Naxçıvan dövlət qurumları ilə bağlı yenilik
Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarına uyğun audit yoxlamalarından keçirildikdən sonra "gov.az" domenləri ilə təmin ediləcək.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, onlar "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən mühafizə olunacaq.
Xidmətin əməkdaşları dekabrın 6-8-də muxtar respublikada dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qurulmaqda olan "ASAN xidmət" mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı NAR-da səfərdə olublar.
Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə görüşlər keçirilib.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sahə üzrə mütəxəssisləri üçün təlimlər keçirilib və nazirliyin kibergigiyena layihəsinə qoşulması razılaşdırılıb. Səfər zamanı "AzstateNet" internet, "voice" və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə yerində qiymətləndirilib.
Nazirliklə keçirilmiş görüşdə muxtar respublikanın dövlət qurumlarına aid informasiya ehtiyatlarında audit yoxlamaları nəticəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aşkarlanmış və 2021-ci ilin noyabrında təqdim olunmuş çoxsaylı kritik təhlükəsizlik boşluqları və onların aradan qaldırılması yolları nazirlik ilə birgə müzakirə olunub. Təhlükəsizlik yenilənmələri dayanmış və çoxsaylı boşluqlar aşkarlanmış köhnə versiyalı 111 dövlət informasiya ehtiyatının 11-nin hazırda Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yeniləndiyi bildirilib.
Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Dövlət Xidmətinə təqdim edilməsi və "gov.az" domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi razılaşdırılıb. Digər resursların yenilənərək təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra "gov.az" domen zonasına köçürülməsi işlərinin növbəti ilin birinci yarımilində tamamlanması planlaşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1570 Tarix: 10 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl
12:35 130 Trampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut
13:40 108 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
11:29 159 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri
10:58 146 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind
12:36 140 Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda
10:59 151 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
13:39 179 "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. BİG.AZ videoçarxı təqdim edir:
12:22 157 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 144