Bazar dolu, ciblər boş: Bakıda tikinti malları niyə kəskin bahalaşıb?
"Son aylar vəziyyət çox pisdir. Alver yoxdur, həftə ərzində bir məhsulu güclə satırıq. Ölkədə tikinti işi görənlərin sayı xeyli azalıb".
Bu sözləri Oxu.Az-ın əməkdaşları Dərnəgül yolunda yerləşən tikinti və inşaat materialları bazarında olarkən satıcı Şamil Məmmədov bildirib.
Qeyd edək ki, bazarda taxtanın bir kubu ortalama 400-420 manata təklif olunur.
Satıcılar deyirlər ki, iki-üç il bundan əvvəl bazarda taxtanın 1 kubu 200-270 manat civarında təklif edilirdisə, indi 420 manatdır:
"Üç-dörd ay bundan əvvəl taxtanın bir kubu ortalama 510-520 manata qalxmışdı. Son bir ayda 400-420 manatdır. Əvvəlki illərlə müqayisədə qiymətlər çox qalxıb. Müharibə ilə əlaqələndirirlər. Amma müharibədən əvvəl bahalaşma başladı".
Bəzi satıcılar deyirlər ki, müştərilərinin əksəriyyəti Rusiyada, Ukraynada yaşayan azərbaycanlılar olub:
"Hamısı orada işləyirdi. Qazandıqları pulla burada evlər, obyektlər tikdirirdilər. Bizim də alıcılarımız onlar idi. Bir ay ərzində satdığımız məhsulu birdəfəyə alırdılar. İndi heç nə yoxdur, bazara alıcı gələndə sevinirik".
Bazarda bir-iki il əvvəl 8-20 manat aralığında satılan dam örtüyü 13-35 manata, 6 manata satılan 40 kiloqramlıq sement 8 manata təklif edilir.
Armatur satışı ilə məşğul olan Xaliq Nəbiyev armaturun bir tonuna 900-930 manat təklif edildiyini bildirdi:
"Heç nə sata bilmirik. Bazarda alıcı yoxdur".
Bazarda xırdavat mallarının qiymətində 20-50 faizə qədər artım var. Bütün növ lampaların, kabellərin və bu kimi malların qiyməti ən azı 20 faiz bahalaşıb. Balaca plastik boruların bir ədədində 15-20 qəpik, böyüklərin bir metrində isə 50 qəpik artım var.
Bazarda olan zaman müşahidələrimiz onu göstərdi ki, isti havada sadəcə satıcılar və yükləri maşınlara yerləşdirmək üçün gözləyən fəhlələr vardı…
Qum satışı ilə məşğul olan satıcılar da, qiymət artımından narazıdırlar:
"Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları yükü çox olan maşınların gəlməsinə icazə vermədiyi üçün bizə qum gətirənlər məhsulu baha qiymətə satır. Biz də məcbur olub alırıq və müştəriyə də baha qiymətə satırıq".
Bazarda satıcılar ilə söhbətimiz, müşahidələrimiz onu göstərir ki, son üç-dörd ildə qiymətlər kəskin şəkildə qalxıb.
Belə ki, bazarda tikinti materialları ilə bağlı ümumi malların qiyməti 20-30 faiz artıb. Mal var ki, 50 faiz qalxıb. Məsələn, bazarda dəmir tor var ki, əvvəllər 65 manat satılırdısa, indi 95 manatdır. Həmin məhsullar isə Çindən gəlir. Nəzərə alsaq ki, orada hazırda heç bir müharibə getmir. O zaman haqlı sual yaranır, bəs qiymətlər niyə bu qədər kəskin qalxıb?!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 780 Tarix: 30 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 63 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 138 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 81 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 343 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 224 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 314 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 166 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 299 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 145