Ermənipərəst korrupsioner lobbi - doğruya bağıran oğru - ŞƏRH

Ermənipərəst korrupsioner lobbi - doğruya bağıran oğru - ŞƏRHKorrupsiya cinayətdir və bu hal bütün ölkələrə şamil edilir. Yazılı ədəbiyyata görə, korrupsiyaya qarşı mübarizəni ilk dəfə eramızdan əvvəl 24-cü əsrin ikinci yarısında Şumerdə Laqaş şəhər-dövlətinin kralı Uruinimgina başladıb. Qədim Misir, Hindistan, Romada bu cinayətə qarşı mübarizə aparılıb, ümumilikdə bütün dövrlərdə tədbirlərə əl atılıb.

Korrupsiya lobbiçilik üçün günümüzdə də davam edir. Qafqazın, Azərbaycanın, Ermənistanın xəritədə yerini bilməyən ABŞ və Avropa İttifaqından olan konqresmenlər, siyasətçilər lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Onların müxtəlif "həvəsləndirmələr" qarşılığında bu kimi əməllərə cəlb edildiyi ehtimalı az deyil. Onlar müxtəlif "hədiyyələr" qarşılığında məsələlərə müdaxilə etməklə qarşıdurmaları daha da gərginləşdirir, yeni problemlər yaradırlar.

Son zamanlar Avropa Parlamentində baş verən korrupsiya qalmaqalı ilə bağlı müzakirələr davam edir. Dünyanın idarə edilməsində, haqqın müdafiəsində başlıca rollardan birini oynayan bir qurumda belə cinayətin törədilməsi Avropa İttifaqının ali qanunverici qurumunun tövsiyə, məsləhət və iradlarının üzərinə kölgə salır. Bu cinayət hadisəsi hətta ittifaqın nüfuzuna da ciddi zərbə vurur.

Bu günlərdə Belçikada Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı siyasətçi Eva Kayli korrupsiya işi istintaqı çərçivəsində saxlanılıb. Onun adı futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı korrupsiyada əsas fiqurlardan biri olaraq hallanır. Hazırda Belçika polisi bu işi araşdırır. Eva Kaylinin korrupsiya əməli sübut olunsa, bu, Avropa Parlamentində son zamanların ən böyük cinayət hadisəsi olacaq. Bu fakt Avropa İttifaqının müxtəlif qurumlarının korrupsiya ilə bağlı irəli sürdükləri ittihamların obyektivliyi üzərinə də kölgə salır. İttifaqın adının bu kimi qalmaqalda hallanması isə təşkilat daxilində "qonorar" qaşılığında lobbiçiliklə məşğul olan cinayətkar şəbəkənin varlığını isbatlayır. Bu, dünyanın az qala hər yerində hüquq pozuntusu, korrupsiya halı axtaran Avropanın öz daxilində böyük maxinasiya sisteminin formalaşdığını deməyə əsas verir.

Bir hadisəni xatırlamaq yerinə düşər. İllər öncə İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin adı Hindistanla bağlı korrupsiyada hallanıb. O, məhkəmədə bildirib ki, Avropa qanunlarında üçüncü dünya ölkələrindən rüşvət almamaqla bağlı bir qanun yoxdur. Bununla da Berluskoni Hindistanla imzalanan müqavilə üçün rüşvət aldığına bəraət qazandırıb. Başqa sözlə, belə çıxır ki, avropalılar bu cinayət əməlini yalnız ölkə və ittifaq daxilinə şamil edirlər.

Fransanın keçmiş Prezidenti Nikola Sarkozinin Liviyanın keçmiş lideri Müəmmar Qəddafi ilə aralarındakı çoxmilyonluq cinayət sövdələşməsini də buna nümunə olaraq göstərmək mümkündür. Bir neçə il əvvəl Fransa neft sənayesinin 37 rəhbərinə qarşı korrupsiya ittihamı irəli sürülmüşdü. Müttəhimlər Fransanın "Elf Aquitaine" keçmiş dövlət neft şirkətinin direktorlar şurasının üzvləri idi. "Adidas" şirkətinin keçmiş sahibi, tanınmış siyasətçi, iş adamı Bernar Tapi də korrupsiya qalmaqalı çərçivəsində həbs edilmişdi. Bu cinayətdə Beynəlxalq Valyuta Fondunun direktoru Krstin Laqard və Fransanın məşhur "France Telecom" şirkətinin başçısı Stefan Rişarın da adı hallanırdı. İddiaya əsasən, Laqard Fransanın maliyyə naziri işləyən zaman Bernar Tapi 403 milyon avro məbləğində rüşvət almaqla ona ziyan vurub. Fransanın o vaxtkı xarici işlər naziri Brüno le Ru 2017-ci ildə korrupsiya qalmaqalı fonunda istefa verməyə məcbur olub. O, qızını parlamentdə pullu işə düzəltməkdə şübhəli bilinib. Fransada prezidentliyə iddialı Fransua Fiyon da oxşar cinayətdə ittiham olunub. Onun həyat yoldaşı Penelop az işləməsinə baxmayaraq, 1986-2013-cü illərdə dövlət büdcəsindən qanunsuz olaraq əməkhaqqı şəklində yüz minlərlə avro pul almaqda ittiham edilib. Fransanın keçmiş Prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıqda, korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qanunsuz gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilib. Fransa Prezidentinin o vaxtkı başqa müşaviri Kader Arif tenderlərin keçirilməsində sui-istifadə hallarına yol verməkdə şübhəli bilindiyi üçün istefa vermişdi.

ABŞ-da da özlərini ədalətin, məzlumun haqqının müdafiəçisi sayanların da adları müxtəlif korrupsiya hadisələrində hallanır. Manhetten Federal Prokurorluğu Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendes barəsində federal cinayətlə bağlı təhqiqat aparır. Xatırladaq ki, amerikalı senator 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendesi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaq, həmçinin Melqenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüb. Qeyd edək ki, Robert Menendes Nadina Arslanyan ad-soyadlı etnik erməni qadınla evlidir. Amerika Erməni Milli Komitəsi Menendesin erməni lobbisinə xidmətini, həmçinin Türkiyəyə və Azərbaycana qarşı "layiqli" işini yüksək qiymətləndirib. ABŞ-ın federal prokurorları senator Robert Menendesin həyat yoldaşı Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsini də araşdırır. Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokuror "Arslanyan işi" ilə əlaqəli şəxsləri məhkəməyə çağırıb.

Uzun illərdir ABŞ Konqresində erməni lobbisinin qatı müdafiəçisi Frank Pellon, Adam Şiff, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Robert Menendes kimi senatorlar, eləcə də bəziləri külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycana qarşı hər cür qərəzli sifarişi yerinə yetirirlər. Senator Menendesin 2005-cı ildən başlayaraq müxtəlif vaxtlarda erməni lobbi təşkilatlarından 250 min dollar əldə etməsini də vurğulamaq yerinə düşər.

ABŞ Konqresindəki erməni lobbisinin uzun müddətdir korrupsiaya ilə məşğul olduğu hüquqi cəhətdən qiymətini aldıqca başqa mətləblər də üzə çıxır. Bir müddət əvvəl Konqresin Aşağı, Nümayəndələr Palatasının sədri Nensi Pelosi bir qrup ermənisevərlə İrəvana səfəri zamanı Azərbaycana qarşı ədalətsiz çıxışlar etmişdi. Onun da bu kimi cinayət əməllərinə bulaşdığı istisna edilmir. Erməni lobbisi çirkli pullarla konqresmenləri, Fransa Senatının üzvlərini və siyasilərini ələ alaraq Cənubi Qafqazda əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına qarşı çıxır, regionda qarşıdurmanın yaranmasına sövq edirlər.

Qərb ölkələri, o cümlədən Fransa dünyada özlərini demokratiyanın beşiyi sayır. Hadisələr isə sübut edir ki, həmin dövlətlərdəki siyasətçilər, prezidentlər, deputatlar və başqa nüfuzlu şəxslər ermənilər də daxil olmaqla müxtəlif lobbilərin maraqlarının ifadəçisinə çevrilirlər. Yuxarıda Berluskoninin üçüncü dünya ölkələri ilə bağlı fikirlərini yada salmışdıq. Menendes, Bokser, Pellon, Şiff, Dold, Şerman, Makron, Fransa Senatının 256 üzvü və daha kimlər törətdikləri cinayət əməllərinə görə cəzalanmayacaqlarına arxayındırlar. Ona görə də ermənilərdən mənşəyi məlum olmayan milyonlarla dolları, avronu alıb Azərbaycan və Türkiyəyə qarşı əsassız çıxışlar edirlər. Bu azmış kimi, belələri dünyaya haqq-ədalətlə bağlı tövsiyələr verir, korrupsiya ilə bağlı başqalarını ittiham edirlər. Onlar üçüncü dünya ölkələrinin haqqını danaraq quldurluqla məşğul olurlar. Həmin şəxslərin tövsiyə və çıxışları isə oğrunun doğruya bağırmasına çox oxşayır...(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 10 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Siyasi ekspert: İranın ABŞ və İsraillə Ukraynaya qarşı eyni cəbhədə olması real görünmür

"İranın son bəyanatları göstərir ki, Yaxın Şərqdəki qarşıdurma artıq tədricən Avrasiya geosiyasi məkanına da sirayət edir. Ukraynanın İranın hərbi-logistika maraqlarına toxunan addımları və Qərblə hərbi-texnoloji əməkdaşlığı Tehranda ciddi narahatlıq doğurur. Buna görə də İranın sərt ritorikay

12:29 197
.

Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edildi

Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Qey

13:55 177
.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano

21:15 160
.

Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. xəbər verir ki, "Daily Monitor"

18:15 158
.

Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?

Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür. Bəs real duru

15:10 258
.

Ətirinizin qoxusu günlərlə qalacaq - Satıcıların demədiyi sadə üsul

Bir çox insan bahalı ətirlərin belə bir neçə saatdan sonra demək olar ki, hiss olunmadığını müşahidə edir. Çox vaxt bunun səbəbinin ətirin keyfiyyəti və ya istehsalçısı olduğu düşünülür. Halbuki parfümeriya sahəsinin mütəxəssisləri bildirirlər ki, qoxunun qalıcılığı böyük ölçüdə onun necə tətbiq edilməsində

21:30 147
.

Təkbaşına səyahətlər niyə yeni trendə çevrilir?

Getdikcə daha çox turist mütləq planlaşdırma azadlığı naminə şüurlu şəkildə solo-səyahətlərə üstünlük verir. Əvvəllər tək səyahət edənlərə yüngül rəğbətlə yanaşırdılar: hesab olunurdu ki, insan tək səyahətə yalnız şirkətin (yoldaşın) olmaması səbəbindən gedir. Lakin bu gün vəziyyət kökündən dəyişib

21:00 136
.

Əmlak bazarında qiymətlər niyə ucuzlaşmır? Ekspertdən təhlil

"Əmlak bazarında rəqabətin zəifləməsinin əsas səbəblərindən biri mənzil təklifinin tələblə eyni tempdə artmamasıdır. Son illərdə tikinti materiallarının bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərsalma tələblərinin sərtləşdirilməsi və yeni layihələrin icrasında yaranan məhdudiyyətlər bazard

14:12 216
.

Toyunda əri öldürüldü, özü dağlara qaçdı - Reyqana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlər

Azərbaycan musiqisində elə əsərlər var ki, illər keçsə də, dəyərini itirmir. Onlar nəinki bir dövrün simvoluna çevrilir, hətta nəsildən-nəslə ötürülərək xalqın yaddaşında yaşayır. -ın yeni "Mahnıların tarixçəsi" rubrikasında bu dəfə haqqında bəhs edəcəyi "Dağlar qızı Reyhan" da məh

20:00 180
.

TOP MP3