İlham Əliyev II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trassa və Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza başsağlığı məktubu göndərib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Prezidentin E.Trassa məktubunda qeyd olunub:
"Hörmətli xanım Baş nazir, Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqının parlaq siması idi.
Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafelərə ürəkdən bağlılığı, xalqına təmənnasız xidmət, dövlətə hədsiz sədaqət nümunəsi ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.
Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Dövlət başçısının Kral III Çarlza məktubunda bildirilir:
"Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Şərəfli ömür yolu ilə örnək olan Kraliça ümumbəşəri ideallara daim sadiq qalaraq, möhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlər göstərmiş, Vətəninə hədsiz bağlılığı və məhəbbəti ilə bütün dünyada böyük nüfuz və rəğbət qazanmışdır.
2009-cu ildə Kraliça ilə görüşümü hər zaman ən xoş təəssüratlarla xatırlayacağam.
Əlahəzrət, bir daha Sizə və ailənizin üzvlərinə, Birləşmiş Krallığa və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250