DGK-nın daha bir generalı İŞDƏN ÇIXARILDI
Dövlət Gömrük Komitəsində (DGK) daha bir yüksək vəzifəli general işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu sədr müavini vəzifəsindən azad edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, məsələ ilə bağlı müvafiq sərəncam olmadığından bu barədə heç nə deyə bilməyəcəklər.
Qeyd edək ki, Cavad Qasımov 1999-cu ildə Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb. O, 1999-2002-ci illərdə Komitənin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi olub.
Cavad Qasımov 2006-2008-ci illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayında Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
6 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.
Cavad Qasımov 2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib. Gömrük işi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak və məruzələrlə çıxış edib.
O, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1075 Tarix: 26 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862