Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?

Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?BiG.AZ Kulis.az-a istinadən aktrisa, aparıcı, Əməkdar artist Dilarə Əliyeva haqqında maraqlı faktları təqdim edir.

Dilarə Hasil qızı Əliyeva 27 Oktyabr 1972-ci ildə Sumqayıtda anadan olub. Ailədə dörd uşaq olublar. Dilarənin on altı yaşı olanda, atası dünyasını dəyişir. Orta məktəbi bitirəndən sonra o, sənədlərini İncəsənət Universitetinin aktyorluq fakültəsinə verir və qəbul olunur.

***

Elə universitetdə oxuyan zaman Oqtay Əliyevlə tanış olur. Bu tanışlıq qısa müddətdən sonra evliliyə çevrilir. Aktrisa müsahibələrinin birində bu haqda deyir:

"Universitetə daxil olandan 1-2 ay sonra ərə getdim. İlk sevgim, qarşıma çıxan ilk bəy Oqtay olub. İlk sevgi güllərini də ondan almışam. Mənə tülpan gətirmişdi. Zahirən nəhəng, amma incə qəlbə malik biridir. Oqtay teatrda rejissor idi. Məni tamaşaya dəvət etdi. "Ər və arvad" tamaşası ilə ilk dəfə səhnəyə çıxdım. Onu nümayiş etdirdikdən sonra biz evləndik, ər və arvad olduq".

1994-cü ildə buradan məzun olur. İrəvan Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlayır. On illik teatr fəaliyyətindən sonra aktrisa teatrdan uzaqlaşır. Efirlərdə aparıcı kimi görünməyə başlayır. Tamaşaçı onu aparıcı kimi tanıyıb qəbul edir.

***

Dilarə Əliyevaya ən çox uğur gətirən televiziya layihəsi "Çal-çağır" olub. Uzun illər bu layihənin aparıcısı olan aktrisa sonralar daha iri formatlı verilişlərdə müəllif kimi fəaliyyətinə davam edib.

***

Aktrisa prodüser Oqtay Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onların iki qızı dünyaya gəlib. Sənətkarlar ailəsinin gəlini olan aktrisanın qayınatası Xalq artisti Vidadi Əliyev, qayınanası isə Xalq artisti Elmira İsmayılovadır. Aktrisanın qaynı məşhur aparıcı Elçin Əlibəyli, qardaşı isə aktyor Vüsal Əliyevdir.

Aktrisanın qardaşı da, aktyor olduğundan onlar çox vaxt filmlərdə və tamaşalarda tərəf müqabili olurlar. Onların ən uğurlu iş birlikləri isə "Cavid ömrü" filmində olub. Aktrisa bu filmdə Cavidin həyat yoldaşı Müşkinaz xanımı canlandırıb. Qardaşı Vüsal isə Cavidin oğlu Ertoğrulu. Aktrisa müsahibələrinin birində qardaşı haqqında deyir:

"Vüsal məndən on yaş balacadır. Mənim on altı yaşım olanda atam rəhmətə getdi. Vüsal onda çox balaca idi. Və atamın itkisindən sonra bizim ailədə hamı ona qarşı həssas olmağa, atasız böyüdüyü üçün onu qorumağa çalışdı. Əslində, biz hamımız, elə Vüsal özü də deyib-gülən zarafatcıl insanlarıq. Sadəcə, bir verilişdə Vüsal mənə təşəkkür etdi. O zaman kövrəldim. Çünki mən istəmirəm o, mənə təşəkkür etsin. Onsuz da, Vüsal bunları bilir, təşəkkür etməsi lazım deyil. Həm də mən atamın ona edə bilmədiklərini etməyə çalışmışam. O, bəlkə də, atalı-analı böyüsəydi, mən bu qədər həssas davranmazdım. Vüsalın hansısa çətin anı olanda dərhal atamın rəhmətə getdiyi ərəfə gözümün önünə gəlir. O heç nə başa düşmürdü və biz onun başını qatmağa çalışırdıq, atamızın ölümünü ondan gizlədirdik".

Dilarə Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə "Məhəbbət yaşayır hələ!...", "Durnalar qayıdanda", "Dərəbəylik", "Madam-Badam", "Didərginlər", "Oğru", "Mənim qayınanam" kimi tamaşalarda maraqlı rolları ifa edib.

***

Aktrisa həmçinin "Leyli və Məcnun", "Yumurta", "Gəlinlər", "Bəylik dərsi", "Məhəllə", "Cavid ömrü" adlı filmlərə çəkilib. Aktrisanın filmoqrafiyasında özünün ən çox sevib, qiymətləndirdiyi obraz "Cavid ömrü" filmindəki Müşkinaz rolu olub. O, özü bu barədə deyir:

"Müşkinaz obrazı mənə tapşırılanda bu rolun öhdəsindən gələrək ifa etməyi çox arzulayırdım. Mən bu obraz üzərində işləyərkən mənim arxamda "Çal-çağır" verilişinin böyük tamaşaçı ordusu vardı. Onlar məni elə tanıyır, qəbul edib sevirdilər. "Çal-çağır"dan uzaqlaşıb tamam başqa bir dünyaya getmək, bu qədər məsuliyyətli bir işin altına girib Cavid kimi şəxsiyyətin həyat yoldaşını canlandırmaq üçün təpədən-dırnağa qədər özümü o işə həsr etdim. Cavid haqqında kitabları, Müşkinaz xanımın yazdığı xatirələrin hamısını oxudum. İnanırsınız ki, aylarla dəhşətli, faciəli taleyi olan bir qadının həyatını yaşadım. Gecələr gözümə yuxu getmirdi. Başımı balışa qoyub saatlarla ağlayırdım. Bu günə qədər də Cavidlə bağlı tədbirlərdə mənə söz veriləndə gözlərim dolur, qəhərlənirəm. Yəni mən həmin obrazı, həqiqətən də, çox pis yaşadım. Ərtoğrulun erkən ölümü, dəfn zamanı çoxlarının qorxub tabuta yaxınlaşmaması, həmin məqamlarda Müşkinaz xanımın düşdüyü vəziyyət, doğrudan da, məni dərindən təsirləndirmişdi. Filmdə mənim oğlumu da qardaşım canlandırmışdı".

***

Aktrisanın qızı Aytən 2019-cu ildə ailə quraraq xarici ölkəyə köçüb. Hazırda bir nəvəsi olan Əməkdar artist "Söhbət var" verilişinin aparıcısıdır.

Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1695   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.