Nazpəri Polad Həşimovun anası ilə görüşdü - "Eyni acını mən də yaşayıram"

Nazpəri Polad Həşimovun anası ilə görüşdü - "Eyni acını mən də yaşayıram"Xalq artisti Nazpəri Dostəliyeva Azərbaycanın Milli Qəhrəmanı, şəhid general mayor Polad Həşimovun anası Səmayə Həşimovanın evində olub.

BiG.AZ xəbər verir ki, "Səhər mərkəzi" verilişi həmin anları lentə alıb. Səmayə xanım ötən il oğlu Əliniu itirən N.Dostəliyeva ilə bağlı bu fikirləri səsləndirib:

"Nazpəri xanım övlad itirib. O, ürəyindəki duyuğularla dik durub, dik danışırsa, o demək deyil ki, dərdsiz, kədərsizdir. Hamının gözünə dik baxır, amma ürəyində bir kədər var. Hər bir övlad valideynə borcludursa, valideynin də övladına ehtiyacı var".

İfaçı uşaqlarını böyüdərkən çəkdiyi çətinliklərdən söz açıb:

"Onları necə əlində tutub böyütməyim gözümün önünə gəlir. Mən sizi (red. - Səmayə Həşimova) çox gözəl başa düşürəm. Kənardan Nazpəri Dosteliyevanın həyatı tamamilə başqa görünür. Lakin bir ananın iki atasız övlad böyütməyi, həyatın ağrılı-acılı günlərini yaşamağı, əzabını çəkməyi onları bir Allah, bir də insan özü bilir. Gecə-gündüz konsertlər var, toy mərasimlərində səhərə qədər gedib oxuyuruq. Bəzən evin açarını unudurdum, gecə vaxtsız gəlirdim, görürdüm uşaqlar yatıb. Nə qəədər qapını döyürdüm oyanmırdılar, körpə idilər, yatıblar. Açar ki, evdə qalıb, səhərə qədər blokda sementin üstündə otururdum. Səhərimi o blokda açırdım ki, qoy balalarım yaxşı olsun, övladlarım böyüsün".

N.Dostəlieyava Səmayə xanıma mahnı həsr etdiyini və hazırda tamamlanma işlərinin getdiyini vurğulayıb:

"Bu gün sizə dəstəkəm. Sizə bir söz deyəcəyəm, gözəl ana. Əlbəttə mən sizi hər kəsdən çox başa düşürəm. Çünki eyni acını mən də yaşayıram, amma bir şey fərqlidir. Baxın, sizə bütün Azərbaycan dəstəkdir, sizin kədərinizə bütün ölkə qoşulub, amma mən bu dərdi tək çəkirəm. Gecə-gündüz Allahdan istəyir, yalvarıram ki, bundan sonra analarımızın üzü gülsün. Bundan sonra xalqımız kədər, qüssə bilməsin. Övladlarımız şən, firavan, gözəl həyat yaşasınlar. Şəhidlər üçün çox mahnəıar oxumuşam, çatdıra bilmədim, birini də sizə ərməğan edəcəyəm. Özüm öz əlimlə gətirib verəcəyəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 918   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.