ABŞ-ın məşhur azərbaycanlı alimi yubiley medalı ilə təltif olunub - FOTO
ABŞ-ın əslən Azərbaycandan olan tanınmış alimi, Mərkəzi Florida Universitetinin ("University of Central Florida" – UCF - red.) FSEC Enerji Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı, professor Nazim Muradov Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Bu barədə "Report"a Mərkəzi Florida Universitetindən - UCF-dən bildirilib.
Qeyd edək ki, bu təltif Azərbaycanda diplomatik xidmətin 100 illik yubileyini əks etdirir və Nazim Muradova diplomatik xidmətdə yüksək nailiyyətlərə görə verilib.
Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim universitetin Enerji Araşdırmaları Mərkəzində mükafatı ailəsi və həmkarları qarşısında şəxsən N.Muradova təqdim edib.
Səfir qeyd edib ki, görkəmli azərbaycanlı, həyatını elmə, ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlığın möhkəmləndirilməsinə həsr etmiş Nazim Muradova xatirə medalı təqdim etmək onun üçün böyük şərəfdir:
"O və həyat yoldaşı, Azərbaycanın görkəmli musiqiçi ailəsindən olan Pervinlə birlikdə Florida, həm də Azərbaycan üçün dəyərlidir".
Qeyd edək ki, N.Muradov universitetdə 1990-cı ildə işləməyə başlayıb. Onun əsas tədqiqat sahələrinə termokatalitik və fotokatalitik hidrogen hasilatı sistemləri, Günəş enerjisi ilə işləyən suyun parçalanması dövrləri, müasir bioyanacaq növləri, qalıq yanacağın dekarbonizasiyası (enerjiyə keçid tələb edirkarbonu enerji istehsalından uzaqlaşdıran struktur dəyişikliyi -red), yanacaq elementlərinin tətbiqi üçün reformatorlar, hidrogen sensorları, təhlükəli maddələrin, tullantılar və nanostrukturlu karbon materialları şüa detoksikasiyası daxildir.
Azərbaycanlı alim həm də NASA-UCF tədqiqat qrupunun üzvüdür. Nazim Muradov NASA-nın missiyası zamanı uğurla sınaqdan keçirilmiş unikal hidrogen sensorunun hazırlanmasına kömək edib.
N.Muradov ümumilikdə yeddi kitabın müəllifi, həmmüəllifidir, onun təhsil sahələri üzrə 50-yə yaxın patenti var. N.Muradov 100-dən çox milli və beynəlxalq görüşlərdə, o cümlədən bir neçə əsas təqdimat və plenar mühazirələrdə məruzələrlə çıxış edib. Onun karbohidrogenlə bağlı (N.Vəziroğlu ilə birlikdə) məqaləsi "Thomson Reuters Essential Science Indicators" tərəfindən hidrogen iqtisadiyyatının tədqiqat sahəsində ən çox istinad edilən məqalələrdən biridir. Onun novatorçu elmi işi və töhfələri Milli İxtiraçılar Akademiyasının üzvü adına layiq görülməsinə yol açıb.
Alim Azərbaycanın səfiri Xəzər İbrahim tərəfindən yubiley medalını qəbul etməkdən böyük şərəf duyduğunu bildirib.
"Mən 32 ildir ki, FSEC-dəyəm və əminəm ki, həmkarlarımın dəstəyi və təşviqi olmadan bunlara nail ola bilməzdim", - N.Muradov deyib.
Universitetin saytında qeyd edilib ki, yubiley medalı rəsmi olaraq "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" medalı adlanır. Bu, Respublikada diplomatik xidmətin 100 illiyini təmsil edir və Azərbaycana diplomatik xidmətdə göstərdiyi yüksək nailiyyətlərə görə verilir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 63 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 138 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 81 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 343 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 224 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 314 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 166 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 299 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 145