Türkiyədə təhsil alan azərbaycanlılara hansı fürsətlər yaratmaq olar? - ARAŞDIRMA

Türkiyədə təhsil alan azərbaycanlılara hansı fürsətlər yaratmaq olar? - ARAŞDIRMATürkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı keçən tədris ilinin statistikasına görə 27 000 nəfəri keçib. Dövlət proqramı ilə, attestatla qəbul olan və sairə tələbələri və qardaş ölkədə təhsil almağa kütləviləşən marağı nəzərə alsaq, bu rəqəmin get-gedə artacağını da demək olar. Amma Türkiyə ali məktəblərində oxuyan təkcə tələbələr deyil, onların valideynləri də, son illərin məzunları da qardaş ölkənin azərbaycanlı təhsilalanlar üçün mövcud olan durumundan o qədər məmnun deyillər. Belə ki, tələbələr yüksək təhsil haqqı, ölkəyə gediş-gəliş xərci, yataqxana problemi, oturum izni və digər problemlərlə üzləşirlər. Elə təkcə tədris ilinə start verilən ərəfədə uçuş biletləri ilə bağlı sosial şəbəkələrdə yer alan narazılıqlar bunu deməyə əsas verir. Tələbələrin qardaş ölkədə vahid koordinasiya mərkəzinin olmaması isə problemlərini müzakirə etmək, həllinə kömək axtarmaq, ümumi ünsiyyət qurmalarına mane olan əsas nüanslardır.

Sosial şəbəkələrdə səslənən narazılıqlara, ümumən övladları qardaş ölkədə təhsil alan valideynlərin fikirlərinə rəğmən "Türkiyədə azərbaycanlı tələbələrin təhsil şərtlərini asanlaşdırmaq üçün hansı fürsətlər yaratmaq olar?" sualı gündəmə gəlir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndinin fikrincə, artıq təhsil turizmi Türkiyə turizminin əsas gəlir gətirən sahələrindən birinə çevrilib:

"Yadımdadır ki, 2017-ci ildə Türkiyədə keçirilən beynəlxalq məzunların görüşündə keçmiş baş nazir Binəli Yıldırım "beynəlxalq tələbə sayını 400 minə çatdırmaq hədəfimiz var" dedi. O zaman Türkiyədə 130 min əcnəbi tələbə təhsil alırdı. Hazırda universitetlərin qarşısına tələbə sayını artırmaq hədəfi qoyulub. Bunun sayəsində özəllərdən savayı dövlət universitetlərinin gələn beynəlxalq tələbələr üçün formal bir qiyməti vardı. İndi artıq əksər ali məktəblər qiyməti yüksək məbləğə qaldırıblar. Bəzi universitetlərdə təhsil haqqı 10 min ABŞ dollarına qədər yüksəlib. Tələbələrimizə daha yaxşı şəraitin yaradılması ilə bağlı zaman-zaman danışıqlar gedir. Amma bu dövlətin strategiyası olduğu üçün, biz buna müdaxilə edə bilmirik". TUMİB sədri hazırda Türkiyədə yaşam məsrəflərinin əvvəlki illərə nisbətən daha baha olduğunu qeyd edir: "Əvvəllər İstanbul və Ankara kimi böyük şəhərlərdə yaşam məsrəfi orta hesabla 40 faiz bizdən aşağı idi. Təhsil haqqı, kafe-restoran sektorunda qiymətlər ucuz idi. Bu nüanslar Türkiyəyə kütləvi şəkildə tələbə axını yaratdı. 200-300 dollar təhsil haqqı olan universitetlər, ucuz yataqxanalar vardı. İndi Türkiyədə ciddi şəkildə devalvasiya ilə yanaşı inflyasiya yaşanır, yaşam xərcləri qalxıb. Nəticədə maddi sıxıntı yaşanır".

T.Əfəndi Türkiyədə əcnəbi tələbələrin yataqxana təminatı ilə bağlı da ciddi problemlərin olduğunu bildirib. Belə ki, pandemiyadan sonra bu sahədə xüsusilə qarışıqlıq yaranıb:

"Kütləvi surətdə tələbə axını yarandı və ciddi çatışmazlıq meydana çıxdı. Keçən tədris ilində çox çətin bir vəziyyət yarandı. Hətta dövlət tələbələrə "Kirayə ev tapın, pulu üçün köməklik ediləcək, yataqxanalarda yer yoxdur"- dedi".

T.Əfəndi bildirib ki, tələbələrimiz əvvəllər daha çox oturum izni ilə bağlı problemlərlə üzləşiblər:

"Türkiyənin miqrasiya idarəsində süni əngəllər yaradılırdı. Biz məsələ ilə bağlı səlahiyyətli dairələrə məlumat çatdırdıq və məsələ həllini tapdı".

TUMİB sədri tələbələrimizin nəqliyyat məsələsinə toxunaraq qeyd edib ki, təkcə dərslər başlayanda deyil, qış tətilində də bu problem yaranır:

"Beynəlxalq uçuş tariflərinə görə tələb çoxalanda qiymətlər avtomatik qalxır. Biz güzəşt edilməsi ilə bağlı THY-a müraciət edə bilərik, ancaq onların hər hansı endirim edəcəklərinə əmin deyilik. Əgər Türkiyədə 27 000 azərbaycanlı tələbə varsa, onların 40 faizi Azərbaycana gedib qayıdarsa, bu, 10 minin üzərində gediş, 100-ə yaxın təyyarənin tələbələrə işləməsi deməkdir".

TUMİB rəhbəri hesab edir ki, attestatla qəbul dünya çapında gedən proses olsa da, bu məsələdə məsuliyyətli davranmaq lazımdır. Belə ki, DİM imtahanlarından 50 bal toplayan bir şəxs Türkiyənin orta səviyyəli bir universitetində oxuyub məzun ola bilmir:

"Bakalavr pilləsində oxuyan tələbələrimizin çoxu 6-7 ilə məzun ola bilmirlər. Burda şirkətlərin üzərinə vicdani yük düşür. Belə tələbəni universitetə göndərib özünü və ailəsini çətinlik qarşısında buraxmaq olmaz. İstiqamət verib onları müxtəlif peşə sahələrinə yönləndirmək daha məsləhətli olar. Xüsusən bizim ölkəmizdə peşə təhsilli kadrların çatışmazlığı var". TUMİB sədrini narahat edən digər məsələ azərbaycanlı tələbələrin əksəriyyətinin standart fakültələrə daxil olmasıdır: "Qida mühəndisliyinə, insan resursları, maşınqayırma, iş sağlığı və güvənlik fakültələrinə gedən niyə azdır? Mühəndisliyin çeşidli sahələri var. Yeni yaradılan sahələrə can atmaq lazımdır ki, 5 il sonra onları kadr olaraq axtarsınlar. Bununla bağlı ciddi yönləndirmə olmalıdır".

TUMİB sədri tələbələri koordinasiya edən vahid qurumun olmamasını da problem kimi dəyərləndirib:

"Türkiyədə Azərbaycanın təhsil attaşesi var. Tələbələrlə müntəzəm əlaqədə olmağa çalışırlar. Amma yalnız təhsil nümayəndəsi ilə iş bitmir. Bizim Türkiyənin böyük şəhərlərində nümayəndəliklər yaratmaq kimi bir planımız var. Buna ciddi şəkildə ehtiyac duyulur. Təəssüf ki, maddi səbəblərdən bunu həyata keçirə bilmirik".

TUMİB rəhbəri hesab edir ki, azərbaycanlı tələbələrin Türkiyədə oxumasının şərtlərinin daha da yaxşılaşdırılması üçün Elm və Təhsil Nazirliyi səviyyəsində addımlar atılsa, daha məqsədəuyğun olar.

Türkiyənin hazırda azərbaycanlıların ən çox təhsil almaq üçün müraciət etdiyi ölkələr sırasında liderlik etdiyini deyən ekspert Rizvan Qənbərli tələbələrimizin qardaş ölkəyə gediş-gəlişi zamanı nəqliyyat problemi ilə üzləşdiklərini deyib:

"Quru sərhədlərin bağlı olması, təyyarə biletlərinin bahalığı ən çox şikayət edilən mövzulardır. Türk Hava Yollarının təkcə azərbaycanlı tələbələrə deyil, dünyanın hər yerindən olan tələbələr üçün xüsusi endirim aksiyası olur. Amma Azərbaycandan olan tələbələr daha çox olduğu üçün bəlkə xüsusi güzəşt kampaniyaları keçirə bilərlər".

Ekspert tələbələrin yataqxana probleminə toxunaraq bildirib ki, Türkiyədə dövlət yataqxanalarında qalma üstünlüyü əsasən türkiyəli tələbələrə verilir. Boş yer qaldıqda xarici tələbələr bu haqdan istifadə edə bilərlər:

"Türkiyəli tələbələr özləri də yataqxana problemi ilə üzləşirlər. Hər dərs ilinin başlanğıcında yerli bələdiyyə qurumları tələbələrin yataqxana ilə təmin olunmaları üçün dəstək proqramları həyata keçirirlər. Türkiyədə hər şey dövlətdən gözlənilmir. Amma özəl yataqxanalar çox olduğu üçün tələbələr bu imkanlardan daha çox istifadə edirlər. Düzdür, özəl yataqxanalarda qiymətlər nisbətən yüksək olur".

Türkiyədə ali məktəblərin təhsil haqqına münasibət bildirən ekspert hesab edir ki, qardaş ölkədə büdcə baxımından universitet seçimləri çox genişdir:

"Tələbələr çox bahalı və çox ucuz kateqoriyalar arasında seçim edə bilirlər. 200-ə yaxın universitet seçimi var ki, onların içərisində dövlət universitetləri nisbətən ucuzdur. Hətta bəziləri ölkəmizdəki ali məktəblərin təhsil haqqından da ucuz başa gəlir. Tələbənin seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı nisbətən yüksək olan universitetlər də var. Amma Türkiyədə güzəşt baxımından təqaüd proqramları var ki, dünya ölkələri arasında müqayisə edəndə ən güclü təqaüd proqramlarından biridir. Bu proqrama hər il dünyanın müxtəlif ölkələrindən 250 mindən çox tələbə müraciət edir. "Türkiyə bursları" təqaüd proqramı qazanan tələbələrə yataqxana, universitetə ödəniş, öz ölkəsindən Türkiyəyə gediş-gəliş xərcləri və s. üstünlüklər verir. Bu proqramdan ən çox faydalanan Azərbaycan tələbələridir, çünki ölkəmizə xüsusi yerlər ayrılıb".

R.Qənbərli Türkiyədə oxuyan tələbələrimizi koordinasiya edən vahid təşkilatın olmadığını da bildirib:

"Tələbələri birləşdirən vahid koordinasiya mərkəzi yoxdur. Düzdür, Türkiyənin müxtəlif şəhərlərində tələbələrimizin və ya azərbaycanlıların yaratdıqları diaspor təşkilatları var. Səfirliyimizdə və İstanbul konsulluğunda təhsil nümayəndəliyimiz də fəaliyyət göstərir. Tələbələr onlara müraciət edəndə problemlərinin həllinə çalışırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb

06.08.2026 346
.

Polşadan Ukraynanın hava məkanı ilə bağlı yeni təklif

Polşa Ukrayna səmasında raketlərin zərərsizləşdirilməsi məsələsini müzakirə etməlidir. xəbər verir ki, bunu Polşanın xarici işlər naziri PAP agentliyinə açıqlamasında deyib. Nazirin sözlərinə görə, əsas məsələ raketlərin sonradan Polşa ərazisi üzərində vurulmasındansa, onların Ukrayna səmasında zərərsizləşdirilməsini

11:17 152
.

Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir

12:22 296
.

Moskva: Yerevan şantaj yolu ilə üstünlük qazanmağa çalışır

Yerevan Rusiya ilə münasibətlərdə şantaj yolu ilə üstünlük əldə etməyə çalışır. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya-Ermənista

10:54 134
.

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərişıq" məluma

10:53 163
.

"Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"

Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d

16:14 79
.

Şakiranın 29 il əvvəlki FOTOSU yenidən gündəm oldu

Kolumbiyalı müğənni Şakira illər əvvəl internetdə məşhur olan fotosunu yenidən canlandırıb. xarici mediaya istinadla xəbər verir ki, sənətçi 1997-ci ildə çəkilmiş fotodakı kimi iş masasının arxasında, printerin yanında eyni poza ilə yenidən şəkil çəkdirib. Məşhur fotonu 1997-ci ilin iyununda fotomüxbi

06.08.2026 403
.

ABŞ-da vətəndaşlıq əldə etmək üçün doğuş məqsədli səfərlər qadağan olundu

ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşlığı əldə etmək məqsədilə doğuş üçün ölkəyə səfər etməyi qadağan edən sərəncam imzalayıb. xəbər verir ki, Tramp bu qərarını ABŞ-da doğulan uşaqlara qeyd-şərtsiz vətəndaşlıq verilməsini nəzərdə tutan Konstitusiya düzəlişindən yüz minlərlə insanın sui-istifadə etməs

10:47 144
.

Məhkəmədə Sənubər də dindirilib

Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib. Axşam.az xəbər verir ki, məhkəmə zamanı blogerin vəkillərinin təkrar ekspertiza təyin edilməsi istəyi təmin olunub. Məhkəmə qeyri-müəyyən vaxta təyin edilib. Məhkəmədə qəza zamanı avtomobildə olan Sənubə

15:44 160
.

TOP MP3