Kənd həyatının kölgədəki reallıqları

Kənd həyatının kölgədəki reallıqlarıKənd həyatı deyəndə çoxumuzun ağlına təbiət, orqanik qida, təmiz yaşam və saf insanlar gəlir. Əlbəttə, bunlar doğrudur. Lakin bu mühit, içində yaşayan insanların həyatına, yanaşma, düşüncə, yaşayış tərzlərinə nə kimi təsir edir? Onlar bu şəraitdən nə dərəcədə yararlana bilirlər? Bu nüanslara nəzər salsaq, kənd həyatının gizli və fərqli tərəfləri daha aydın olar.

Kəndlərdəki vəziyyət bölgələrə görə dəyişən və inkişaf etməkdə olsa da, hələ də çətin və anlaşılmayan səbəblərlə diqqət çəkir. Bəzi kəndlərdə olmayan qaz xətti, çəkilməyən su boruları, asfalt gözləyən kələ-kötür yollar, quraşdırılmamış kanalizasiya sistemləri, unudulmuş mədəni və sosial inkişaf insan yaşayan ərazilərdə əl dəyməmiş təbiət görüntüsünü oyandırır. Lakin insanın normal və rahat şəraitdə yaşaması üçün bu sadalananların vacibliyi təkzibedilməzdir.

Bununla bərabər orqanik qidaların, təmiz havanın, təbii ekoiqlimin, bulaq və dağ sularının oradakı insanlara verilmiş 1 lütf və üstünlük olduğunu nəzərdən qaçırmaq olmaz. Halbuki şəhərdəki insanlar istirahət deyəndə məhz bu keyfiyyətləri göz önünə gətirib, həmin yerlərə üz tuturlar.

Kənddəki əksər insanlar rahatlıq adlandırdıqları şəhər həyatına qibtə edir, hansısa bir yolla ora qaçmağa can atır, dəbdəbəli gecə həyatına həsədlə baxırlar. Bunu xəyal edən bəzi kənd camaatı onlara verilmiş həyətyanı torpağı, tarlaları becərməyi, həyat mənbəyi olan qidalarla özünü təmin etmək, satışından pul qazanmaq yolunu, mal-qara, toyuq-cücə ilə məşğul olmağı bezginliklə qarşılayırlar. Torpağın onlara sunduğu bolluq içindəki kasıblığı yaşamağı seçənlərin sayı kifayət qədərdir. Bir tərəfdən ağır əmək sayıldığını etiraf etsək də, digər tərəfdən uzaqdan görünməyən, can atılan şəhər həyatının stress dolu, rəqabət icindəki yaşamından bu insanların daha tez bezib, yenidən doğma yurdlarına meyil etdiklərinin şahidi oluruq.

Bu kimi düşüncədə olan bəzi kənd camaatı üstünlükləri görməyi deyil, negativ tərəfdən dəyərləndirdikləri bu yaşamlarında depressiv vəziyyətə çatdıqlarından xəbərsiz zövq almadan ömür sürüb gedirlər. Bəziləri təhsil, iş yolu ilə oradan uzaqlaşır, razı və ya narazı halda şəhər həyatının böyük girdabına qoşulmuş olurlar.

Kəntdəki bir qrup insan isə onlara sunulan şərait və imkanlardan ən yüksək şəkildə öz rahatlığı, inkişafı, mənalı həyat adına daim hərəkətdə olur, ən müasir texnologiya və yaşamı öz evi və əhatəsində yarada bilir. Təhsil alır, rayon mərkəzində rəsmi dairələrdə çalışır, biznes qurur, sosial aktivlikliyini, əlaqələrini genişləndirir. Geyim tərzini, fəaliyyətini, istirahətini ən mükəmməl səviyyədə təkmilləşdirir.

İnsan sosial bir varlıqdır. Məqsədi isə təkamül yolunda daim inkişaf etmək və özünün ən ali səviyyəsinə çatmaqdır. Ucqar rayon və kəndlərdə ağır həyat şəriati ilə əlaqələndirilərək təhsildən yayınmaq normal və asan yol kimi görünür. Həyata dair düşüncə tərzindəki yanlış inanclar və qeyri sanitar həyat tərzi isə xəstəliklərə və gərgin mental, fiziki duruma yol açır.

Kənddəki insanların mental inkişafına mane olan, ailədə və cəmiyyətdə yazılmamış qanunlar kimi hökm sürən bəzi dərin inaçlar vardır. Qız uşaqları oxumamalı, tez evlənməli, ailədə söz haqqını unutmalı olduğu, əsl sevgi hissini yaşamağın eyb adlandırıldığı ilə bağlı, fədakar və cəfakar ömür sürməyə məhkum edən bir sıra fikirlər bu kəndlərin geriləməyinə, xoşbəxt insan olmağı unutmağına səbəb olur.

Keyfiyyətli və xoşbəxt yaşam, istər kənd, istər şəhər olsun, mental və mənəvi potensialın artırılmasında və yaşadığın ortamda ən yüksək şəkildə tərəqqi içində olmaqdan keçir. Təbiətin ən gözəl yaradılışı olan insanlığımızı təbiətdən ayrılmadan xoşbəxt, hüzurlu və sağlam etmiş olarıq.

Günay Əfsər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2431   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 303
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 343
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 274
.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 107
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 471
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 188
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 252
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

12:40 176
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

15:00 81
.