"Əldə edilən zəfər Azərbaycanın siyasi baxımdan ciddi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi" - İbrahim Rüstəmli
"Vətən Müharibəsində qazandığımız qələbənin siyasi və hərbi əhəmiyyəti böyükdür. Bu qələbə ilk növbədə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Qələbə nəticəsində xalqımız siyasi və hərbi baxımdan böyük bir gücə sahib olduğunu göstərdi".
Bunu Sonxeber.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli 44 günlük müharibədə əldə edilən zəfərin hərbi və siyasi əhəmiyyətindən danışarkən deyib. Ekspert bildirib ki, bu qələbə Azərbaycan xalqının kimliyini bütün dünyaya sübut etdi:
"Bu qələbə ilə həm də hansı xarakterə, inama, ləyaqətə sahib olduğumuzu göstərdik. 30 il ərzində problemin sülh yolu ilə həllinə üstünlük verdik. Azərbaycan xalqı bu müddət ərzində sülhü dəstəkləməklə insanlığa aid olanı dəstəklədiyini nümayiş etdirirdi. Amma təəssüf ki, bu mövqeyimiz düzgün anlaşılmadı. Nəticədə qələbə qazanmaqla özümüzə və hər kəsə kim olduğumuzu sübut etdik".
Həmsöhbətimiz deyir ki, qələbəmizin başlıca siyasi əhəmiyyəti Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi oldu:
"Bununla da beynəlxalq aləmdə güclü siyasi iradəyə malik ölkə olduğumuzu nümayiş etdirdik. İllər ərzində tapdanmış haqlarımız bərpa edildi. Böyük dövlətlərin həyata keçirdiyi ikili siyasət fonunda Azərbaycan öz haqqı uğrunda mübarizəyə qalxaraq qələbə qazandı. Azərbaycan Prezidentinin informasiya cəbhəsində peşəkarlığı, xarizması da qələbənin əldə olunmasında mühüm rol oynadı. Bu müharibənin strateji cəhbəsində qazanılan və sonradan döyüş meydanında əldə edilən uğurlarımızın başlanğıcı oldu. Əldə edilən zəfər Azərbaycanın siyasi baxımdan ciddi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi".
İbrahim Rüstəmov qeyd edir ki, qələbə sayəsində dünyanın hərbi baxımdan aparıcı dövlətləri də Azərbaycanın hərbi qüdrətilə hesablaşmalı oldular:
"Azərbaycan 30 il ərzində dünyanın 30-dan çox ölkəsilə hərbi müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələr qurub. Ən mötəbər hərbi təlim və tədris prosesində iştirak etmişik. Hərb elminin ən müasir uğurlarını ordumuza gətirdik. Hərbi kadrlarımız mükəmməl bir qüvvəyə çevrildi. Bu qələbəmiz sayəsində dünyanın aparıcı hərbi dövlətləri də ölkəmizin hərbi qüdrətilə hesablaşmalı oldular. Ordumuz Ohanyan səddini darmadağın etməyi bacardı. Bununla ermənilərə sübut etdi ki, onların güclü ordusu barədə deyilənlər mifdən başqa bir şey deyil. Ermənilər 5 marşallarının olması ilə fəxr edirdi. Amma məlum oldu ki, onlar "avtomat konyakı" ilə marşal olublar. Qələbə sayəsində ermənilərə sübut etdik ki, öyündükləri bu marşalların heç biri Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həzi Aslanov deyil və ola da bilməzlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 623 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 300 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 154 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 264 Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş
14.11.2026 142 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 233 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 297 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 251 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 199