Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər?

Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər?Ötən gün sosial şəbəkələrdə azyaşlıların spirtli içki qəbul etməsi ilə bağlı görüntülər yayıldı. Yəqin ki, hər kəsə bunun müşahidə etdiyimiz ilk belə hadisə olmadığı məlumdur. Çünki Azərbaycanda onlarla, bəlkə də, yüzlərlə yetişkin fərd əyləncə məclislərində ya övladlarının ağzına siqaret tutuşdurub onu videoya çəkir, ya da məclislərdə 5-10 yaşlı uşaqlara içki içirtməyə çalışır. Bunlar azmış kimi, uşaqlar kiçik yaşda valideyn diqqətsizliyi, qohum-qonşu ərincəkliyinə görə mağazalara alkoqol və siqaret almaq üçün göndərilirlər.

Düşünülmədən atılan bu addımların uşaqlara əks-təsiri nələrdir? Gələcəkdə hansı fəsadlara yol açır?

Mövzu barədə Oxu.Az-a danışan pediatr Qoşqar İsmayılov azyaşlı uşağı olan ailələrdə spirtli içki və siqaretdən istifadənin yolverilməz olduğunu vurğulayıb:

Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər?"Bu mövzu bizdə həmişə aktual olub. Uşaqların spirtli içki içməsi, siqaret çəkməsi qəbuledilməzdir. Buna valideynlərin həmin məhsullara meyilli olması da yol açır. Ona görə də həmişə tövsiyə edirik ki, övladlarının yanında spirtli içki içməsinlər, siqaret çəkməsinlər, bacarırlarsa, tamamilə tərgitsinlər. Çünki bu, həm özləri, həm də ətrafdakı insanlar, xüsusilə körpələr üçün zərərlidir. O baxımdan ən çox da körpə olan ailələr məsələdə diqqətli olmalıdırlar".

Mütəxəssis məhsulların ziyanlı tərəflərindən də söz açıb:

"Siqaret ilk növbədə ağciyərlərə zərər vurur, damarların tıxanmasına yol açır, gələcəkdə ateroskleroza və müxtəlif ürək xəstəliklərinə səbəb olur. Həmçinin ayaqlarda ağrılar, axsamalar yarada bilir. Spirtli içkilər isə mədə-bağırsaq sistemindən başlamış mədəaltı vəzinin xəstəliklərinə qədər gətirib çıxarır. Uzun müddət istifadə olunanda alkoqolik psixozlara səbəb olur. Ona görə də sağlamlıq üçün bunların istifadəsinə son qoymaq lazımdır. Bunu həm özləri, həm cəmiyyət, həm də övladlarının sağlamlığı üçün etməlidirlər".

Qeyd edək ki, Azərbaycan Respublikasının "Tütün və tütün məmulatları haqqında" Qanununun 15-ci maddəsinə əsasən, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışı qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənədi tələb etməlidir.

İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinin 2-ci bəndinə görə, etil (yeyinti) spirti, alkoqollu və energetik içkiləri və ya tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satan şəxslər 100 manat məbləğində cərimə olunurlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 883   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 244
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 159
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 274
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

08.11.2026 222
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 215
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 258
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 263
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 117
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 289
.