Hamidu Keyta: "Anri ilə müqayisə olunduğumu bilmirdim" - MÜSAHİBƏ

Hamidu Keyta: "Anri ilə müqayisə olunduğumu bilmirdim" - MÜSAHİBƏ"Zirə"nin futbolçusu Hamidu Keyta Fransa təmsilçisi "Oser"in yetirməsi olsa da, peşəkar karyerasına 2016-cı ildə "Sent-Etyenn"də başlayıb.

Seneqal əsilli hücumçu Fransada anadan olub və futbolda ilk addımlarını bu ölkədə atıb.

28 yaşlı oyunçu 2018-ci ildən legioner həyatı yaşayır. Üç il Rumıniyada oynadıqdan sonra 2021-ci ilin yayında Portuqaliya klubu "Santa Klara"ya keçən Keyta bu ilin yanvarından "Zirə"nin formasını geyinir.

Cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyunda üç qola imza atan Hamidu Keyta "Report"un suallarını cavablandırıb.

- İlk dövrədəki böyükhesablı məğlubiyyətdən (1:7) sonra "Qarabağ"la Premyer Liqanın 15-ci turunda heç-heçə sizin üçün nə dərəcədə vacib idi?

- Əsl gücümüzü göstərmək baxımından bu nəticə çox önəmli idi. "Qarabağ"la görüşdə son ana qədər mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. "Qarabağ" böyük turnirlərdə çıxış edir, onlara qalib gəlmək asan deyil.

- Digər tərəfdən ilk "üçlük"dəki komandalardan artıq xeyli geri qalırsınız. "Zirə"nin bundan sonra 4-cü yer uğrunda "Qəbələ" ilə mübarizə aparacağını demək olar?

- Bu barədə danışmaq üçün hələ çox tezdir. Çünki mövsümün sonuna çox vaxt var. Gələn ilin mayına qədər bir çox matçlara çıxacağıq. Futbol dünyasında hər şey sürətlə dəyişə bilir. Hədəfimiz dəyişməz olaraq qalır.

- Ötən mövsümlə müqayisədə "Zirə" qeyri-stabil qrafik cızır. Bunun səbəbini nə ilə izah etmək olar?

- Komanda üçün keyfiyyətli və vacib 2-3 oyunçumuzu itirdik. Zədəlilərimiz oldu, bir az da bəxtimiz gətirmədi. Ancaq yenə də düşünürəm ki, sonda ötən mövsümdəki səviyyəyə qayıdacağıq.

- Azərbaycan kubokunun 1/4 finalında "Neftçi" ilə qarşılaşacaqsınız. Bu cütlükdə şansınızı necə görürsünüz?

- "Neftçi" keyfiyyətli futbolçulardan qurulmuş güclü komandadır. Lakin bizim də yaxşı oyunçularımız var. Yüksək səviyyəli oyunlar olacaq.

- Finala qədər nə "Qarabağ", nə də "Sabah"la qarşılaşmayacağınızı nəzərə alsaq, həlledici görüşə qədər irəliləmək şansınızı yüksək qiymətləndirmək olar?

- "Sabah" və "Qarabağ"la qarşılaşmasaq belə, finala yüksəlmək üçün üz-üzə gələcəyimiz rəqibləri məğlub etməliyik. Kubok matçları xüsusidir, heç vaxt asan deyil. Hər kəs bu turnirdə mübarizəyə hazırdır.

- "Zirə"dəki ilk dönəminizlə müqayisədə son vaxtlar sanki oyununuzda eniş var. Bunu özünüz də hiss edirsiniz?

- Bura təzə gələndə heç kim oyun tərzimi bilmirdi. İndi rəqiblər "Zirə"yə qarşı görüşlərdə fərqli formada müdafiə olunurlar. Hazırda "9 nömrə" kimi oynayıram, yeni rola yavaş-yavaş uyğunlaşıram. Getdikcə hər şey yaxşı olacaq.

- Artıq bir ilə yaxındır Azərbaycandasınız. Fransa, Rumıniya və Portuqaliyadan sonra burada oynamaq asan, yoxsa çətindir?

- Açığı, çox fərq yoxdur. Düzünü desəm, daha çox texniki və taktiki keyfiyyət olduğunu düşünürəm.

- Oyun üslubuna görə Tyerri Anriyə bənzədilirsiniz. Sizin özünüzün uşaqlıq kumiriniz kim olub?

- Anri ilə müqayisə olunduğumu bilmirdim. Mən gənc olanda Didye Droqba "Marsel" və "Çelsi"də çıxış edirdi. Həmin vaxtlar onun oyununu sevirdim. Amma heç vaxt kumirim olmayıb.

- Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Azərbaycan çox yaxşı ölkədir. Bakı gözəl şəhərdir, insanları istiqanlıdırlar. Burada özümü əla hiss edirəm.

- Qətərdə keçirilən dünya çempionatı barədə də fikirlərinizi bildirərdiniz. Sizə doğma olan Seneqal yığması 1/8 finala yüksəlib...

- Qrup mərhələsində bir çox sürpriz nəticələr qeydə alındı. İndi bütün komandalar güclü oynayır. Seneqal yığmasına azarkeşlik edirəm. Onların növbəti raundda İngiltərəyə qalib gələcəyinə ümid edirəm.

- Fransa yığmasının çempionluq şansını necə görürsünüz?

- Fransa millisinin digərləri ilə müqayisədə çempionluq şansı çoxdur. Yüksək keyfiyyətə malik təcrübəli futbolçuları var. Fikrimcə, Fransa və Braziliya mundialın ən güclü komandalarıdır. İspaniya da titul qazana bilər. Ancaq ən böyük arzum Seneqal yığmasının uğur qazanmasıdır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1052   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Əhmədə nə dedi? - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb

05.10.2026 658
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20.10.2026 1034
.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

09.10.2026 791
.

"Mercedes" "Formula-1" tarixində ən çox qələbə qazanan mühərrik istehsalçısı oldu

"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub. xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb. Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb. "Ferrari"

26.09.2026 425
.

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun

25.10.2026 465
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

07.10.2026 548
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17.10.2026 605
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 610
.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

04.10.2026 502
.