Beyin hüceyrələrini sevən etil və yaradıcılıq üçün spirt axtaranlar: "İstedad həm də imtina məqamıdır"

Beyin hüceyrələrini sevən etil və yaradıcılıq üçün spirt axtaranlar: "İstedad həm də imtina məqamıdır"Yaradıcı insanlar arasında spirtli içkilərə meyil həmişə güclü olur. Bu, dünyada da belədir. Hətta dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri spirtli içkilər səbəbindən həyatları ilə vidalaşıblar. Bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur.

Müasir yazarlarımızın spirtli içkilərə meyilli olduqları sosial şəbəkə paylaşımlarında müşahidə olunur. Belə fikir səsləndirirlər ki, insan içməyəndə yaza bilmir. Bəziləri sırf yaradıcı imkanlarını genişləndirmək üçün alkoqoldan istifadə etdiklərini bildirirlər.

Bəs görəsən, həqiqətənmi spirtli içkilər yaradıcılıq imkanlarını genişləndirir? Bu, vərdişdir, yoxsa aludəçilik?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Varis Yolçuyev bu fikirlərin absurd olduğunu söyləyib:

"Spirtli içkinin yaradıcılığa heç bir aidiyyəti yoxdur. Əksinə, spirtli içki insanın beynini pozur, normal düşüncəsini əlindən alır. O necə ola bilər ki, spirtli içki müsbət təsir etsin? Siqaret çəkənlər də deyirlər ki, "dərddən çəkirəm". Guya dərddən çəkəndə nə olur? Spirtli içki də elədir. Sırf ağlabatan olmadığı üçün inandırıcı deyil. Özlərini təmizə çıxartmaq üçün belə deyirlər".

V.Yolçuyev qeyd edib ki, yaradıcılıq imkanları pis vərdişlərin üzərində qurulmayıb:

"Bu əsla düzgün deyil. Əksinə, yaradıcılıq üçün insanın beyni o qədər dürüst, təmiz olmalıdır ki, gözəl iş ortaya qoya bilsin. Mən özüm səhər saat 07:00-da hiss edirəm ki, rahat işləyə bilərəm. Çünki beyin təmiz olur. O zaman yaradıcılıq imkanları genişlənir. Mənasız söhbətdir. Gənclər bunun bəhanə olduğunu bilsinlər".

Terapevt Abbas Bağırov isə əlavə edib ki, etil spirti beyni "sevən" bir maddədir:

"Etil spirti suda həll olunan birləşmədir. Onun ən çox "sevdiyi" toxuma beyindir. Bu səbəbdən də ən çox beyin toxumasında yığışıb qalır. Ən yüksək konsentrasiya beyində olur".

A.Bağırovun sözlərinə görə, spirtli içki yaradıcı insanların dominant üstünlüklərini üzə çıxarır:

"Beyində qabıqaltı mərkəzlər var. Spirtli içki beyin qabığı ilə qabıqaltı mərkəzlərin əlaqəsini ləngidir. Orada su kanalı var, spirt mayeni özü hopdurur, əlaqələr zəifləyir. İnsan yaxşı danışa bilmir, hərəkət pozğunluğu yaradır və yaddaşda qarışıqlıq meydana gəlir. Bu zaman beyində motivasiya sistemi dəyişir. Hansısa toxuma daha çox oyanmış olur. İnstinkt yaddaşlarda dəyişikliklər baş verir. Belə hallarda yaradıcı insanların dominant üstünlükləri üzə çıxır. Digər sistemlər zəifləyir, xüsusi istedadı olan sistem oyaq və potensiallı olduğu üçün bütün yükü öz üzərinə götürür, bütün aktivliklə işləməyə başlayır".

Həkim əlavə edib ki, spirtin beyinə vurduğu ziyanı ancaq kəllə-beyin travmasının miqyası ilə ölçmək mümkündür:

"Spirt yaddaşı zəiflədir. Beyinlə birlikdə qaraciyərə ziyan vurur. Spirtin davranışa, rəftara, həyat normalarına müsbət təsiri yoxdur. Kimsə beynin sakitləşdiyi üçün içdiyini deyir, bəziləri də -yaradıcılıq qabiliyyətini gücləndirmək üçün. Alkoqolun xüsusi fitri istedadları artırdığını da deyirlər... Ancaq yaddaş da, davranış da sonra pis hala düşür.

Beynin ölçüsü, diapazonu var. Adamlar bəzən o qədər içirlər ki, beyin artıq tab gətirə bilmir. Özləri də bilmədən aludəçiyə çevrilirlər. Şairlər, yazıçılar, rəssamlar içəndə daha yaxşı işlədiklərini deyirlər. Lakin beynin imkanlarını spirt qədər məhdudlaşdıran ikinci vərdiş yoxdur".

Gənc yazar Ömər Xəyyam isə bu fikirlərin sadəcə təsəlli olduğunu deyib:

"Dünyada xeyli içməyən, ruhani həyat tərzi sürən yazıçılar da var. Ümumiyyətlə, istedad həm də imtina məqamıdır. Bəzən nəfsdən, hedonist istəklərdən imtina etməli olursan. Yazıçı da, şair də birinci özündən, nəfsindən qurtulmalıdır. İlahi əmanətə xəyanət mənəviyyatı məhv edir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1111   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.