Uşaq evində böyüyən, heç vaxt ailə qurmayan, tələbələrinin evində yaşayan Teymur Əmrah

Uşaq evində böyüyən, heç vaxt ailə qurmayan, tələbələrinin evində yaşayan Teymur ƏmrahBiG.AZ Kulis.az-a istinadən müğənni, Əməkdar artis Teymur Əmrah haqqında maraqlı faktları təqdim edir.

Teymur Həşim oğlu Əmrahov 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Şəhər Uşaq yaradıcılıq Evində dərs alıb. Sənətə böyük həvəsinin, gözəl səsinin olduğunu görən müəllimləri ona dəstək olub, təhsilini davam etdirməsinə yardım ediblər.

***

İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli Musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olub.

1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən teatr və kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.

***

Teymur Əmrah Gəncədəki uşaq evlərinin birində böyüyüb. Onun uşaq evinə düşməyinin faciəvi səbəbləri olsa da, bu barədə ona sual verilən zaman bu sözləri deyib:

"Bu barədə danışan kəsi, yazan jurnalisti qətlə yetirib həbsxanaya düşə bilərəm. Mənim faciəmdə utanılası bir şey yoxdur, amma böyük faciə baş vermişdi. Bu barədə nəinki danışmaq, heç xatırlamaq belə istəmirəm..."

Müğənni heç vaxt ailə qurmayıb. Ətrafında xanımlar olsa da, onun ailə qurmaması bu günə qədər hər kəsdə maraq oyadır. Həmkarı Elza Seyidcahan müsahibələrinin birində Teymurun onun bacısına aşiq olduğunu qeyd edir:

"Bacım o zaman Azər Zeynalov, Azərin, Teymur Əmrah, Fuad Dadaşovla bir qrupda oxuyub. Teymur Əmrah Rasiməni çox sevirdi. Çox istəyirdi Rasimə ilə evlənmək, o, bəyənmədi".

***

Teymurun digər həmkarı Gülyaz Məmmədova da müğənninin onunla ailə qurmaq istədiyini qeyd edir:

"O vaxt mənə demişdi ki, Gülü gəl evlənək. Sonra birdən dedi ki, o nədir? Qırmızıbaş kimdir? Dedim ki, oğlum. Məni subay bilirdi. Mənimlə evlənmək istəyirdi. Amma mənim də ailə qurmaq fikrim yox idi".

Teymur Əmrah tez-tez həmkarları ilə qalmaqal yaşayan müğənnilər siyahısında olub. Onun Flora Kərimova, Baloğlan Əşrəfovla mübahisələri uzun zaman gündəmdən düşməyib. Müğənni Baloğlan Əşrəfovun musiqilərini zövqsüz hesab etdiyini deyəndən sonra Baloğlan Əşrəfov onun haqqında belə deyib:

"Teymurdu da danışır. Əgər xalqın 70 faizi məni dəstəkləyirsə, deməli, sevilirəm. Bu, Allahın qismətidir, Baloğlana verilən nemətdir. 70 faizin özü böyük şeydi. Prezident seçkilərində də qalib 70 faiz səs toplayır. Azərbaycan dinləyicilərinin 70 faizi mənə aiddirsə, burada pis nə var. Allah Teymur Əmraha heç olmasa, 20 faiz dinləyici qismət eləsin. Qoy, Allah onu da sevdirsin. Zövqsüzlük ittihamlara gəlincə, Teymur Əmrah zərrə qədər məni maraqlandırmır. Nə deyir, özü bilər. Ona xatırladıram ki, bir vaxtlar mənə nəyə görə yalvarıb, məndən nə istəyib, nə alıb ona vermişəm. Onları onun yadına salsam, ona baha başa gələr".

Müğənni "Sən yadıma düşəndə", "Gecələr bulaq başı", "Əlvida", "Nərdivan", "Ötəri dünya", "Gəl, barışaq", "Çiçək yağışı" kimi mahnıları özünə məxsus şəkildə ifa edib.

***

Pedaqoji fəaliyyətlə məşğul olan xanəndə Samir Cəfərov, Samir Piriyev, Ayaz Qasımov, Elton Hüseynəliyev və Pərvin Lətifov kimi məşhur müğənnilərin müəllimi olub. Uzun zaman evi olmayan müğənni müxtəlif vaxtlarda günlərlə tələbələrinin evində qaldığını, onların ona maddi baxımdan dəstək olduğunu etiraf edib.

Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.

***

2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilən Teymur Əmrah hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir. O, 2012-ci ildə Əməkdar artist adına layiq görülüb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2079   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir

İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə

06.08.2026 345
.

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər. xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesa

09.08.2026 275
.

Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş

Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço

07.08.2026 458
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

09.08.2026 456
.

Pendiri daha uzun saxlamaq üçün sadə üsul

Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur. Pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir. Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir

02.08.2026 480
.

Milyonlarla sürücü hər gün bunu edir: smartfonu doldurmaq yanacaq "yeyirmi?"

Bir çox sürücü USB portundan və ya alışqana qoşulan adapterdən istifadə edərək smartfonunu avtomobildə enerji ilə doldurur. Lakin bu zaman lazım olan enerjinin haradan gəldiyi barədə az adam düşünür. xarici mediaya istinadən xəbər verir ki, telefonun enerji ilə doldurulması benzin sərfiyyatına həqiqətə

02.08.2026 240
.

Evlənmək istəməyən gənclərin sayı niyə artır? - ARAŞDIRMA

Bir vaxtlar insanın həyat yolu sanki əvvəlcədən çəkilmiş xəritəyə bənzəyirdi: məktəbi bitirmək, işə düzəlmək, evlənmək, sonra da uşaq sahibi olmaq. Bu mərhələlərdən hansısa gecikəndə qohumların, qonşuların, hətta təsadüfi tanışların belə verəcəyi sual hazır idi: "Bəs sən nə vaxt evlənirsən. İnd

02.08.2026 315
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

08.08.2026 720
.

Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb

Demək olar, hər bir pişik sahibi ev heyvanının günün yarısını yataraq keçirdiyini müşahidə edib. Yetkin pişiklər sutkada 12-16 saat, balalar və yaşlı pişiklər isə daha uzun müddət yatır. Lakin bunun sadəcə enerji toplamaqla bağlı olduğu fikri yalnız qismən doğrudur. Mütəxəssislərin sözlərinə görə, pişiklə

09.08.2026 274
.

TOP MP3