"Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir" - Deputat
"Xankəndində təşkil edilən mitinqin arxasında xarici qüvvələrinin əli var".
Bunu BiG.AZ-a danışan deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, bu gün Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir:
"Onlar çalışırlar ki, 44 günlük Vətən müharibəsindən sonra sarsılmış erməni separatçılığını bərpa etsinlər. Əsas məqsəd isə bu gün Soçi şəhərində Vladimir Putinin vasitəçiliyi ilə, cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə maneə törətməkdir. Hər zaman bu cür görüşlərdən əvvəl öz mövqelərini möhkəmlətmək üçün, tərəflər təzyiq xarakterli diplomatik metodlardan istifadə edirlər. Hətta, təxribatlar törədilir. Bəzi hallarda isə, terrorçulardan da istifadə olunur ki, məqsədə nail olunsun. Konkret olaraq, ermənilər Soçi görüşündən müəyyən imtiyazlar əldə etmək üçün Xankəndində mitinq təşkil etdilər".
Deputat vurğulayıb ki, ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulur:
"Paşinyan partiyasının qurultayında çıxış edərkən bildirdi ki, dünya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq görür. Lakin Rusiyanın müəyyən qüvvələri tərəfindən qızışdırılan separatçılar bütün vasitələrdən istifadə etməklə özlərini Rusiyanın bir hissəsi kimi təsdiq etdirməyə çalışırlar. Burada əsasən daşnak xislətli rusiyalı ermənilərdən daha çox, ermənipərəst, bədnam "Lazarev" klubunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu günlərdə İrəvanda keçirilən iclasda həmin klubun üzvləri olduqca aqressiv tərzdə regionda düşmənçiliyin yeni toxumlarını səpdilər. Hesab edirəm ki, bu gün biz soyuqqanlı olmalı, Soçi görüşünün nəticələrini gözləməliyik.
Erməni separatçılarının hansı təxribatları törətməklərindən asılı olmayaraq, gözlənilən sülh müqaviləsi imzalanacaq və Ermənistan, onun havadarları məğlubiyyətləri ilə barışmalı olacaqlar. Ondan sonra biz Laçın dəhlizində nəzarət sistemini quracağıq. Erməni separatçıları çirkin niyyətlərindən əl çəkmədikləri halda biz digər vasitələrdən də istifadə edəcəyik".
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 713 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Qaynarinfo xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksə
11:22 208 Moskva: Yerevan şantaj yolu ilə üstünlük qazanmağa çalışır
Yerevan Rusiya ilə münasibətlərdə şantaj yolu ilə üstünlük əldə etməyə çalışır. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya-Ermənista
10:54 133 2026-cı ildə bu smartfonları almağa dəyməz
Smartfon almağa tələsməyin - əvvəlcə onun haqqında daha çox öyrənin. Smartfon bazarı hazırda nəhəng bir supermarketi xatırladır: büdcəyə uyğun "işçi atlar"dan tutmuş ağır oyunları daşıya bilən flaqmanlara qədər hər şey var. Lakin hər bir model sizin pulunuza layiq deyil. Bəziləri artıq yeniləm
06.08.2026 281 "İnfantino dərhal getməlidir" - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD
"Barselona" və "Real"ın keçmiş oyunçusu FİFA prezidentini yalan danışmaqda günahlandırıb və istefa verməyə çağırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib. "Barselona" və "Real"ı
06.08.2026 248 Özünü vampir təriqətinin üzvü hesab edən şəxs saxlanıldı
Böyük Britaniyada 48 yaşlı Benjamin Luis heyvanları ayin məqsədilə öldürdüyünə görə məcburi müalicəyə göndərilib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, Luis vampirlərə aludə olub və özünü vampir təriqətinin üzvü hesab edib. O, bunu nümayiş etdirmək məqsədil
11:32 184 Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmi
12:04 367 İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki
15:11 85 "Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tirajlı lotereyaları və "Poz-Qazan" oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə alınıb. Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş "Super Keno" oyununda qazanılıb
11:37 173 Zərdabdakı yanğını kənd sakini törədibmiş
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadis
12:53 163