edilib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General B. Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.
General əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalındandır.
Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə hərbi akademiyaya qəbul olub.
Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.
Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B. Ersay dayanıb.
Azərbaycana gəlməzdən öncə Türkiyədə PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də B. Ersaydur.
General B. Ersayın sonuncu vəzifəsi Türkiyədəki sonuncu vəzivəsi Quru Qoşunları müavininin əməliyyat məsələləri üzrə müavini olub.
Ersay hər zaman dağlarda düşmənlə üz-üzə gəlib və hər dəfə də düşmənə ağır məğlubiyyət yaşadıb.
2021-ci ildən Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1170 Tarix: 10 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
12:20 140 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb. "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir. Prezident
12:20 146 İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud
12:40 133 Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın
0 Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"
"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi
13:30 103 AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
10:15 148 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
12:25 151 Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
11:04 146 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 0