Onu stil ikonasına çevirən 6 qayda

Onu stil ikonasına çevirən 6 qaydaABŞ-ın keçmiş birinci xanımı ilk stil ikonlarından biri idi. İstənilən şəraitdə gözəl görünmək bacarığı onun həyatının məqsədi deyildi, amma Jaklin bütün məziyyətlərini çox gözəl nümayiş etdirə və vurğulaya bilirdi. Ondan öyrənməli çox şey var. Təsadüfi deyil ki, yazıçı Pamela Klark Keo bu heyrətamiz qadının həyatını araşdırıb və nəticədə "Jackie Style" kitabını ortaya çıxarıb.

Publika.az oxucuları kitabın bəzi hissələri ilə tanış edir.

ABŞ-ın keçmiş birinci xanımı gəncliyini qorumaq və gözəl qalmaq üçün nə edirdi?

Ceki dəbi izləmirdi, onu özü yaradırdı

Jaklin çox gözəl idi və həmişə təbii görünürdü. 40-50-ci illərdə qadınların tonlarla makiyaj etdiyi bir dövrdə Jaklin tamamilə fərqli üsluba üstünlük verirdi: bir az kirşan, pomada, bir az vurğulanmış kirpiklər. O, heç vaxt başqalarını "kopyalamırdı", buna görə də hamı onun kimi olmaq istəyirdi.

O, həmişə böyük günəş eynəyi taxırdı

20-ci əsrdə günəş radiasiyasının təhlükələri çox az adamı düşünürürdü, qadınlar günəş vannası qəbul etməyi dəri üçün bir "nemət" hesab edirdilər. Bununla belə, Jaklin ultrabənövşəyi şüaların göz ətrafındakı nazik dəriyə zərər verdiyini anlayırdı.

Cekinin Manhettendəki ofis masasının siyirtməsində onlarla gün eynəyi var idi, nə qədər çox olsa, bir o qədər yaxşıdır. O, eynəyi həm də ona görə sevirdi ki, aksesuar gözlərini gizlətsə də, insanları seyr edə bilirdi.

Yoqa ilə məşğul olurdu

Jaklin və bacısı Li Radzivil Hindistana səfəri zamanı yoqanın faydaları ilə tanış olmuş və geniş məlumat əldə etmişdilər. ABŞ-a qayıtdıqdan sonra bacılar dərhal bir təlimatçı tapdılar. Müəlliminin sözlərinə görə, o, ən isti günlərdə belə məşqləri axsatmırdı.

Həftənin bir gününü tamamilə özünə həsr edirdi

Kollecdən bəri Jaklin cümə axşamları özünəqulluğa həsr edir, saçlarına və dərisinə xüsusi maskalar edirdi.

Çəkisinin dəyişməsinə icazə vermirdi

"O, birinci xanım olanda insanlar Ağ Evə məktub yazaraq onun haqqında hər şeyi, hətta səhər yeməyində nə yediyini bilmək istəyirdilər", - Keo iki uşaq anası olan Jaklin haqqında yazdığı kitabda qeyd edib: "Onun sosial katibi Tiş Boldricin sözlərinə görə, Ceki çəkisini zərgər dəqiqliyi ilə ölçür və nəzarət edirdi. Bir az artıq yesə, ertəsi gün yalnız meyvə yeyir, çay və su içir, hətta ac qalırdı".

40 yaşından sonra stilini tamamilə dəyişdi

Con Kennedinin ölümündən sonra o, Ağ Evi tərk etdi. Aydındır ki, Jaklin artıq daha azad idi və ölkəsini təmsil etməyə borclu deyildi. Nyu-Yorka köçən Jaklin bir müddət sonra 39 yaşında milyonçu Aristotel Onassislə evləndi. İkinci nikahdan sonra Jaklin həmişəkindən daha rahat və seksual oldu, saçlarını uzatdı, hətta 20 yaşlı gənc qız kimi geyinməyə başladı.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1536   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.