Karantin müddətinin uzadılmasının səbəbi AÇIQLANDI
Azərbaycanda xüsusi karantin rejimi bu ilin sonuna kimi davam edəcək. Ötən gün baş nazir Əli Əsədovun imzaladığı sərəncamla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.
Son günlər ölkə üzrə yoluxma sayının kəskin azalmasını nəzərə alsaq, karantin rejiminin vaxtının uzadılması sual doğurur.
Karantin müddətinin uzadılmasının səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, karantin müddətinin uzadılması dünyadakı vəziyyətlə bağlıdır.
"Ümumdünya Səhiyyə Təşkilatı dünyaya koronavirus təhlükəsinin tamamilə bitdiyini elan etməyincə, Azərbaycan da daxil olmaqla, dünya ölkələri karantin müddətini uzadacaq. Axı, bu pandemiyadır və bir ölkəni əhatə etmir. Hansısa ölkədə yoluxma hallarının olması digər ölkələrə təsirsiz ötüşə bilməz. Beləliklə, hər hansı addım atmadan əvvəl dünyada gedən prosesləri nəzərə almaq lazımdır", - həkim vurğulayıb.
V.Əliyevin sözlərinə görə, insanlar karantin müddətinin uzadılmasını səhv başa düşür:
"Əslində, Azərbaycanda karantin müddətinin uzadılması əvvəlki kimi ciddi məhdudiyyətlərlə müşahidə edilmir. Nə toplaşma məhdudiyyəti, nə də maska tələbi var. Bir çox qapalı məkanlara maskasız girmək mümkündür. Sadəcə olaraq vaksin olunmaq tövsiyə edilir".
Həkim onu da vurğulayıb ki, bu müddət ərzində ciddi karantin qaydalarının tətbiq edilməsi gözlənilmir:
"Mən ölkədəki vəziyyəti çox stabil və qənaətbəxş hesab edirəm. Yüksək yoluxma riskinin aşağı olduğunu düşünürəm. Mövcud durumda dəyişiklik olmadıqca, əvvəllər tətbiq edilən karantin qaydaları geri qaytarılmayacaq. Ancaq biz yenə də, ehtiyyatlı olmalıyıq. Hətta deyərdim ki, ABŞ prezidenti Co Bayden yenidən peyvənd olunub. Bu da onu göstərir ki, dünyadan təhlükəli vəziyyət tam sovuşmayıb".
Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına 36 yeni yoluxma faktı aşkarlanıb, 43 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1051 Tarix: 28 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862