Benzin bahalaşırsa, gediş haqqı da artmalıdır? - AÇIQLAMA

Benzin bahalaşırsa, gediş haqqı da artmalıdır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda gediş haqqı ilə bağlı tarif (qiymət) siyasətinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb. Daha əvvəl ölkədə bir çox məhsulların bahalaşdığını nəzərə alsaq, bu addım əhalinin haqlı narazılığına səbəb olub.

İctimai nəqliyyatda gediş haqqının artırılması təklifi benzin qiymətinin artırılması ilə əlaqələndirilir. Benzinin bahalaşması gediş haqqının artırılmasına əsas verirmi? Belə yanaşma düzgündürmü?

Mövzu ilə bağlı iqtisadçı ekspert Elmir Səfərli BiG.AZ-a bildirib ki, qiymətlərin artırılmasından ziyadə, dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzələməlidir:

"Bildiyiniz kimi, son bir ildə dünya səviyyəsində hökm sürən qlobal inflyasiya Azərbaycandan da yan ötmür. Təbii olaraq, son 1 ildə yanacağın qiymətinin artması, eləcə də Tarif Şurasının müxtəlif sahələr üzrə qiymət indeksini dəyişməsi, öz növbəsində, bütün istehsal və xidmət sektoruna təsir edib. Bu halda özəl nəqliyyat şirkətlərinin müraciətləri əsaslı hesab edilə bilər. Çünki istər istehsal sahəsi olsun, istər xidmət sahəsi, görülən hər bir işin maya dəyəri mövcuddur. Maya dəyərini təmin edən iqtisadi komponentlərin birində baş verən artım, avtomatik olaraq maya dəyərinin artmasına səbəb olacaq.

Bu şirkətlərin göstərdikləri nəqliyyat xidmətinə görə aldıqları ödəniş maya dəyərini və biləvasitə əlaqəsi olmayan digər xərcləri qarşılamaya bilər. Bu halda şirkətlər zərərlə üzləşəcək. Bir də nəqliyyat şirkətlərində istifadə edilən nəqliyyat vasitələrinin amortizasiya xərcləri mövcuddur ki, bu gəlirlə bu xərcləri qarşılamaq olduqca çətindir. Bu baxımdan, şirkətlərin Tarif Şurasına müraciəti başadüşüləndir.

Lakin qiymət artacağı təqdirdə, vətəndaşlar digər tərəfdən çətinliklə üzləşəcəklər. Onsuz da durmadan artmaqda olan ərzaq qiymətləri ilə yanaşı, ictimai nəqliyyatın qiymətinin də artması əhalinin ciddi narazılığına səbəb ola bilər. Bu kontekstdə insanların satın alma gücü indeksi aşağı düşəcək. Belə olan hallarda, düşünürəm ki, qiymətlərin artırılmasından ziyadə, dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzələyə və qiymət artımının qarşısını ala bilər".

Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu, öz növbəsində, bildirib ki, bu yanaşmada müəyyən məntiq olsa da, əhalinin sosial vəziyyəti ilə qiymət artımı üst-üstə düşməlidir:

"Bu yanaşmada müəyyən bir məntiq var. Çünki benzinin qiyməti artırsa, ictimai nəqliyyat xərcləri də artır. Belə olan halda xüsusi proqramlar olur. Bu proqramlar əhalinin sosial vəziyyətini müdafiə etmək üçün həmin özəl sərnişindaşıma və nəqliyyat şirkətlərinə müəyyən dəstək ola bilər. Yəni bunu birbaşa əhalinin üzərinə atmaq əvəzinə, dövlət büdcəsindən həmin şirkətlərə kompensasiya olaraq müəyyən bir dəstək göstərmək olar. O aman belə hallar olmaz. Birdən-birə hər şeyi necə gəldi yalnız əhalinin üzərinə yıxmaq düzgün deyil. Bunun iqtisadi mexanizmləri araşdırılmalıdır, əlavə vasitələr axtarılmalıdır, ciddi elmi tədqiqat mərkəzləri təhlil etməlidir, Ən asan yolu əhalidən bunu yığmaqdır. Bu, düzgün addımlar deyil.

Əhalinin bir çox hissəsinin iqtisadi vəziyyəti buna imkan vermir. Yəni əhalinin maaşı çox olsaydı, burada qeyri-adi bir şey olmazdı. Eyni zamanda əhalinin xərcləri də çoxalır. Çünki bir çox sahələrdə qiymət artımı var. Maaş artmayıb, amma ərzaq, benzin və digər məhsullar bahalaşıb. Belə bir vaxtda hansısa yolla bu vəziyyəti yüngülləşdirməyə çalışmaq lazımdır. Birdən-birə bu cür qiymət artımını mənfi qiymətləndirirəm. Başqa ölkələrdə də avtobusla gediş haqqı bahadır, lakin orada əmək haqqı çoxdur. Ümumiyyətlə, ölkədə həmişə pulun alıcılıq qabiliyyətini və əhalinin maaşını fikirləşmək lazımdır. Çünki əmək haqqı çox da ola bilər, amma pulun alıcılıq qabiliyyəti aşağı olar. Bu zaman gərək bunlar bir-birilə müqayisə olunsun. Bir tərəfdən əmək haqqı artmır, digər tərəfdən də bazarda qiymətlər qalxır. İstər geyim, istərsə də ərzaq malları olsun. Ona görə də bu məsələdə planlama aparan, iqtisadi məsələlərlə bağlı təhlillər aparan insanların da üzərinə məsuliyyət düşür ki, burada doğru-dürüst arayış tərtib etsinlər. Bunların arxasında ciddi elmi təhlillər olmalıdır. Təəssüf ki, biz bu təhlilləri eşitmirik".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1339   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 274
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 114
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 110
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 108
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 317
.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 327
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 128
.

Azərbaycanın geostrateji rolu artmaqdadır

Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstərdiyini və burada da birləşdirici rol oynadığımı hamı yaxşı bilir. Dövlət başçısı Azərbaycanın həm tarixi, hə

14:14 72
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 267
.