Rəşad Talışinski: "Ağız qoxusunun səbəbini öyrənmək üçün mütəxəssisə müraciət etmək vacibdir" - MÜSAHİBƏ

Rəşad Talışinski: "Ağız qoxusunun səbəbini öyrənmək üçün mütəxəssisə müraciət etmək vacibdir" - MÜSAHİBƏSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otolarinqoloq Rəşad Talışinski qurumun saytına müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

- Rəşad müəllim, ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?

- Ağızda pis qoxunun olması (halitoz) daha çox insanın özü yox, ətrafdakılar tərəfindən təyin edilir. Halitoz ümumi və yerli səbəbdən yaranır. Birinci halda, bu, daxili orqanların disfunksiyası, ikincisi isə ağız boşluğunun vəziyyəti ilə əlaqələndirilir.

Yerli halitoz ağız boşluğunun gigiyenası qaydalarının pozulması, bakterial ərpin yığılması və sərt diş çöküntülərinin əmələ gəlməsi, tək və bir neçə dişdə kariyes, stomatit, periodontit və parodontoz pulpit və s. olması nəticəsinə yaranır.

Ümumi halitoz ekstraoral səbəblərlə əlaqələndirilə bilər: tənəffüs yollarının xəstəlikləri, həzm sistemi xəstəlikləri, o cümlədən bağırsaq disbakteriozu, helmintoz, qaraciyər, öd kisəsi, böyrək xəstəlikləri. Bundan əlavə, endokrin patologiyalarla da (şəkərli diabet, tireotoksikoz) əlaqəli ola bilər.

Diş xəstəliklərinin aşkar əlamətləri yoxdursa, ağız qoxusunun nədən yarandığını öyrənmək üçün mütəxəssisə müraciət etmək vacibdir.

- Son illər qulaqların gigiyenasında ən çox istifadə olunan vasitə qulaq çöpləridir. Bilmək istərdik ki, qulaq çöplərindən istifadənin hansısa fəsadı varmı?

- Qulağı pambıqlı çubuqlarla tez-tez təmizləmək düzgün hal deyil. Bu çöplərdən istifadə zamanı təbil pərdəsi və yumşaq toxumalar zədələnə bilər. 99% hallarda travmalar yüngül olsa da, bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara səbəb olur. Qulağın özü-özünü təmizləyən orqan olduğunu unutmayaq. Qulaqda yığılan "çirk" əslində qulağı mikroblar, toz və s.-dən qoruyan çox vacib maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.

Ancaq bu heç də o demək deyil ki, qulaqları çirkli saxlamaq lazımdır. Qulaq xəstəliklərinin, eşitmə qüsurunun qarşısını almaq və bədənin infeksiya və viruslardan qorunması üçün əsas gigiyena qaydalarına riayət etmək çox vacibdir.

- Bəzi insanlar tez-tez burun qanaxmalarından əziyyət çəkirlər. Burun qanaxmasının əsas səbəbləri nələrdir?

- Burun qanaxmasını tibbi olaraq ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları olur. İstər uşaqda, istərsə də yeniyetmədə diqqət edilməli bir vəziyyətdir. Yaşlı insanlarda, damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür.

Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur.

Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu kimi vəziyyətdə həkimə müraciət etmək tövsiyə olunur.

Bəzən isə burun travmaları, hipertonik kriz, hematoloji xəstəliklər, şəkərli diabet, böyrək çatmazlığı, hamiləlik, kapillyarların angiopatiyası, qanın laxtalanma sisteminə təsir edən medikamentlərin kontrolsuz istifadəsi, bəzi infeksion xəstəliklər də burun qanaxmalarına səbəb olur.

- Qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

- Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət adətən səs-küy, qulaqlarda cingilti kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fısıltı və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.
Tinnitus yalnız xəstəlik əlaməti deyil. Qulağa düşmüş maye, yad bir cisim, böcək və s. - bütün bunlar tinnitusa səbəb ola bilər. Tinnitusa atmosfer təzyiqinin kəskin düşməsi (təyyarədə uçduqdan, paraşütlə tullandıqdan sonra), havanın dəyişməsi səbəb olur. Tinnitus çox nadir hallarda ciddi bir xəstəliyin əlamətidir.

Subyektiv səbəbdən yaranan tinnitusa əsasən beyin və eşitmə analizatorunun atrofiyası (yaşla bağlı dəyişikliklər); güclü səs-küy fonunda (o cümlədən mina partlamasından sonra); baş-beyin, onkoloji, mərkəzi sinir sisteminin xəstəliklərini misal göstərə bilərik.

Gicgah-çənə oynağının xəstəlikləri, beyin və boyun damar xəstəlikləri (damarların aterosklerozu, anevrizmalar, inkişaf anomaliyaları), onkoloji xəstəliklər, ürək qapaqlarının (klapanların) patologiyası, anemiya obyektiv səbəb kimi göstərilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1572   Tarix: 27 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.